Afrikada COVID-19 sürətlə yayılır
Afrika Fəlakətlərə Nəzarət və Profilaktika Mərkəzinin (ACDC) məlumatına görə, COVID-19-un sürətlə yayılması səbəbindən qitənin 34 ölkəsi arasında sərhədlər bağlanıb, daha 11 ölkə isə giriş-çıxışları məhdudlaşdırıb.
Rakus.az xəbər verir ki, eyni zamanda, Afrikanın 31 ölkəsində karantin rejiminin yumşaldılması pandemiyanın daha geniş yayılması ilə nəticələnib.
ACDC-in məlumatında Afrikada yeni növ koronavirusun yayılması ilə bağlı son rəqəmlər açıqlanıb. Qitə ölkələrində 878 minə yaxın yoluxma, 18 500-dən çox ölüm qeydə alınıb, 527 mindən çox insan isə sağalıb.
Hazırda qitənin 13 ölkəsində sərt karantin rejimi davam edir, ümumilikdə isə, Afrikanın 54 ölkəsinin hamısında insanların bir yerə toplaşması qadağan edilib, təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.