Elm və təhsil 19.11.2023 10:38

Ardanış orta məktəbini bitirənlər 50 il sonra görüşdülər - FOTO

Bu günlərdə Göyçə mahalının Ardanış kənd orta məktəbinin 1974-cü il buraxılşından olan bir qrup məzun və müəllimlərinin Bakı şəhərində “Laləndə” restoranında görüşü keçirilib.

Rakus.az xəbər verir ki,  görüşdə o dövrdə məzunlara dərs demiş müəllimlərdən Məhəmmədəli Quliyev və Mikayıl Həsənov da iştirak ediblər. İştirakçılar məktəb illərinin bir daha xatırladıb, xatirələrini yada salıblar.

Görüşdə Mikayıl Həsənov, Məhəmmədəli Quliyev, o dövrün məzunları bu görüşü yüksək səviyyədə təşkil edən Oruc Süleymanov, aşıq Bəhmən Kazımov, Rusiyanın Sankt Peterburq şəhərindən gəlmiş Rusiya Yazıçılar birliyinin üzvü, şair Maarif Hümbətov (Arif Göyçəli), Məhəmmədəli Qasımov, İmran Kazımov, Məhluqə Həsənova, Dilbər Vəliyeva, Ceyran Rzayeva, Minayə Novruzova, Elmira Hümbətova və başqaları çıxış edərək Ardanış kənd orta məktəbi, onlara dərs deyən müəllimlər haqqında xoş xatirələr danışıblar. Onlar dünyasını dəyişmiş müəllimlərə Allahdan rəhmət diləyərək digər müəllimlərinə cansağlığı arzulayıb, orta məktəbdən maraqlı əhvalatları xatırlayaraq gövrək anlar yaşayıblar.

Natiqlər erməni vandallarının oxuduğumuz məktəbi dağıtdıqlarını, bizə aid olan tariximizi məhv etmək istədiklərini, ancaq buna nail ola bilməyəcəklərini xüsusi vurğulayıb, Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağımızın hər yerində Azərbaycanımızın üçrəngli bayrağının dalğalandığını və yaxın gələcəkdə bu bayrağın Göyçəmizdə və bütün Qərbi Azərbaycanımızda dalğalanacağına inadıqlarını bildiriblər.

Çıxış edənlər nəvə-nəticələrinin doğma kəndimizdə öz təhsilini davam etdirəcəklərinə inamlarını itirmədiklərini deyiblər.

Aşıq Bəhmən və İmran müəllim öz maraqlı ifaları ilə, şair Arif Göyçəli öz şerləri ilə görüş iştirakçılarının alqışlarını qazanıblar.

Tədbirdə xanım iştirakçılara gül buketi təqdim olunub və şair Arif Göyçəli öz kitablarını iştirakçılara hədiyyə edib.

Sonda xatirə şəkilləri çəkilib və belə möhtəşəm görüş təşkil etdiyinə görə Oruc müəllimə dərin minnətdarlıq bildiriblər.

Əli Vəliyev

XƏBƏR LENTİ
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO