Almaniyada xaricdən qayıdanlar pulsuz test olunacaq
Xarici ölkələrdən qayıdan Almaniya sakinləri avqustun 1-dən etibarən 72 saat ərzində könüllü surətdə pulsuz testdən keçə biləcəklər.
Rakus.az xəbər verir ki, müvafiq sərəncamı AFR-in Səhiyyə naziri imzalayıb. Koronavirus testini həm aeroportlarda, həm də tibb müəssisələrində vermək mümkün olacaq.
Qeyd edilir ki, hökumət testlərlə bağlı bütün xərcləri öz üzərinə götürür.
Bu qərar məzuniyyətlər və məktəb tətilləri mövsümünün başa çatması dövründə koronavirusun yayılmasına yol verməmək məqsədi daşıyır. Həmin dövrdə almanların bir çoxu digər ölkələrdən istirahətdən qayıdırlar.
Məlumatda, həmçinin bildirilir ki, yoluxma riskinin yüksək olduğu ölkələrdən qayıdan şəxslərə münasibətdə ciddi qaydalar tətbiq edilir. Onlar bu barədə yerli səhiyyə şöbələrini məlumatlandırmalı və 14 günlük özünütəcridə keçməlidirlər.