Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turnirində 1/4 oyunları çərçivəsində noyabrın 7-8-də dörd oyun keçirilib.
Rakus.az xəbər verir ki, şənbə günü saat 17:00-da sahəyə Veteranlar ilə ATV komandaları çıxıb. Televiziya təmsilçiləri sahədən qələbə ilə ayrılıblar – 9:1. Saat 18:00-da isə Ardanış komandası Vətən qarşılaşması olub. Gərgin mübarizə şəraitində keçən görüş ardanışlıların xeyrinə başa çatıb – 6:4
7 Noyabr
Bakı Tennis Akademiyası
1/4 final
A1-B2 saat 17:00 – Veteranlar – ATV – 1:9
Qollar Asiman Məhəmmədəli – (Veteranlar)
Famil Hüseynov 5, Emin Abbaslı 2, Əli Məmmədov 1, Rauf Akifoğlu 1 – (ATV)
C1 – D2 18:00 – Ardanış – Vətən – 6:4
İlqar Xələfli, Ramiz Vəlizadə 2, Emin Qasımov 1 (Ardanış)
Azər Hüseynov 1, Emin Ələsgərov 1, Rasim Həsənov 1, Asif Yolçuyev (avtoqol) – (Vətən)
SARI KART: Emin İmaməliyev (Vətən)
İlqar Xələfli (Ardanış)
Oyunları AFFA-nın hakimləri Ramin Namazov və Anar Fərəcov idarə ediblər.






xxx
Bazar günü 17:00-da Qaraqoyunlu-Əmirxeyir, saat 18:00-da isə AnewZ – Xəzər TV qarşılaşmaları baş tutub. Əmirxeyirlilər rəqibin dən Daha üstün olublar – 7:4. Telekanalların mübarizəsində isə anyusçular daha çox tər tökərək, həmkarlarına məğlubiyyət yaşadıblar – 6:0.
8 Noyabr
Bakı Tennis Akademiyası
1/4 final
B1 – A2 17:00 – Qaraqoyunlu – Əmirxeyir – 7:4
D1-C2 saat 18:00 – AnewZ – Xəzər TV – 6:0
Qollar: Firuz Zeynalov, Şəhriyar Hacıyev 1, Fuad Abdullayev 1, Orxan Əsgərov 1 -(Qaraqoyunlu)
Bəxtiyar Hacıyev 3, Ramazan Abbasov 2,Tural Nağıyev 2 (Qaraqoyunlu) – (Əmirxeyir)
SARI KART: Rauf Məhərrəmov, Ramazan Abbasov
Oyunları AFFA-nın hakimləri Kənan Məlikov və İmran Məhərrəmov idarə ediblər.






xxx
Bununlada Veteranlar, Ardanış, Əmirxeyir və AnewZ komandaları Xatirə Turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Yarımfinal oyunları noyabrın 14-15-də, final və mükafatlandırma isə noyabrın 21-də keçiriləcək.
Xatırladaq ki, Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Azərbaycan Minifutbol Federasiyasının (AMF), Bakı Tennis Akademiyasının və Azfar Groupunun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum”un tərəfdaşlığı ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. İldə bir dəfə təşkil olunan turnirin ilk ilində, yəni 2022-ci ildə 6 komanda – “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” təmsil olunub. 2023-cü ildə tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Qaraqoyunlu, Loru-Borçalı, Zəngəzur, Vedibasar, Dərələyəz, Talin, Sərdarabad, Ağbaba, Abaran, Dərəçiçək, Amasiya, Çəmbərək, Qəmərli, Ardanış, Qırxbulaq kimi digər mahal, şəhər, rayon və yurdlarımızı təmsil eməsi xüsusi məna daşıyıb. Komandaların sayı 8 olub – “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu”. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edib. 2024-cü ildə turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”, “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparıb. Medianı 4 komanda təmsil edib. 2025-ci ildə isə turnirdə 12 komanda – AzTv, Baku TV Real Tv, “İctimai TV”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” təmsil olunub. Medianı 8 komanda təmsil edib. Bu il, 2026-cı ildə Xatirə Turnirin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub – AzTv-Qalaktikos, ATV, Xəzər TV, CBC sport, AnewZ (Anyuz), AZƏRTAC, APA Sport, BAKU.WS – Baku Media UnitedBaku WS, MEDİA, Gəncəvi Media, Zəfər 44, Veteranlar, VƏTƏN, Ardanış, Əmrxeyir və Qaraqoyunlu. Medianı 10 komanda təmsil edir.
Turnir hər birində 4 komanda olmaqla 4 qrupdan ibarətdir, sentyabrın 26-da başlayıb noyabrın 15-də başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-B2, C1-D2, B1-A2, D1-C2 ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. Turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 10-14 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı” və “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Ardanış komandasında çıxış edəcək. Oyunların şənbə və bazar günləri saat 17:00 və 18:00-da keçiriləcək. Komandalar özlərinin idman geyimləri ilə 5+1 heyəti ilə yaşıl meydana çıxacaqlar. Oyunları AFFA-nın hakimləri idarə edəcək. Final oyunu bə bağlanış mərasimi noyabrın 15-də bazar günü saat 17:00 və 18:00-da baş tutacaq.

