“Gürcüstan və Azərbaycan arasındakı tərəfdaşlıq əlaqələri unikal xarakter daşıyır və əminəm ki, bu əlaqələr daha yüksək səviyyəyə qalxacaq”.
Rakus.az xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
“Ölkələr arasında tərəfdaşlıq əlaqələri ildən-ilə genişlənir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Bu, beynəlxalq formatda da dəstəklənir.
Həmçinin, son BMT Baş Assambleyasının (BA) iclasında Azərbaycanın Gürcüstanı dəstəkləməsi bizim üçün çox mühümdür və bunu yüksək qiymətləndiririk”, – deyə Gürcüstan XİN başçısı vurğulayıb.
D.Zalkaliani azərbaycanlı həmkarının onu Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik barədə məlumatlandırdığını qeyd edib: “Gürcüstan münaqişənin beynəlxalq ictimaiyyətin dəstəyi ilə həllinin tərəfdarıdır”.