Siyasi 18.03.2025 22:24

Ardanış, Arqel, Arıqlı – türk tarixinin izi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Arıqlı erməni mənbələrində niyə Ariklu kimi qeyd edilib?” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Ardanış, Arqel, Arıqlı toponimi və Arıqlı oronimi haqqında söz açılır.

Bildirilir ki, son 200 ildə ermənilərin və onların havadarlarının yeritdiyi siyasət nəticəsində azərbaycanlılara və onlara məxsus toponimlərə qarşı etnik təmizləmə aparılıb.

Ardanış – Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonda kənd adıdır. Adı “İrəvan əyalətinin icmal dəftəri”ndə Ərdanuc, Qafqazın 5 verstlik xəritəsində Ardanic formasında qeyd edilib. 1831-ci ildən burada yaşayan azərbaycanlılar 1919-cu ilin fevral-mart aylarında ermənilər tərəfindən qırğınlarla qovulub və kənd əhalisi Azərbaycana sığınıb. İndiki Ermənistanda 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra sağ qalan sakinlər doğma kəndlərinə qayıdıblar. Son olaraq 1988-ci ilin noyabrında kənd əhalisi torpaqlarından tamamilə çıxarılıb.

Arqel – Qırxbulaq və Karpibasar mahallarında Ellər və Əştərək rayonlarının bir hissəsi hesabına sonralar təşkil edilmiş Nairi rayonunda kənd olub. Kənddə yaşayan azərbaycanlılar 1905-1906-cı illərdə deportasiya edilib və kəndə ermənilər yerləşdirilib. 1953-cü ildə Axta rayonunun Lusakert kəndinə birləşdirilərək ləğv edilib.

Arıqlı – Zəngəzur mahalının Sisyan rayonu ərazisində yerləşən kənddə yaşayan yerli sakinlər 1918-ci ildə erməni soyqırımına məruz qalaraq deportasiya edilib və kənd dağıdılaraq xarabalığa çevrilib.

Arıqlı – Zəngəzur mahalının Sisyan rayonunda dağ adıdır.

Sonda vurğulanır ki, XX əsrin əvvəllərində və sonlarında gəlmə ermənilər, daşnaklar soydaşlarımıza qarşı tükürpədici cinayətlər törədərək onların deportasiyasını gerçəkləşdirib və türk izini silməyə çalışıblar: “Lakin adı çəkilən məkanları, oradakı cığırları belə heç vaxt unutmaq və unutdurmaq mümkün deyil. Çünki o yerlərin əsl sahibləri gəzdikləri  cığırlara yenə ayaq basacaqlar”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında martın 18-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 01.05.2025 22:59
Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin əsas həlledici ölkəsinə çevrilib
Təhlil / 01.05.2025 14:53
Azərbaycan Zəngəzura yaxınlaşır – ANONS
Sosial / 01.05.2025 14:19
AHİK ilə ƏƏSMN nümayəndələrinin görüşü olub - FOTO
Elm və təhsil / 30.04.2025 22:50
“Türklərin ata yurdu Urmu, Van, Göyçə göllərinin arasındadır” - VİDEO
Elm və təhsil / 30.04.2025 13:48
Naxçıvan adı çeçen dilindədir” – ANONS
Siyasi, Sosial / 29.04.2025 22:50
Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Siyasi, Video müsahibə / 29.04.2025 18:53
“1827-1830-cu illər arasında demoqrafik fəlakət baş verib”
Sosial / 29.04.2025 14:36
Ermənilərin saxta keçmiş düzəltmə sirri – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 29.04.2025 13:40
“Zəngəzuru daşnaklara bolşeviklər verdi” – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 28.04.2025 22:34
“Göyçəli Aşıq Nəcəf ilk milli şəhidimizdir” - FOTO - VİDEO
Mədəni / 28.04.2025 19:33
Bayrağımız şagirdlərin qəlbində ucalır - FOTO
Siyasi, Sosial / 28.04.2025 18:52
Hümbət Hüseynov TDBB-nin 7-ci qurultayına qatılıb - FOTO
Siyasi, Təhlil / 28.04.2025 17:15
Brüssel-Bakı münasibətlərdə yeni səhifə açılır - FOTO - VİDEO
Mədəni / 26.04.2025 22:32
“Aşıqlara ağlasığmaz işgəncə verilirdi” - VİDEO
Siyasi, Sosial / 25.04.2025 22:10
“Ölən erməni qızın nənəsi məhkəmədə tələb etdi ki, yunan yox, türk tutulmalıdır” - FOTO - VİDEO
Siyasi, Sosial / 25.04.2025 13:26
“Ermənilər əmimi qətlə yetirdilər” – Məcid Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 24.04.2025 22:48
“Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib” - VİDEO
Siyasi / 24.04.2025 13:43
Göyçədə ərazilərin qaytarılmasına hazırlıq gedir – ANONS
Elm və təhsil / 23.04.2025 22:59
“Azərbaycan dövlətçiliyinin tarixi Urmu gölü ətrafından 4200 il əvvəldən başlayır” - VİDEO
İqtisadi, Siyasi / 23.04.2025 17:09
“Vahid Çin siyasəti”nin dəstəklənməsi Azərbaycanın üzərinə hansı öhdəlikləri qoyur? - FOTO - VİDEO
Elm və təhsil / 23.04.2025 14:50
Türklər Altaydan gəlmə deyil – ANONS - VİDEO
Siyasi, Sosial / 22.04.2025 22:54
Aslan xaraba, Asnı, Atqız, Atqoç, Artdaş, Atdaş – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 22.04.2025 18:30
“Ermənilər düşünürlər ki, biz Ermənistana qayıtsaq, onlar ikinci plana keçəcəklər” - FOTO - VİDEO
Sosial / 22.04.2025 14:45
“Asnı” tayfa adından yaranan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 22.04.2025 14:02
“Ermənilər yunanları da qovdular” – ANONS - FOTO - VİDEO
Gündəm / 22.04.2025 10:15
“Antanta dövlətləri ermənilərə Şərqi Anadoluda muxtariyyət vəd etmişdi” - VİDEO