Müsahibə 27.10.2025 22:32

“Andranik ermənilərə yazdığı məktubda özünü ifşa edib” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi filoloq, tərcüməçi Azad Ağaoğlu olub.

O, Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə işıq üzü görən tam külliyyatının ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə 20 cilddə çap olunması layihəsindən söhbət açıb. Bildirib ki, hazırda XIII cild oxucuların ixtiyarına verilib. Qeyd olunub ki, ADA Universitetinin bu layihəsinə qədər “Azərbaycan” qəzetinin 450-yə yaxın nömrəsi heç vaxt tam külliyyatda ərəb əlifbasından latın əlifbasına transliterasiya edilməyib. Bu istiqamətdə ayrı-ayrı təşəbbüslər olsa da, bütöv şəkildə nəşrlər ortaya qoyulmayıb. Bu baxımdan, 1918-1920-ci illərdə işıq üzü görmüş “Azərbaycan” qəzetinin çapı və qəzetin tam külliyyatının hazırlanması xüsusi əhəmiyyət kəsb edir.

A.Ağaoğlu vurğulayıb ki, “Azərbaycan” qəzetini filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli ilə birlikdə transliterasiya ediblər. Onun sözlərinə görə, bu layihə çərçivəsində görülən işlərdən biri də yenə ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan” qəzetində Qərbi Azərbaycan mövzusu: sentyabr 1918 – oktyabr 1919” kitabının nəşr olunmasıdır. Bu kitab Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfə kimi qiymətləndirilə bilər. Çünki 1918-1920-ci illərdə Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilmiş vəhşiliklərə dair “Azərbaycan” qəzetində dərc olunan bütün materiallar bu vəsaitdə toplanıb.

Müsahib söyləyib ki, bu materiallar və faktlar tariximizin, milli yaddaşımızın unudulmaması üçün müstəsna əhəmiyyətə malikdir. Misal üçün, “Azərbaycan” qəzeti o dövrdə Andranikin daşnak-bolşevik mətbuatında ermənilərə müraciətini – məktubunu dərc edib. Həmin məktubda Andranik soydaşlarımıza qarşı necə təşkilatlanma işi apardığını, təxribatlar, qırğınlar törətdiyini açıq şəkildə bildirib və bununla da özünü ifşa edib.

A.Ağaoğlu deyib ki, bu kimi çoxsaylı faktlar “Azərbaycan” qəzetində Qərbi Azərbaycan mövzusu: sentyabr 1918 – oktyabr 1919” kitabında toplanıb. Ümumiyyətlə, o dövrdə işıq üzü görən materiallara nəzər saldıqda aydın müşahidə etmək olur ki, “Azərbaycan” qəzeti daşnak-bolşevik mətbuatına qarşı təkbaşına döyüşüb. Dövrün azərbaycanlı ziyalıları bu mətbu orqanda ümummilli məsələ ətrafında sıx birləşib, tarixi torpaqlarımız uğrunda siyasi-ideoloji mübarizə aparıblar. Qərbi Azərbaycandan olan soydaşlarımızın problemləri daim diqqət mərkəzində saxlanılıb. Zəngəzur məsələsinə də xüsusi önəm verilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə oktyabrın 27-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO