Maraqlı 20.09.2019 11:11

Alma sirkəsindən çox istifadə edin – MƏSLƏHƏT

Alma sirkəsi alma şirəsinin qıcqırmış halıdır.

Rakus.az xəbər verir ki, alma şirəsi qıcqırdığı zaman sirkə turşusu əmələ gəlir. Nəticədə tərkibi tam başqa məhlul alınır.

Hələ qədim zamanlardan xalq təbabətində geniş istifadə olunan alma sirkəsinin orqanizm üçün faydaları saymaqla bitməz. Tərkibi A, B1, B2, B6, C, E vitaminləri və dəmir, kalium, kalsium, maqnezium, mis, natrium, fosfor, ftor kimi lazımlı mikroelementlərlə, fermentlərlə zəngindir.

Bəs faydaları hansılardır?

1. Qan şəkərini nizamlayır. Qlükoza səviyyəsini aşağı salır. Yatmazdan əvvəl iki qaşıq qəbul etməyiniz kifayətdir.

2. Ürəyə faydalıdır. Alma sirkəsindəki asetik turşusu, eyni zamanda, qan təzyiqi və zərərli xolesterolu (LDL) azaldır, xeyirli xolesterolu artırır (HDL). Yeməklərinizə alma sirkəsi qataraq, daha sağlam ürəyə sahib olun.

3. Arıqlamağa kömək edir. Alma sirkəsində olan asetik turşusu aclıq hissini və su itkisini azaldır. Eyni zamanda, yağ yandırılmasına da kömək edir. Piylərin parçalanma prosesini sürətləndirir, iştahanı azaldır. Salatlarınıza iki qaşıq əlavə edə bilərsiniz. Hər səhər ac qarına 1 stəkan suyun içinə 1 xörək qaşığı alma sirkəsi və bal qatıb için. Çəkinizdəki dəyişikliyin fərqinə varacaqsınız.
4. Həzmə yaxşı təsir edir. Balaca stəkanda suya bir qaşıq bal və bir qaşıq alma sirkəsi qarışdırıb, axşam yeməyindən yarım saat əvvəl için.

5. Qocalmağa əks təsiri var. Antioksidant xüsusiyyəti bədəndəki asit tarazlığını təmin edərək yaşlanmağı yavaşladır. Bir sprey qabına alma sirkəsi tökün, üzərinə bir az su əlavə edərək, üz təmizləyici tonik kimi istifadə edə bilərsiniz.

6. Oksidi aradan qaldırıcı təsirə malikdir. Toxuma və hüceyrələrinizə zərər verən molekullarla mübarizə aparır. Bir çox meyvə və tərəvəz kimi, alma sirkəsi də antioksidant qaynağıdır.

7. Osteoporozun müalicəsində istifadə olunur. Tərkibindəki kalsium və minerallarla osteoporoz riskini azaldır. Daha güclü sümüklər üçün yeməklərinizdə alma sirkəsindən istifadə edə bilərsiniz.

8. Boğaz ağrısına yaxşı təsir edir. Virus əleyhinə olması və antibakterial xüsusiyyəti sayəsində boğaz ağrısına qarşı istifadə edilə bilər. Alma sirkəsi ilə qarqara edərək boğaz ağrısını yumşalda bilərsiniz.

9. Üz dərisini gözəlləşdirir. Dərini ağardır, təmizləyir, piqment ləkələri və çilləri aradan qaldırır, məsamələri və ləkələri aparır. Alma sirkəsini pambığın köməyi ilə ləkələrinizin üstünə sürtdükdə ləkələr quruyur. Bu isə ləkələrin yox olmasını sürətləndirir. Dərisi yağlı olanlar hər gün üzünü alma sirkəsində isladılmış pambıqla silsin. Bu, artıq parıltını götürür, məsamələri yığır, sızanaqları müalicə edir.

10. Burun tutulmasını açır. Tərkibindəki potasium və asetik turşusu sayəsində alma sirkəsi burun tutulmasını aradan qaldırır. Bir stəkan suya bir qaşıq alma sirkəsi qarışdıraraq için.

11. Ağız iyini aradan qaldırır. Antibakterial tərkibli olması sayəsində ağız iyi ilə mübarizə apara bilir. Ağzınızı gündə ən azı bir dəfə alma sirkəsi ilə yuyun.

12. Sağlam saçlara qovuşun. Boş şampun qutusuna yarım qaşıq alma sirkəsi və bir stəkan su tökün. Həftədə bir neçə dəfə şampundan sonra saçlarınızı bu qarışımla durulayın.

13. Hıçqırığı aradan qaldırır. Hıçqırığın əsas səbəbi olan mədədəki turşuluğu nizamlayır. Alma sirkəsi ilə qarqara edərək bundan xilas ola bilərsiniz.

14. Sellüliti azaldır. Bir qaşıq alma sirkəsinə iki qaşıq yağ əlavə edərək, sellülit olan bölgəni masaj edin.

15. Damarları təmizləyir və elastikliyini artırır. Alma sirkəsi varikoz xəstəliyi zamanı damarların vəziyyətinin yaxşılaşmasına, damarların möhkəmlənməsinə, ödəmlərin aradan qaldırılmasına yaxşı kömək edir. Bunun üçün alma sirkəsi ilə olan kompreslərdən istifadə etmək olar. Parçanı alma sirkəsinə batırın və ayaqları aşağıdan yuxarıya doğru yüngül sürtün. Sirkə quruyandan sonra ayaqlarınızı yumayın.

16. Ağrını azaldır. Miqren tutması və ya adi baş ağrısı zamanı alnınıza sirkədə isladılmış parça qoyun və uzanın. Bu, ağrıların azalmasına kömək edəcək.

 

Qeyd: Mədə-bağırsaq sistemində pozulmalar – xora, eroziya olanlar alma sirkəsi qəbul etməməlidir.

XƏBƏR LENTİ
Sosial / 12.10.2026 11:37
Rizvan Hacıyev yazır: Dünyəvilik dinsizlik deyil…
İdman / 12.10.2026 00:23
Xatirə Turnirində 3-cü turun nəticələri - FOTO
Dünya, Siyasi / 09.10.2026 15:56
“Bakı Dialoqu”: müharibə aparanlara sülh ismarışı – TƏHLİL - FOTO
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO