Siyasi 19.02.2024 15:24

Aİ ilə Rusiyanın ticarət əlaqəsi – uduzan Ukrayna – TƏHLİL

Ukrayna-Rusiya cəbhəsi dünyanın ən qaynar bölgələrindəndir. Fevralın 24-də bu müharibənin ikinci ili tamam olacaq. Bu müddət ərzində kim hansı üstünlüklər əldə edib?

Müharibə bir daha sübut etdi ki, milli, “5-ci kolon”a mənsub olmayan kadrlar dövlətin müstəqilliyində əsas rol oynayır. Ukrayna müstəqil dövləti 2014-cü ildən, Maydan hərəkatından sonra qurulmağa başlayıb. Rusiyanın Krımı ilhaqı Ukrayna ordusunun döyüş qabiliyyətinin, eləcə də Qərbin ona dəstəyinin göstəricisi sayıla bilər. Rusiya yarımadanı çox sürətlə ələ keçirdi. Ukraynalı hərbçilər onları gözləyirmiş kimi mövqe və postlarını təhvil verdilər.

Sübut olundu ki, Ukraynada hərbi sahədə milli kadrlar azdır. Prezident Volodimir Zelenskinin yerli həbi komissarların hamısının çağırışçıları hərbi xidmətdən yayındırmaq üçün korrupsiya ilə məşğul olduqları barədə açıqlamaları da bunu təsdiqləyir. Ukrayna Silahlı Qüvvələrində Baş komandanın dəyişməsi, Valeri Zalujnını Aleksandr Sırskinin əvəz etməsi ordu başçısının güclü və iradəli olmasının uğur üçün kifayət etmədiyini təsdiqlədi.

Orduda yeyinti hallarının mövcudluğu müdafiə nazirinin dəyişməsi ilə nəticələndi. Aleksey Reznikovu Rüstəm Ömərov əvəzlədi. Bu, Ukrayna Silahlı Qüvvələrinin yenidən formalaşması anlamına da gəlir. Müharibənin gedişində yeni rəhbərliklə yeni ordu qurulur. Yeni rəhbərliyin hərbçilər arasında nüfuzunun artması da bir qədər vaxt aparacaq.

Ukrayna torpaqlarının azad edilməsi istiqamətində ciddi uğur əldə etməyib. Bununla belə, dövlət aparatı, ordu, parlament, təhlükəsizlik xidməti və s. “5-ci kolon”dan təmizlənir. Bunun perspektivdə cəbhədə də özünü göstərəcəyi ehtimal olunur.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın sürətlə irəliləməsinin qarşısını ala bilib. Ukrayna hava hücumundan müdafiə sistemləri, qırıcılar, raketlər, bir sözlə, Rusiyanın malik olduğu hərbi texnika silah-sursata tam malik deyil. Bu da döyüş bölgələrində özünü göstərir. Ukrayna Silahlı Qüvvələrinin məlumatına əsasən, fevralın 19-da Rusiya hərbçilərinin Zaporojye istiqamətində hücumunun qarşısı alınıb. Fevralın 16-da onlar Avdeyevkaya nəzarəti ələ keçiriblər. Bu şəhər 2014-cü ildə Rusiya hərbçiləri tərəfindən işğal olunmuşdu. Onlar bu şəhərə 4 ay nəzarət edib. 2021-ci ildə ilk dəfə Ukrayna hakimiyyəti Dnepr-Avdeyevka arasında dəmiryolu marşrutunu istismara vermişdi.

Avdeyevkanın itirilməsi Ukrayna Silahlı Qüvvələri üçün imtahan da sayıla bilər. Belə ehtimal etmək olar ki, qarşı tərəf ordu rəhbərliyini nüfuzdan salmaq üçün bütün gücünü Avdeyevkanın yenidən ələ keçirilməsi istiqamətində sərf edib. Rusiya isə Ukrayna ərazilərini ilhaq etməklə müharibədə üstünlüyünü göstərə bilir.

Bu mənada, Ukrayna ərazilərinin azad edilməsi baxımından elə də ciddi üstünlüyə malik deyil. Rusiya isə bu istiqamətdə güclü təsiri bağışlayır.

Ukrayna niyə böyük uğur əldə edə bilmir, yaxud savaşı uduzur?

Sirr deyil ki, bu hərbi qarşıdurmada Kiyevi ABŞ-Avropa İttifaqı (Aİ) bloku, eləcə də Böyük Britaniya, Yaponiya, NATO və s. dəstəkləyir.

NATO-nun baş katibi Yens Stoltenberq ötən gün bildirib ki, ABŞ-nin Ukraynaya yardımla bağlı qərar qəbul etməməsi döyüş şəraitinə təsir göstərib. Qeyd edək ki, o, ötən həftə Ukraynaya 2024-cü il ərzində bir milyon pilotsuz uçuş aparatı tədarük edəcəklərini bildirmişdi.

Deməli, müharibədə baş verənlərə Qərbin yardımı ləngitməyi də az təsir etmir. Yeri gəlmişkən, 2023-cü ildə ABŞ Ukraynaya 24 milyard dollar məbləğində yardım edib. Cari il üçün isə bu məbləğin 60 milyard dollar olacağı gözlənilir. Ancaq qanunvericilər sənədi hələ qəbul etməyib. Bu istiqamətdə bürokratiya Ukraynaya yardımın gecikməsinə mane olmaqla yanaşı, torpaqların yenidən itirilməsinə də yol açıb. Ukraynanın sponsoru Avropa İttifaqı isə 2023-cü il üçün 18 milyard avro ayırmışdısa, bu il üçün 50 milyard avro nəzərdə tutulub.

Bəzi hesablamalara əsasən, Rusiya müharibəyə 211 milyard dollar xərcləyib. Bu isə o deməkdir ki, federasiya savaşa sponsorları ilə birlikdə Ukraynadan çox pul xərcləyib.

Bir çoxları Rusiya-Ukrayna müharibəsində dünyanın gələcək inkişafının taleyinin həll olduğunu bildirirlər. Bu baxımdan, Rusiya dünyanın aqibətini düşünənləri hələ udur. ABŞ, Avropa İttifaqı ölkələri, NATO bu müharibədə iştirak etmir. Rusiya NATO sərhədlərini pozmasa, yaxın dövrdə onların savaşa qatılacağı da gözlənilmir.

Rusiya Federal Gömrük Xidməti başçısının səlahiyyətlərini icra edən Ruslan Davıdovun sözlərinə görə, 2023-cü ildə Avropa İttifaqı ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 15 faizədək düşüb. Deməli, müharibənin gedişinə təsir göstərən başlıca amillərdən biri də bu ölkənin Avropa İttifaqı ilə ticarət əlaqəsinin tam kəsilməməsidir. Bu isə Rusiya iqtisadiyyatını ayaqda saxlayan məsələlərdəndir. Düzdür, Rusiya Qərbdəki ticarət tərəfdaşları ilə itkilərini Çin və Hindistanın hesabına ödəməyə çalışır. Ancaq ölkənin neft-qaz sektoruna sanksiyaların sərtləşdirilməsi onu həmin bazarlardan da mərhum edə bilər.

Beləliklə, taktiki uğurları nəzərə almasaq, Ukrayna müharibədə hələ ki Rusiyaya uduzur. Rəsmi Kiyev torpaqları tam azad edənədək müharibə aparacağını bildirir. Belə çıxır ki, Rusiya da ilhaq edilmiş bölgələrin ərazi bütövlüyünü təmin etmək üçün savaşı davam etdirir. Bu isə tərəflər arasında müharibənin hələ bitməyəcəyini deməyə əsas verir. İndiki şəraitdə sülh və ya atəşkəslə bağlı razılaşma daha çox Rusiyanın xeyrinə ola bilər. Belə halda dünyanın taleyini düşünənlərin irəli sürdüyü tezis təmin olunmur. Onda dünyanın iki qütbə yenidən bölünməsi reallaşar. Tərəflər arasında ziddiyyət kəskinləşər. Ukrayna məsələsi isə daha çox uzanar. Bu ziddiyyətlər dünyanın o biri qütbündə güclərin Çin ətrafında toplanmasına şərait yaradar. Belə olduqda Avropa İttifaqı və NATO da mənasızlaşar.