OYUNLARIN CƏDVƏLİ

26 Sentyabr, Şənbə
I TUR
17:00 — AzTV – AZƏRTAC – 4:2
18:00 — Veteranlar – Əmirxeyir – 4:2
27 Sentyabr, Bazar
17:00 — ATV – APA – 10:4
18:00 — MEDİA – Qaraqoyunlu – 2:7
xxx

3 Oktyabr, Şənbə
II TUR
17:00 — Xəzər TV – Baku Ws – 6:1
4 Oktyabr, Bazar
16:00 — Zəfər-44 – Ardanış – 3:3
17:00 — CBC Sport – AnewZ – 5:0
18:00 — Gəncəvi Media – VƏTƏN 1:4
xxx

10 Oktyabr, Şənbə
III TUR
17:00 — AzTV-Veteranlar – 4:5
18:00 — AZƏRTAC-Əmirxeyir – 2:10
11 Oktyabr, Bazar
17:00 — ATV- MEDİA – 5:1
18:00 — APA-Qaraqoyunlu – 4:5
xxx

17 Oktyabr, Şənbə
IV TUR
17:00 — Xəzər TV – Zəfər-44 – 7:1
18:00 — BakuWS – Ardanış -3:5
18 Oktyabr, Bazar
17:00 — CBC Sport – Gəncəvi Media – 2:7
18:00 — AnewZ – VƏTƏN – 5:3
xxx

24 Oktyabr, Şənbə
V TUR
17:00 — AzTV – Əmirxeyir – 4:5
18:00 — AZƏRTAC – Veteranlar – 5:13
25 Oktyabr, Bazar
17:00 — ATV – Qaraqoyunlu – 1:3
18:00 — APA – MEDİA – 6:2
xxx

31 Oktyabr, Şənbə
VI TUR
17:00 — Xəzər TV – Ardanış – 4:7
18:00 — BakuWS – Zəfər 44 – 2:10
1 Noyabr, Bazar
17:00 — CBC Sport – VƏTƏN – 3:7
18:00 — AnewZ – Gəncəvi Media -8:2
xxx

7 noyabr – 1/4
A1-B2 – 17:00 – Veteranlar – ATV – 1:9
C1-D2 – 18:00 Ardanış – Vətən – 6:4
8 noyabr – 1/4
17:00 B1-A2 – Qaraqoyunlu – Əmirxeyir – 7:4
18:00 D1-C2 AnewZ – Xəzər TV – 6:0
14 noyabr – YARIMFİNAL
17:00 A1/B2 – C1/D2
18:00 B1/A2 – D1/C2
15 noyabr – 3-cü yer
17:00
2 1 noyabr
FİNAL – MÜKAFATLANDIRMA
17:00/18:00

















