Siyasi 19.03.2026 14:50

Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi - FOTO

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Qərbi Azərbaycanlıların real həyat hekayələrindən ibarət böyük bir məcmuə yaradılıb.

Rakus.az xəbər verir ki, məcmuə layihəsi Qərbi Azərbaycanlılara qarşı yönəlmiş mifləri və təbliğatı ifşa edir.

Azərbaycan Respublikası Gənclər Fondu 2025-ci ildə Konstitusiya və Suverenlik İli çərçivəsində qrant müsabiqəsi təşkil edib. Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Münasibətlər kafedrasının doktorantı Xalid Ələkbərovun “Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi. Son tarixi mənbələr təbliğata qarşı” adlı layihəsi qalibləri sırasında yer alıb. Layihə Qərbi Azərbaycan əsilli vətəndaşlardan məlumatların toplanmasına əsaslanır. Layihə Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan Muxtar Respublikası, Gəncə və Azərbaycanın digər bölgələrində həyata keçirilib. Layihə iştirakçılarından gələn məlumatlar sayəsində keçmiş sovet Ermənistanı ərazisində insan hüquqlarının vəziyyəti haqqında məlumat əldə etmək mümkün olub. Birinci Qarabağ müharibəsindən, xüsusən də 1988-ci ilin fevral ayında Sumqayıtda baş vermiş hadisələrindən xeyli əvvəl, Azərbaycan əhalisinin qovulması planlarını göstərən məlumatlar toplanıb.

Bundan əlavə, respondentlərin əksəriyyəti Qərbi Azərbaycandakı evlərinin qovulmadan sonra aldıqları evlərdən daha yaxşı olduğunu bildiriblər. Respondentlərin əksəriyyəti evlərini satmadıqlarını qeyd ediblər. Bu və digər məlumatlar Qərbi azərbaycanlıların öz qanuni əcdad torpaqlarına qayıtmasının əleyhinə olanların təbliğatını sarsıdır.

X.Ələkbərovun sözlərinə görə, Ermənistan Respublikasının rəhbərliyi Qərbi azərbaycanlılara qarşı sistematik pozuntuları etiraf etməli və araşdırmalıdır.

Layihənin icrasına verdikləri dəstəyə görə Cülfa Rayon İcra Hakimiyyəti baçısı əvəzi Sara xanım Hüseynovaya, icra hakimiyyətinin əməkdaşı Mədinə xanıma, Kəngərli Rayon İcra Hakimiyyətinin baçısı Kamal Ələkbərova,  eləcə də Kəngərli rayonu Çalxanqala, Culfa rayonu Şurud və Gial kəndlərinin icra numayəndələrinə, Qərbi Azərbaycan İcmasının Kəngərli rayon üzrə sədri Ələsgər müəllimə xüsusi təşəkkürümüzü bildiririk.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 28.10.2026 12:11
Qərbi Azərbaycan həqiqətləri: Zəngəzurun tarixi kəndi necə məhv edildi? - FOTO
İdman / 28.10.2026 00:16
Xatirə Turnirinin 5-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
Dünya, Təhlil / 27.10.2026 17:27
Avropanın iki dövlətində baş verənlərə qısa ekskurs – TƏHLİL - FOTO
Mətbuat / 27.10.2026 12:27
“Report”un yeni media mühitində 12 illik fəaliyyətinə BAXIŞ - FOTO
Siyasi, Sosial / 27.10.2026 10:16
Qərbi Azərbaycan Həqiqətləri: Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - FOTO - VİDEO
İdman / 27.10.2026 00:04
Beşinci tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Dünya, Təhlil / 26.10.2026 17:18
Tehran rejimi gözündə görmədiyi tiri niyə dəyişmək istəmir? – TƏHLİL - FOTO
Maraqlı, Mədəni / 26.10.2026 12:09
Özünü axmaq və gülünc kimi göstərən Kramarov kim idi? – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 26.10.2026 00:02
Xatirə Turnirində 5-ci turun nəticələri - FOTO
Maraqlı, Siyasi, Sosial / 25.10.2026 10:40
Qərbi Azərbaycan həqiqətləri: Bəriabadın taleyi necə dəyişdi? - FOTO - VİDEO
Sosial / 25.10.2026 08:29
Ailəsi dağıldı, doğmaları xəyanət etdi – “Arzunun vaxtı” - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 21:23
Qərbi Azərbaycan həqiqətləri: Ərincin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 24.10.2026 11:03
“Qayınanam “kapriznıy” idi, kaş başqa cür danışardım” – O VAXTLAR - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 09:42
Qərbi Azərbaycan həqiqətləri: Ardanışın unudulmuş Azərbaycan tarixi - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.10.2026 16:37
Paşinyanın ismarışları – demokratiyadan sui-istifadə metodu – TƏHLİL - FOTO
İdman / 23.10.2026 00:01
Şəhid Jurnalistlərin Xatirə Turnirində 5-ci tur həyacanı başlayır - FOTO
Siyasi, Sosial / 21.10.2026 13:31
Qərbi Azərbaycan həqiqətləri: Almalıq kəndinin tarixi sirləri - FOTO - VİDEO
Sosial / 21.10.2026 12:25
Qarabağlı qayınana, ukraynalı gəlin – “Arzunun vaxtı” - VİDEO
İdman / 21.10.2026 00:22
Xatirə Turnirinin 4-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Dünya, Elm və təhsil / 20.10.2026 17:42
Məktəb və məktəblilərin təhlükəsizliyi – ehtiyac duyulan əməkdaşlıq – TƏHLİL
Hərbi / 20.10.2026 12:02
Bir ömrün xatirəsini 32 saniyəyə sığdıran şəhidin son sözləri – REPORTAJ - VİDEO
Siyasi, Sosial / 20.10.2026 11:10
Qərbi Azərbaycan həqiqətləri: “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” - FOTO - VİDEO
İdman / 20.10.2026 10:16
Dördüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.10.2026 12:15
Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət – KƏNDİNƏ QAYIT - VİDEO
İdman / 19.10.2026 00:41
Xatirə Turnirində 4-cü turun nəticələri - FOTO
Sosial / 18.10.2026 10:48
“İnternetdə tanış olduq, ailəm dağıldı” – “Arzunun vaxtı” - VİDEO