ABŞ, Avropa İttifaqı, NATO və Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu – “Ramştayn”ın yardımı gecikdirməsi isə Çinin yeni qütb kimi ulduzunun doğmasını tezləşdirər. Hələ ki Ukrayna müdafiə olunur, Rusiya yeni hücumlara cəhd edir, ABŞ və Avropadakı müttəfiqlər müzakirələr açır, tərəddüdlər edirlər. Aİ ilə Rusiya arasında 85 faizlik ticarət əlaqəsi isə hələ qüvvədədir…

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 01.05.2025 22:59
Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin əsas həlledici ölkəsinə çevrilib
Təhlil / 01.05.2025 14:53
Azərbaycan Zəngəzura yaxınlaşır – ANONS
Sosial / 01.05.2025 14:19
AHİK ilə ƏƏSMN nümayəndələrinin görüşü olub - FOTO
Elm və təhsil / 30.04.2025 22:50
“Türklərin ata yurdu Urmu, Van, Göyçə göllərinin arasındadır” - VİDEO
Elm və təhsil / 30.04.2025 13:48
Naxçıvan adı çeçen dilindədir” – ANONS
Siyasi, Sosial / 29.04.2025 22:50
Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Siyasi, Video müsahibə / 29.04.2025 18:53
“1827-1830-cu illər arasında demoqrafik fəlakət baş verib”
Sosial / 29.04.2025 14:36
Ermənilərin saxta keçmiş düzəltmə sirri – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 29.04.2025 13:40
“Zəngəzuru daşnaklara bolşeviklər verdi” – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 28.04.2025 22:34
“Göyçəli Aşıq Nəcəf ilk milli şəhidimizdir” - FOTO - VİDEO
Mədəni / 28.04.2025 19:33
Bayrağımız şagirdlərin qəlbində ucalır - FOTO
Siyasi, Sosial / 28.04.2025 18:52
Hümbət Hüseynov TDBB-nin 7-ci qurultayına qatılıb - FOTO
Siyasi, Təhlil / 28.04.2025 17:15
Brüssel-Bakı münasibətlərdə yeni səhifə açılır - FOTO - VİDEO
Mədəni / 26.04.2025 22:32
“Aşıqlara ağlasığmaz işgəncə verilirdi” - VİDEO
Siyasi, Sosial / 25.04.2025 22:10
“Ölən erməni qızın nənəsi məhkəmədə tələb etdi ki, yunan yox, türk tutulmalıdır” - FOTO - VİDEO
Siyasi, Sosial / 25.04.2025 13:26
“Ermənilər əmimi qətlə yetirdilər” – Məcid Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 24.04.2025 22:48
“Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib” - VİDEO
Siyasi / 24.04.2025 13:43
Göyçədə ərazilərin qaytarılmasına hazırlıq gedir – ANONS
Elm və təhsil / 23.04.2025 22:59
“Azərbaycan dövlətçiliyinin tarixi Urmu gölü ətrafından 4200 il əvvəldən başlayır” - VİDEO
İqtisadi, Siyasi / 23.04.2025 17:09
“Vahid Çin siyasəti”nin dəstəklənməsi Azərbaycanın üzərinə hansı öhdəlikləri qoyur? - FOTO - VİDEO
Elm və təhsil / 23.04.2025 14:50
Türklər Altaydan gəlmə deyil – ANONS - VİDEO
Siyasi, Sosial / 22.04.2025 22:54
Aslan xaraba, Asnı, Atqız, Atqoç, Artdaş, Atdaş – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 22.04.2025 18:30
“Ermənilər düşünürlər ki, biz Ermənistana qayıtsaq, onlar ikinci plana keçəcəklər” - FOTO - VİDEO
Sosial / 22.04.2025 14:45
“Asnı” tayfa adından yaranan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 22.04.2025 14:02
“Ermənilər yunanları da qovdular” – ANONS - FOTO - VİDEO
Gündəm / 22.04.2025 10:15
“Antanta dövlətləri ermənilərə Şərqi Anadoluda muxtariyyət vəd etmişdi” - VİDEO