Siyasi 26.01.2024 16:27

AŞPA platformasında baş verənlər Ermənistanı revanşizmə həvəsləndirir – Əli Hüseynli

Təəssüf doğuran haldır ki, son zamanlar bir sıra beynəlxalq təşkilatlarda, xüsusilə Avropa Şurasında (AŞ) və ermənipərəst dövlətlərdə ölkəmizə qarşı qərəzli münasibətlərin intensivləşməsi müşahidə olunur. Məlum olduğu kimi, bir neçə gün bundan öncə – yanvarın 22-də – Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə Almaniya təmsilçisi, Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe tərəfindən irəli sürülmüş təşəbbüs əsasında ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Ötən il oktyabrın 12-də “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, yalan və iftira dolu qətnamə və tövsiyə sənədi qəbul etməsindən sonra  AŞPA-nın atdığı bu növbəti addım ölkəmizə qarşı yönəlmiş əsassız hücumların sistemli səciyyə daşıdığını göstərir. Parlament Assambleyası öz qərarını 7 fevralda Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, bu, sadəcə, onun öz davranışına bəraət qazandırmaq üçün əl atdığı bəhanələrdir. Görünən isə odur ki,  ötən ilin sentyabrında  Qarabağda həyata keçirilmiş bir günlük lokal xarakterli  antiterror tədbirlərindən sonra    Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və konstitusiya quruluşunu tam şəkildə bərpa etməsi və beynəlxalq müstəvidə sərgilədiyi müstəqil siyasət bəzi xarici dairələrin uzağa gedən planlarını pozmuş və qıcıq yaratmışdır.

AŞPA-da formalaşan belə xoşagəlməz mühit fonunda Azərbaycan nümayəndə heyətinin qurumu qeyri-müəyyən müddətə tərk etmək barədə qərarı da məhz  Parlament Assambleyasının kənar təsirlər altında ikili standartlarla idarə olunmasına, ardıcıl olaraq qəbul etdiyi aktların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmasına, xüsusilə də ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərinə riayət etməməsinə adekvat cavabdır.

Tamamilə aydındır ki, Azərbaycanın yüksələn nüfuzunu və əldə etdiyi tarixi uğurları həzm edə bilməyən Fransanın fitnəsinə uyan Avropanın bir sıra digər ölkələrinin, o cümlədən Almaniyanın ermənipərəst siyasətçiləri Azərbaycanın regiondakı yeni reallıqlara uyğun başlatdığı sülh prosesinə dəstək vermək əvəzinə, beynəlxalq erməni  mafiyasının maliyyə imkanlarına əyilərək bu  prosesə süni   əngəllər törətməyə və ölkəmizin haqq işinə kölgə salmağa çalışırlar.    Bu baxımdan ölkəmizə qarşı düşmən mövqedə durmaqda davam edən Fransanın və Ermənistanın digər xarici havadarlarının təhrik siyasəti AŞPA-nın ölkəmizə qarşı bəslədiyi ədalətsiz yanaşmanı körükləyən əsas amil kimi görünür.

Digər təhlükə ondan ibarətdir ki, AŞPA platformasında baş verənlər Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə və revanşizmə həvəsləndirir. Ona görə də ölkəmizə qarşı nümayiş etdirilən belə ədalətsiz yanaşma heç bir hüquqi çərçivəyə sığmır və bu, Avropa Şurası daxilində demokratik dəyərlərin aşındığının bariz nümunəsi kimi dəyərləndirilməlidir.

Azərbaycan isə bu quruma üzv olduğu 23 il ərzində üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmiş, cəmiyyətin demokratik dəyərlər üzərində dinamik inkişafını təmin etmişdir. Bu gün yalnız öz gücü ilə ərazi bütövlüyünü və konstitusiya quruluşunu tam şəkildə bərpa etmiş ölkəmiz heç bir beynəlxalq təşkilatdan və dövlətdən asılı deyil, əksinə, Avrasiya coğrafiyasında sanballı geosiyasi mövqeyə malik olmaqla Avropada enerji təhlükəsizliyinə mühüm töhfə verən vacib aktora çevrilmişdir. Ona görə də Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi “Azərbaycan Avropaya nə qədər lazımdırsa, Avropa da Azərbaycana bir o qədər lazımdır” fikri bütün məsələlərdə beynəlxalq təkilatlarla münasibətlərin şaquli deyil, məhz üfüqi istiqamətdə formalaşmasının zəruriliyini nəzərdə tutan siyasətin ifadəsi kimi bu gün də öz aktuallığını qoruyub saxlayır.

Odur ki, yeni geosiyasi reallıqlar şəraitində həmin siyasi doktrinaya uyğun inamlı addımlar atan, bütün məsələlərdə müstəqil siyasət yürüdən və öz doğru yolu ilə gedərək heç kimə baş əyməyən qalib Azərbaycanla diktə və təhdid dilində danışmaq mümkün deyil. Eyni zamanda, Avropa Şurasının mexanizmlərindən Azərbaycana qarşı istifadəyə yönəlmiş məsuliyyətsiz cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirmək əzmini sarsıda bilməz. Ona görə də AŞPA xoş niyyətlərə söykənən ortaq maraqlar naminə Azərbaycana qarşı münasibətdə obyektiv reallıqlardan çıxış etməli və ədalətsizliyə, ikili standartlara, qərəzə yol açan hərəkətlərdən çəkinməlidir.

Əli Hüseynli- Milli Məclisin deputatı

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO