Siyasi 31.05.2019 21:28

Azərbaycan-Ekvador əlaqələri müzakirə edildi

İqamətgahı Braziliya şəhərində olan Azərbaycan Respublikasının Ekvador Respublikasındakı səfiri Elxan Poluxov bu ölkənin paytaxtı Kito şəhərinə işgüzar səfəri çərçivəsində Ekvador Milli Assambleyasının suverenlik, inteqrasiya, xarici siyasət və daxili təhlükəsizlik komitəsinin prezidenti Fernando Flores Vasquez ilə görüşüb.

Rakus.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, Fernando Flores Vasquez ölkələrimiz arasında sıx əlaqələrin olduğunu və qarşılıqlı maraq doğuran bir sıra məsələlərdə beynəlxalq təşkilatlar çərçivəsində biri-birimizə dəstək verdiyimizi qeyd edib.

Elxan Poluxov ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində parlamentlərarası diplomatiyanın xüsusi rol oynadığını vurğulayıb. Milli Məclisin strukturu və fəaliyyəti haqqında ətraflı məlumat verən səfir ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin daha da möhkəmləndirilməsinin və bunun üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini söyləyib. Səfir qeyd edib ki, Ekvador ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq üçün potensial mövcuddur və bunun üçün müvafiq dövlət və biznes qurumları arasında əməkdaşlığın qurulması labüddür.

Sonra səfir regionumuzda baş verən siyasi və iqtisadi proseslər barəsində danışıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib və Ekvador tərəfini ölkəmizin ədalətli mövqeyini dəstəkləməyə çağırıb.

Vasquez Ekvador Konstitusiyasında müstəqil ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşma və bütün münaqişələrin sülh yolu ilə həll edilməsi prinsiplərinin öz əksini tapdığını bildirərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, sülh yolu ilə həll edilməsini arzulayıb. O, həmçinin ölkəmizə səfər təklifini məmnunluqla qəbul etdiyini və qısa zamanda bu səfərin həyata keçirilməsinə çalışacağını deyib.

Sonda tərəflər dünyada və regionda baş verən müxtəlif proseslər ətrafında fikir mübadiləsi aparıblar.

XƏBƏR LENTİ
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır