Sosial 31.10.2026 10:05

Qərbi Azərbaycan həqiqətləri: Unudulan kəndin hekayəsi - FOTO - VİDEO

“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, növbəti material keçmiş Dərələyəz mahalının Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırkı Vayotsdzor mərzində yerləşən Leyliqaçan kəndi haqqındadır.

Bildirilir ki, XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər” adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunacaq.

Leyliqaçan Ermənistan ərazisində dövrümüzə qədər gəlib çıxmayan türk kəndlərindən biridir.

Qərbi Azərbaycanın yaddaş xəritəsi: Artıq mövcud olmayan Leyliqaçan kəndi - Foto/Video

Adları:

  • çar dövründə – Leyli-Kaçan, Leyli-koçan, Leylikoçan, Leylikaçan
  • sovet dövründə – Leyli Qaçan, Leylikaçan

Leyliqaçan kəndinin təməli XIX əsrin ikinci yarısında Terp kəndindən olanlar tərəfindən qoyulub. Çar dövründə kənd İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının tərkibində olub.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1919-cu ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Qərbi Azərbaycanın yaddaş xəritəsi: Artıq mövcud olmayan Leyliqaçan kəndi - Foto/Video

Qafqaz haqqında məlumat toplusu:

1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 139 nəfər yaşayıb.

1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:

1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 153 nəfər yaşayıb.

XIX əsrin sonlarında sənaye və ticarətin inkişafı, xüsusilə ümumqafqaz bazar şəbəkəsinin yaradılması Cənubi Qafqazın bəzi yaşayış məntəqələrini yaşayış və qazanc üçün daha cəlbedici edib. XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid erməni mənbələrində Leyliqaçan yaxınlığında gümüş və qurğuşun yataqları olan mədənlərdən bəhs edilir ki, bu mədənlərin işləməsi kənd əhalisinin artmasına səbəb ola bilərdi.

Əhalinin artımı qonşu kənddən sakinlərin köçürülməsi ilə də bağlı olub: 1890-cı ildə Daylaxlı kəndinin 12 türk məhəlləsindən 10-u Leyliqaçana köçürülüb. Bu amillər 1897-ci ilə kənd əhalisinin sayının nəzərəçarpacaq dərəcədə artmasını izah etməyə imkan verir.

Qərbi Azərbaycanın yaddaş xəritəsi: Artıq mövcud olmayan Leyliqaçan kəndi - Foto/Video

Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 352 nəfər yaşayıb.

İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası:

1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 384 nəfər yaşayıb.

1915-ci ilə olan Qafqaz təqvimi:

1914-cü ildə kənddə 384 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.

Qərbi Azərbaycanın yaddaş xəritəsi: Artıq mövcud olmayan Leyliqaçan kəndi - Foto/Video

1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.

AXC xarici işlər nazirinin Ermənistan xarici işlər nazirinə göndərdiyi notaya əsasən, 1919-cu ilin sonlarında Leyliqaçan da daxil olmaqla türk əhalisi olan bir sıra kəndlər erməni qoşunlarının hücumlarına məruz qalıb. Buraya salınmış məlumatlara görə, bu kəndlərdə 300 kişi öldürülüb, 30 qadın isə əsir götürülüb.

Etnik təmizləmənin nəticələri kənddə sakinlərin qalmadığını göstərən 1919-cu ilin statistik məlumatlarında öz əksini tapıb.

Sonradan, sovet dövründə kəndə Terp kəndi (indiki Saravan) sakinlərinin az bir hissəsi köçürülüb.

Manvelyan A.P., Martirosyan G.M. 1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi:

1959-cu ildə kəndin ərazisində hamısı azərbaycanlı olmaqla 13 nəfər yaşayıb.

Sonrakı illərə aid mənbələrdə kənd haqqında qeyd yoxdur.

Qərbi Azərbaycanın yaddaş xəritəsi: Artıq mövcud olmayan Leyliqaçan kəndi - Foto/Video

2021-2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kəndin ərazisində onlarla yarıdağılmış məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:

Yuxarıdakı məlumatların əsaslandırılması üçün 21 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın “The Republic of Armenia” əsəri və digər sənədlər var. Bundan əlavə, Leyliqaçan ilə bağlı 43 vizual material yerləşdirilib.

Xatırladaq ki, Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. Nadir elmi-tədqiqat işi olan “Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.

“Qərbi Azərbaycanın yaddaş yerləri” “AZfront” və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları – qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim edilir.

XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir  zərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər”, adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunur.

Bu layihənin videomaterialı oktyabrın 30-da eksklüziv olaraq Baku TV-də yayımlanıb.

 

XƏBƏR LENTİ
Dünya, Siyasi, Təhlil / 04.11.2026 17:46
ABŞ-də ara seçkisi – cəmiyyətin hakimiyyətə ziddiyyətli baxışı – TƏHLİL - FOTO
İdman / 04.11.2026 00:06
Xatirə Turnirinin 6-cı turu – yaddaqalan anlar və kadrlar - FOTO
Siyasi, Sosial / 03.11.2026 15:23
Qərbi Azərbaycan həqiqətləri: Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - FOTO - VİDEO
İdman / 03.11.2026 10:04
Altıncı tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Mətbuat / 02.11.2026 13:16
Telekanalların “YouTube” göstəriciləri: Baku TV birincidir - FOTO
Maraqlı, Sosial / 02.11.2026 11:45
Bu kənddə adamlar niyə yoxa çıxır? – KƏNDİNƏ QAYIT - VİDEO
Mədəni, Mətbuat / 02.11.2026 10:29
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi – RETRO BAKU - VİDEO
Gündəm / 02.11.2026 08:01
Xatirə Turnirində 6-cı turun nəticələri - FOTO
İdman / 01.11.2026 20:22
Xatirə Turnirində 1/4-ə vəsiqə qazanan 8 komanda bəlli oldu
Sosial / 31.10.2026 10:05
Qərbi Azərbaycan həqiqətləri: Unudulan kəndin hekayəsi - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 30.10.2026 18:04
Mahmud Abbasın Kipr səfəri – yırtılan maskalar – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 30.10.2026 12:51
“Gərək arvadın sözünə 30 faiz qulaq asasan” – O VAXTLAR - VİDEO
İdman / 30.10.2026 11:14
Şəhid Jurnalistlərin Xatirə Turnirində 6-cı tur – qrup oyunları başa çatır - FOTO
İqtisadi, Maraqlı, Sosial / 29.10.2026 13:47
Qərbi Azərbaycanın təbiəti: Göyçə gölünün sahilindəki Ardanış/Ardanuc kəndi - FOTO
Hərbi / 29.10.2026 09:35
“İyulda qayıda bilərdi, amma…” - VİDEO
Siyasi, Sosial / 28.10.2026 12:11
Qərbi Azərbaycan həqiqətləri: Zəngəzurun tarixi kəndi necə məhv edildi? - FOTO
İdman / 28.10.2026 00:16
Xatirə Turnirinin 5-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
Dünya, Təhlil / 27.10.2026 17:27
Avropanın iki dövlətində baş verənlərə qısa ekskurs – TƏHLİL - FOTO
Mətbuat / 27.10.2026 12:27
“Report”un yeni media mühitində 12 illik fəaliyyətinə BAXIŞ - FOTO
Siyasi, Sosial / 27.10.2026 10:16
Qərbi Azərbaycan Həqiqətləri: Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - FOTO - VİDEO
İdman / 27.10.2026 00:04
Beşinci tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Dünya, Təhlil / 26.10.2026 17:18
Tehran rejimi gözündə görmədiyi tiri niyə dəyişmək istəmir? – TƏHLİL - FOTO
Maraqlı, Mədəni / 26.10.2026 12:09
Özünü axmaq və gülünc kimi göstərən Kramarov kim idi? – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 26.10.2026 00:02
Xatirə Turnirində 5-ci turun nəticələri - FOTO
Maraqlı, Siyasi, Sosial / 25.10.2026 10:40
Qərbi Azərbaycan həqiqətləri: Bəriabadın taleyi necə dəyişdi? - FOTO - VİDEO
Sosial / 25.10.2026 08:29
Ailəsi dağıldı, doğmaları xəyanət etdi – “Arzunun vaxtı” - VİDEO