Siyasi 28.08.2024 22:08

Ağbulaq toponimləri və hidronimləri – türk tarixinin izi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Erməni Prezidentin adını dəyişdirdiyi kənd” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə izi itirilən Ağbulaq toponimləri, eləcə də Ağbulaq hidronimləri haqqında söz açılır.

Bildirilir ki, ermənilər tarix boyu ilk növbədə türklərin soykökü, onun tarixi keçmişi ilə bağlı yaşayış məskənlərinin adlarının, etnonimlərinin dəyişdirilməsinə çalışıblar. Elə bu məqsədlə bir çox yaşayış məskənləri məhv edilib və müxtəlif vasitələrlə erməniləşdirilib.

AĞBULAQ – Zəngəzur mahalının Gorus rayonunda kənd olub və burada yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq deportasiya olunub. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıdıblar. 1988-ci ilin noyabrında kəndin sakinləri yenidən tarixi-etnik torpaqlarından deportasiya olunublar.

AĞBULAQ – Pəmbək mahalının Hamamlı, indiki Spitak rayonunda kənd olub və 1946-cı il aprelin 26-da adı dəyişdirilib Lusaxbyur qoyulub.

AĞBULAQ – Göyçə mahalının Çəmbərək, indiki Krasnoselo rayonunda kənd olub. Burada 1831-ci ildən bəri yaşayan azərbaycanlılar 1919-cu ilin fevral-mart aylarında ermənilər tərəfindən qovulub. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar doğma yurdlarına qayıdıblar. Nəhayət, 1988-ci ilin noyabrın 24-dən 28-dək kəndin əhalisi yenidən vəhşicəsinə tarixi-etnik torpaqlarından qovulub. 1991-ci il aprelin 19-da kəndin adı dəyişdirilib Axperek qoyulub.

AĞBULAQ – Vedibasar mahalının Vedi, indiki Ararat rayonunda kənd olub. Kənddə 1897-ci ildə 95 nəfər azərbaycanlı yaşayıb. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilib.

AĞBULAQ –  Zəngəzur mahalının Gorus və Qafan rayonlarında bulaq adıdır.

Qeyd edək ki, Ağbulaq toponimi Azərbaycan dilində “keyfiyyətli, içməyə yararlı” mənasında işlənən “ağ” sözü ilə “bulaq” hidroterminindən əmələ gəlib. Kəndlərin adı ərazidəki eyni adlı bulaqların adından götürülüb.

Sonda bildirilir ki, Ermənilərin bütün saxtakar əməliyyatları  azərbaycanlıların zaman-zaman tarixi torpaqlarından – Qərbi Azərbaycandan pərən-pərən, didərgin salınmasından sonra gerçəkləşib: “Təbii ki, indi zaman dəyişib və doğma yurdlarımıza qayıdış məsələsi aktuallaşıb. Məhz tarixi torpaqlarımıza qayıdış yadlaşdırılan toponimlərimizin dirçəlişi üçün əsas olacaq”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında avqustun 28-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 21.07.2025 23:50
“Qərbi Azərbaycanda nəşr olunan ilk mətbu orqan “Lək-lək” jurnalıdır”
Təhlil / 21.07.2025 17:14
İlham Əliyevin Xankəndi açıqlamaları – Azərbaycanın regional və qlobal miqyasda önəmi – ŞƏRH
Elm və təhsil, Mədəni / 19.07.2025 23:20
“Türklərin milli kimliyi onun folklorundadır” - VİDEO
Siyasi, Sosial / 18.07.2025 23:48
“Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat-çat olur” - FOTO - VİDEO
Sosial / 18.07.2025 14:22
Telli sazını baba yurdunda səsləndirmək istəyən Kənan Alıyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.07.2025 23:12
İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib? - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 17.07.2025 17:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub - FOTO
Siyasi / 17.07.2025 16:10
Naxçıvana çıxış, Zəngəzura qayıdış – ANONS - VİDEO
Siyasi / 16.07.2025 23:20
“Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb” - VİDEO
Siyasi / 16.07.2025 14:17
Kilsə İrəvanı qarışdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS