AİB Gürcüstana 2 milyard dollar kredit verir
Asiya İnkişaf Bankı (AİB) 2019-2023-cü illər üçün təsdiq olunmuş əməkdaşlıq planına əsasən, Gürcüstana 2 milyard ABŞ dolları kredit ayıracaq.
Rakus.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria ilə Asiya İnkişaf Bankının Gürcüstandakı nümayəndəliyinin direktoru Yeşim Elxan-Qayalar ilə görüşdə razılıq əldə olunub. Görüşdə Gürcüstan ilə AİB arasında 2019-2023-cü illər ərazində əməkdaşlıq məsələləri müzakirə olunub. Bildirilib ki, Gürcüstan ilə AİB 2007-ci ildən əməkdaşlıq edir. Bu müddət ərzində bank Gürcüstana 2,8 milyard dollardan çox maliyyə yardımı edib. Növbəti illər ərazində isə daha 2 milyard dollar kredit ayrılacaq.
Hökumət dəftərxanasından bildiriblər ki, bu vəsait əsasən 3 dövlət layihəsinin maliyyələşməsinə yönəldiləcək. Bunlardan biri “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin inkişafı layihəsidir.
Digər layihələr isə Anakliya dərin özüllü dəniz limanının tikintisi və xüsusi iqtisadi zonaların yaradılması layihələridir.