Dünya 08.07.2026 13:17

Moskva körpüləri yandırır – TƏHLİL - FOTO

Rusiya Federasiyası (RF) növbəti dəfə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı yanacaqdoldurma məntəqəsini (YDM) vurub.

“SOCAR Energy Ukraine” şirkətindən bildirilib ki, üç ədəd pilotsuz uçuş aparatı (PUA) Nikolayev vilayətinin Neçayane kəndində yerləşən yanacaqdoldurma məntəqəsini hədəfə alıb. Zərbə nəticəsində güclü partlayış olub, məntəqənin inzibati binasına ziyan dəyib.

Bu, Azərbaycana məxsus müəssisəyə Rusiyanın ilk hücumu deyil. 2025-ci avqustun 8-də də RF dronları SOCAR neft bazasına hücum etmiş, hadisə nəticəsində şirkətin dörd əməkdaşı ağır yaralanmışdı. Bir neçə gün sonra orada təkrar partlayış baş vermişdi. Bundan başqa, ötən ilin yayında Jitomir vilayətinin Berezina kəndi yaxınlığındakı magistral yolda yerləşən SOCAR-a məxsus iki yanacaqdoldurma məntəqəsi Rusiyanın hava zərbələri nəticəsində ciddi dağıntılara məruz qalmışdı.

Yanacaqdoldurma məntəqəsinə sonuncu hücumla bağlı Moskvanın Bakıdakı səfir Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Ona yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar etiraz bildirilib, uyğun nota təqdim edilib.

Nazirlikdən səfirin diqqətinə çatdırılıb ki, rəsmi Bakı bu istiqamətdə dəfələrlə xəbərdarlıq etsə də, belə halların davam etməsi hücumların məqsədyönlü olduğunu göstərir.

Görüşdə, həmçinin Azərbaycanın Kiyevdəki səfirliyinin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib, Vyana Konvensiyalarına uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan XİN Rusiyanı bütün faktlar üzrə əhatəli araşdırma aparmağa, baş vermiş hadisələrə uyğun açıqlama verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiyanın Azərbaycana aid mülki obyektləri hədəfə alması təkcə Ukrayna ərazisi ilə bitmir. Belə təxribat, təhrikedici əməllərdən biri də 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yolları aviaşirkətinə (AZAL) məxsus “Embraer E190AR” sərnişin təyyarəsinin Rusiya Hərbi Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurlması idi. Qroznı şəhəri üzərində vurulan təyyarənin pilotları fədakarlıq göstərərək Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi etməyə çalışsa da, göyərtədə olan 67 nəfərdən 38-i həlak olmuş, 29 nəfəri isə yaralı xilas edilmişdi. Moskvanın hadisənin mahiyyətinə uyğun üzr istəmək istəməməsi, habelə beynəlxalq qaydalara görə ödəməli olduğu kompensasiyadan boyun qaçırması Bakı ilə münasibətlərdə ciddi gərginliyə səbəb olmuşdu.

Rusiya Azərbaycana məxsus mülkiyyətə hücum etməklə ikitərəfli anlaşmalara qarşı çıxır. Habelə, bir-birinin mülkiyyətinin toxunlmazlığı barədə əldə edilmiş anlaşmaları görməzlikdən gəlir.

2022-ci il fevralın 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Həmin sənədin ikinci maddəsində “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər” vurğulanıb.

Bu baxımdan, Moskvanın Azərbaycanın Ukraynadakı mülki əmlakına hücum etməsi, rəsmi Bakının Kiyevlə əlaqələrinə qarşı bu addımı atması ikinci bəndin pozulmasıdır. Başqa bir tərəfdən, yanacaqdoldurma məntəqləri pərakəndə yanacaq satışını təmin edən əmlak-texnoloji komplekslərdir. Hüquqi normalara əsasən, onlar mülki və kommersiya təyinatlı stasionar obyektlər olaraq təsnif edilir.

Rusiya Ukraynada bu tip obyektləri vurmaqla öz zəifliyini nümayiş etdirir.

Əvvəla, SOCAR-ın yanacaqdoldurma məntəqələri yaşayış yerlərində fəaliyyət göstərir. Bu isə o deməkdir ki, həmin məntəqələr ancaq mülkü sakinlərə xidmət edir. Rusiyaya raket atan hərbi texnika, qırıcılar, yanacaqla işləyən hərbi təmayüllü başqa qurğular yanacağı mülki YDM-dən götürmür. Bu baxımdan, Ukrayna tərəfindən vurulan neft zavodlarının YDM-lə eyni statusda tutulması məntiqsizdir.

Beynəlxalq hüquqda mülki obyektlərə qəsdən zərbə endirmək müharibə cinayəti kimi təsnif edilir. Dördüncü Cenevrə Konvensiyası və Əlavə Protokol I beynəlxalq humanitar hüququn təməl aktlarıdır. Onlar mülki əhalinin müdafiəsi, döyüşçülərin statusunun tənzimlənməsi və beynəlxalq silahlı münaqişələrin aparılması üçün qlobal standart təşkil edirlər.

Odur ki, Rusiyanın Azərbaycan mülkiyyətinə hücumu Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna əsasən, müharibə cinayəti kimi tövsif olunur.

İkincisi, görünən odur ki, Rusiyanın Azərbaycanın Ukraynadakı YDM-lər, səfirlik və konsulluq binalarına hücumları Kiyevə deyil, müstəqil Bakıya qarşı yönəlib.

RF-də, bəlkə, ehtimal edirlər ki, YDM-lərə, səfirlik və konsulluqlara hücumla ölkədəki yanacaq qıtlığı və böhranının ardan qalxmasına nail olacaqlar. Ancaq bu da baş vermir. Əksinə, Ukraynanın zərbələri nəticəsində RF-nin özündə yancaq qıtlığı yaranır.

Ölkədə yaranmış yanacaq böhranı Moskvanın müharibəni davam etdirmək gücünün azaldığını göstərir.

Araşdırmalara əsasən, Rusiyanın Ukraynaya pilotsuz uçuş aparatları və raketlərlə endirdiyi zərbələrin sayı may ayı ilə müqayisədə iyunda əhəmiyyətli dərəcədə azalıb. Hesablamalara görə, tətbiq edilən dronların sayı əvvəlki ayla müqayisədə 29%, raketlərin sayı isə 15% azalıb.

Ukrayna isə iyun ayında Rusiyadakı strateji obyektlərə hücumlarını gücləndirib. Bunların sırasında neftayırma zavodları, neft bazaları və limanlar da var. Zərbələrin bir hissəsi müdafiə sənayesi müəssisələrinə yönəlib. Ukraynanın digər zərbələri arasında xüsusilə “İskəndər” raketləri üçün elektronika istehsal edən Voronej Yarımkeçirici Cihazlar Zavoduna edilən hücum da var.

Hər bir halda müharibə əbədi olmayacaq. Onun bitəcəyi bir gün var. Bu mənada, tərəflər endirdikləri hər zərbədən əvvəl yüz ölçüb bir biçməlidirlər ki, körpülərin hamısı yanmasın. Xüsusən də bu körpülər onların müharibəsinə heç bir aidiyyəti olmayan və hər iki tərəflə münasibətlərdə balansı qoruya bilən Azərbaycana məxsusdursa.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Dünya, Təhlil / 08.07.2026 13:17
Moskva körpüləri yandırır – TƏHLİL - FOTO
Dünya, Hərbi, Təhlil / 06.07.2026 17:43
Türkiyəyə üz tutan NATO Sammiti – alyansdaxili ziddiyyətlər – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 03.07.2026 16:54
Paşinyanın müxalifəti təmizləmək işi – TƏHLİL - FOTO
Dünya, Siyasi, Təhlil / 02.07.2026 17:50
Gürcüstanın Mərkəzi Asiyaya üz tutması – TDT-nin etibarlı istiqaməti – TƏHLİL - FOTO
Dünya, Təhlil / 01.07.2026 16:15
ABŞ-İran danışıqlarına mane olan əllər – TƏHLİL - FOTO
Dünya, Təhlil / 30.06.2026 16:04
“Ana Ermənistan” – 102 saylı bazadan xilas olmaq hədəfi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 29.06.2026 16:50
Mümkünsüz görünən ABŞ-İran sülhü – Sepahın oynadığı baş rol – TƏHLİL - FOTO
Dünya, Təhlil / 25.06.2026 16:41
Fransanın cinayətkar hərəkətləri – Parisin cani erməni sevdası – TƏHLİL - FOTO
Dünya, Təhlil / 24.06.2026 17:51
ABŞ-nin Havana təhdidləri – Venesuela variantına hazırlıq – TƏHLİL - FOTO
Təhlil / 23.06.2026 15:06
Brexit də baş verdi, Britaniya da dağılmadı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 22.06.2026 17:46
ABŞ və İranın yol xəritəsi – dayanmayan normallaşma prosesi – TƏHLİL - FOTO
Təhlil / 19.06.2026 17:19
Moskvanın itən qüdrəti – Rusiya üçün dirilik suyu – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 11.06.2026 17:25
Qaçqınlıq və məcbur köçkünlük – dünya güclərinin toqquşan maraqları – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 10.06.2026 15:16
Afina ilə Parisin müdafiə sazişi – Türkiyənin etirazı – TƏHLİL - FOTO
Siyasi, Təhlil / 08.06.2026 15:02
Müctəbadan sonra İranın rəhbəri Pezeşkian deyilsə, kimdir? – TƏHLİL
Gündəm, Mətbuat / 05.06.2026 17:32
“Bir ümidlə dərhal Məhərrəmin telefon nömrəsinə zəng etdim ki…” - FOTO - VİDEO
Hərbi, Mətbuat / 04.06.2026 16:04
Yarımçıq qalan müqəddəs missiya – Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 13:12
Şəhid jurnalistin məzarı 5-ci ildönümündə ziyarət olunub - FOTO
Gündəm, Mədəni, Mətbuat / 04.06.2026 10:22
“Bir Məhərrəm yarası var ürəyimin” – YENİ MAHNI - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 08:00
Həqiqət izində həqiqətin axtardığı ADAM - FOTO
Gündəm, Hərbi / 04.06.2026 00:01
“Susuzluq faciəsi” – Şəhid jurnalistlərin minaya düşməsindən 5 il ötür - FOTO - VİDEO
Gündəm / 01.06.2026 00:03
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Gündəm / 28.05.2026 00:01
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Gündəm / 27.05.2026 00:01
Azərbaycanda Qurban bayramıdır
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür