“Açıq-saçıq rəqslərinə görə evdən qovuldu…”
ABŞ-ın məşhur kök müğənnisi Lizzo 6 rəfiqəsi ilə birlikdə tətilə gedib.
Rakus.az xəbər verir ki, ifaçı hotel əvəzinə ev kirayə götürməyə üstünlük verib.
Sosial mediada paylaşdığı rəqs videoları isə onun tətilini burnundan gətirib. Açıq-saçıq rəqsləri görən ev sahibi Lizzonu qovub.
“Grammy 2020” mükafatları üşün 8 fərqli nominasiyada namizəd olan müğənnini ev sahibi qovmaqla kifayətlənməyib. O, ifaçını ələ salıb. daha sonra isə “Mənə zərər verə bilər” deyərək, müğənnini polisə şikayət edib.
Yeddigünlük tətilini 3 gün tez bitirməyə məcbur olan Lizzo isə ev sahibinə rəqslə cavab verib.
“Səhifəmi izlədiyini bilirəm. Ona görə də demək istəyirəm ki, bu qaradərili qızların əyləncəsinə mane ola bilməyəcəksən. Bizi qovduğun üçün təşəkkürlər. Yeni evimiz daha gözəldir”, – ifaçı deyib.