Siyasi 10.06.2026 15:16

Afina ilə Parisin müdafiə sazişi – Türkiyənin etirazı – TƏHLİL - FOTO

Türkiyə ilə Fransa, “Baykar”la “Safran” arasında strateji əməkdaşlıq üzrə müqavilə Yunanıstanın etirazına səbəb olub.

Rəsmi Afina və Kiprin yunan hissəsi Parisin Ankara ilə hərbi sahədə əməkdaşlığı inkişaf etdirməsindən rahatsız olduqlarını bildiriblər.

Məlumata görə, Afinanın qəzəbinə türk kəşfiyyat-zərbə dronlarının fransız elektrooptik sistemləri (Euroflir) ilə təchiz edilməsi qərarı səbəb olub. Yunanıstan və Kipr hesab edir ki, bu, Türkiyə dronlarının imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Yunanıstanın qənaətincə, Fransa bu yolla rəqib, bir sıra hallarda düşmən saydığı Türkiyənin dron istehsalı sahəsində və onun tətbiqində gücləndirir. Rəsmi Afina qabaqcıl fransız texnologiyaları quraşdırılacaq Türkiyənin pilotsuz uçan aparatları Egey dənizi və Aralıq dənizinin şərqində Yunanıstanın təhlükəsizliyinə birbaşa təhdid olaraq dəyərləndirir.

2021-ci ildə Yunanıstanla Fransa arasında müdafiə sahəsində qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb. Odur ki, Afina Parisin Ankara ilə sövdələşməsini Yunanıstan və Türkiyə arasında davam edən ərazi mübahisələri fonunda qəbuledilməz, yaxud təəccübləndirici addım sayır.

Bundan başqa Fransa Kiprin yunan hissəsində qoşun yerləşdirməklə bağlı Nikosiya ilə razılıq əldə edib. Bu müqaviləyə əsasən, Fransa hərbçilərini adanın yunanlara aid hissəsində yerləşdirəcək.

Türkiyə rəsmi Parisin bu addımına etiraz edib. Belə qənaətə gəlmək olar ki, rəsmi Ankara bu razılaşmanı Şimali Kiprin təhlükəsizliyinə təhdid sayır.

Qeyd edək ki, müqavilədə fransız qoşunlarının adada dislokasiya şərtləri, birgə təlimlərin keçirilmə qaydası, logistikanı və ikitərəfli müdafiə əməkdaşlığı müxtəlif yönləri müəyyən edilib.

Türkiyə və Fransa şirkətləri arasında müqavilə Parislə Nikosiya arasında razılaşmadan sonra habelə Fransa Prezidenti Emmanuel Makronun Yunanıstana səfərinin ardınca imzalanıb.

Yunanların atdığı addımlar – Fransanın adada hərbi qüvvə yerləşdirməsini, bunun humanitar, dinc xarakter daşıdığını bildirməsi, “Baykar”ın “Safran”la müqavilə imzalamasını isə faciəvi şəkildə təqdim etməyə səy göstərməsi təzadlıdır.

Fransa və Yunanıstan NATO-nun üzvü, yunan Kipri isə bu quruma üzv olmaq istəyən tərəfdir. Türkiyə də Alyansın aparıcı üzvlərindəndir. Bu baxımdan üzvlər arasında hərbi sahədə əməkdaşlıq təbidir.

Odur ki, iki şirkətin anlaşması həm də tərəflər arasında hərbi texnika və avadanlığın ticarəti istiqamətində əməkdaşlıqdır. Bu, razılaşma ətrafında qalmaqal yaratmaq, onu dramatikləşdirmək yersiz görünür. Çünki “Baykar” və “Safran”ın əməkdaşlığı yunan Kipr və Yunanıstanın təhlükəsizliyinin təhdidinə tuşlanmayıb. Bu, biznesdir. Türkiyə şirkəti istehsal etdiyi dronların daha təkmil olmasını hədəfləyir. Fransa müəssisəsi də üstün texnoloji nailiyyətini satır. Yəni iki şirkət arasında sırf biznes əməkdaşlığı qurulur.

“Safran” Fransanın aviasiya, kosmos və müdafiə avadanlıqlarının layihələndirilməsi, istehsalı və texniki xidməti sahəsində ixtisaslaşmış aparıcı beynəlxalq yüksək texnologiyalı sənaye müəssisəsidir. Korporasiya “Aircraft Engines” hərəkətverici qurğular, komponentlər (xüsusilə, GE ilə birgə LEAP seriyalı mühərriklər), şassi, əyləc və naqil sistemləri hazırlayır. “Safran” “Electronics & Defense” naviqasiya cihazları, optoelektronika və avionika təchiz edir.

Bu şirkətin fəaliyyəti çoxşaxəlidir. Odur ki, “Baykar”la onun əməkdaşlığını qaralamaq məntiqə uyğun sayılmır.

İki ölkə arasında hərbi münasibətlər və müdafiə sahəsində əməkdaşlıq 2022-ci ildən etibarən mərhələli şəkildə yenidən canlanmağa başlayıb. Odur ki, bu proses onların müdafiə sənayesi tərəfdaşlıqları ilə möhkəmləndirilir.

Bu çərçivədə Fransanın “Safran Electronics & Defense” şirkəti ilə “Baykar” arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.

Fransanın Kipr adasına hərbçi yerləşdirməsi Türkiyənin və Şimali Kiprin birbaşa maraqlarının, təhlükəsizliyinin təhdidi kimi qəbul oluna bilər. Ona görə də təbii olaraq sual yaranır: Adanın yunanlara aid hissəsindəki silahlı qüvvələr kimə qarşıdır?

Cavab isə çox sadədir: Təbii ki, ilk növbədə Türkiyəyə. Başqa sözlə, rəsmi Afina və Nikosiya fransız hərbçilərinin adada yerləşdirməsini nəzərdə tutan müqaviləni imzalamaqla qonşu ölkənin ərazi bütövlüyü və təhlükəsizliyini birbaşa təhdid edə bilərlər.

Bu baxımdan hərbçi yerləşdirmək haqqında müqaviləni ört-basdır etmək, onu diqqətdən yayındırmaq, Türkiyəyə qarşı kampaniya aparmaq üçün şirkətlər arasında müqavilədən təbliğat aləti olaraq istifadə edirlər.

Məsələnin başqa tərəfi də mövcuddur. Türkiyə ilə Fransanın Cənubi Qafqaz, Yaxın Şərq, habelə Aralıq dənizinin şərq hissəsi üzrə məsələlərdə mövqeləri üst-üstə düşmür və fərqli maraqlardan çıxış edirlər. Bununla belə “Safran”ın “Baykar”la əməkdaşlığı ölkələrin üst-üstə düşən maraqlarının inkişafına müsbət təsir göstərər.

Ancaq onun Yunanıstanla birlikdə Kiprə silahlı qüvvələr yerləşdirməsi Yelisey sarayının türklərə və Türkiyəyə qarşı münasibətinin davamı, göstəricisidir. Bu baxımdan Makronun Afinaya səfərinin məqsədi Türkiyə və Şimali Kipr ətrafında Fransa, Yunanıstan və yunan Kipri hərbi alyansının Şərqi Aralıq dənizi regionunda təhlükəsizliyin təmin edilməsi adı altında strateji tərəfdaşlığı gücləndirməkdir.

Bu NATO daxilindəki ziddiyyəti bir daha ifşa edir. Çünki Yunanıstanın, yaxud yunan Kiprinin Türkiyəyə və Şimali Kiprə mümkün hücumu zamanı Fransa kimi müdafiə edəcək? Yaxud Fransa Türkiyəni bu tip hücumlardan qoruyarmı? Hər halda yunanlar fransızlarla ənənəvi türk düşmənliyi fəaliyyətini adaya hərbçi yerləşdirmək razılaşması təsdiqləyir.

Yunanıstanın bu narahatlığını qısqanclıq kimi də qiymətləndirmək olar. Bu canfəşanlığa, qalmaqala əsaslanaraq, zənn etmək olar ki, Afina Parisi Ankaraya qısqanır. Ona görə də emosiyasını bu şəkildə nümayiş etdirir.

Odur ki, siyasi səhnədə heç kim özünü gizlədə bilmir. Yüz ildən artıqdır hədəfi və mətni dəyişməyən “Türkiyə” adlı əsərdə hər kəs öz rolunu oynamağa davam edir.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır