Mətbuat
18.11.2025
14:05
Astanada əməkdaşlıq memorandumu imzalanıb - FOTO
“Global Media Group”a daxil olan Baku TV və Report İnformasiya Agentliyi Qazaxıstanın ən nüfuzlu informasiya qurumlarından biri – “Xabar” Agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıb
Sənəd bu gün Qazaxıstanın Astana şəhərində imzalanıb.
Rakus.az xəbər verir ki, memorandumu Baku TV-nin direktoru Ramin Cəfərov, Report İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev və “Xabar” Agentliyinin İdarə Heyətinin sədri Kəməlbək Oyşıbayev imzalayıblar.
Mərasimdə “Global Media Group”un İdarə Heyətinin üzvü Orxan Məmmədov və Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov iştirak ediblər.
Səfir çıxışında bu əməkdaşlığın regionda informasiya əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. O bildirib ki, media sahəsində koordinasiyanın güclənməsi Qazaxıstan və Azərbaycan arasında uzun illərdir formalaşmış dostluq münasibətlərinə əlavə dinamizm qatacaq.
K.Oyşıbayev çıxışında deyibn ki, “Xabar” Agentliyi Azərbaycan media qurumları ilə tərəfdaşlığı strateji əməkdaşlıq xəttinin mühüm tərkib hissəsi kimi görür: “Birgə fəaliyyətimiz həm xəbərin hazırlanması prosesində yeni texnoloji imkanların paylaşılmasına, həm də informasiya məhsullarının mübadiləsində daha geniş imkanların açılmasına şərait yaradacaq. Bu müqavilə qarşılıqlı etimadın və davamlı əməkdaşlığın göstəricisidir”.
“Global Media Group”un İdarə Heyətinin üzvü Orxan Məmmədov bildirib ki, Baku TV və Report İnformasiya Agentliyinin Qazaxıstanla qurduğu bu əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya informasiya məkanında yeni sinerji yaradır: “Bu tərəfdaşlıq yalnız kontent mübadiləsi deyil, həm də iki ölkənin aparıcı media institutları arasında peşəkar standartların genişlənməsi deməkdir. Qarşılıqlı fəaliyyətin praktik nəticələri yaxın zamanda daha aydın görünəcək.”
Xatırladaq ki, memorandum televiziya və informasiya sahəsində birgə layihələrin icrasını, xəbərlərin hazırlanmasında təcrübə mübadiləsini, kontent axınının genişləndirilməsini və yeni media formatlarının inkişafını nəzərdə tutur. Baku TV-nin regiondakı əməkdaşlıq xətti ötən ay Özbəkistanın “Özbəkistan 24” kanalı ilə imzalanmış memorandumla başlamışdı. Qazaxıstanın “Xabar” Agentliyi ilə əldə olunan yeni razılaşma isə bu istiqamətin davamı olaraq, Mərkəzi Asiyada informasiya əməkdaşlığının daha geniş miqyasda inkişafına xidmət edir.

XƏBƏR LENTİ
Dünya, Siyasi
/
07.10.2026
16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial
/
07.10.2026
10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman
/
07.10.2026
00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman
/
06.10.2026
00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi
/
05.10.2026
17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial
/
05.10.2026
10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman
/
05.10.2026
00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Siyasi, Təhlil
/
02.10.2026
17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi
/
02.10.2026
14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman
/
02.10.2026
14:03
Gündəm, İdman
/
01.10.2026
07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi
/
30.09.2026
14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial
/
30.09.2026
11:22
İdman
/
30.09.2026
08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman
/
29.09.2026
09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni
/
28.09.2026
14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman
/
28.09.2026
09:22
Gündəm, Hərbi
/
27.09.2026
00:02
Azərbaycanda Anım Günüdür
İdman
/
26.09.2026
08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil
/
25.09.2026
17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat
/
24.09.2026
00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman
/
23.09.2026
10:00
Sosial
/
19.09.2026
17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm
/
15.09.2026
00:01
Dünya, Mədəni
/
14.09.2026
10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil
/
10.09.2026
16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO














