Dünya 04.10.2026 11:28

Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO

Milli Mədəniyyət Günləri çərçivəsində Tallin meriyasının tarixi zalında Azərbaycan aşıq poeziyasının dahi ustadı Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib. Tədbir Azərbaycanın Estoniyadakı səfirliyi və “Buta” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, rəssam Rövşən Nur tərəfindən təşkil olunub.

Rakus.az xəbər verir ki, konsertdə kollektivin bədii rəhbəri Elnur İmanov (qarmon), Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev (saz), Fikrət Əliyev (balaban) və İlqar Səfərəliyev (nağara) iştirak ediblər. Azərbaycan musiqiçiləri yüksək peşəkarlıq nümayiş etdirərək Azərbaycan folklor musiqisinin zənginliyini və gözəlliyini təqdim ediblər.

Azərbaycanın “Qrasiya” və Estoniyanın “Pääsuke” rəqs qruplarının parlaq çıxışları iki ölkənin mədəniyyətlərini bir səhnədə birləşdirib.

Konsert anşlaqla keçib. Tədbirin qonaqları arasında Türkiyə, Qazaxıstan, Gürcüstan, Fransa, Çin və digər ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri, eləcə də yerli tamaşaçılar olublar. Azərbaycan musiqisi və incəsənəti gecənin qonaqlarında böyük maraq doğurub.

Rəssam R.Nur AZƏRTAC-ın müxbiri ilə söhbətində Estoniyada Azərbaycan musiqisini, incəsənətini və zəngin mədəni irsini təqdim etməyin, həmçinin xalqlarımız arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verməyin böyük şərəf və məsuliyyət olduğunu qeyd edib.

“Azərbaycan və Estoniya incəsənət, mədəniyyət vasitəsilə eyni səhnədə təmsil olundular. Bu gözəl mədəni tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Tallin şəhər rəhbərliyinə və Estoniya İnteqrasiya Fonduna dərin minnətdarlığımı bildirirəm. Xüsusilə “Torudeabi” şirkətinə, eləcə də tədbirin keçirilməsinə dəstək verən və töhfə verən bütün həmvətənlərimə təşəkkürümü bildirirəm”, – deyə həmsöhbətimiz bildirib.

XƏBƏR LENTİ
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO