Dünya 28.09.2019 05:56

ABŞ Misirin qədim artefaktını qaytardı

ABŞ rəsmiləri Nyu-York şəhərindəki Metropoliya İncəsənət Muzeyində saxlanılan, əslində, Misirdən oğurlanaraq Amerikaya gətirilən qədim tabutu öz sahiblərinə təhvil veriblər.

Rakus.az xəbər verir ki, bu münasibətlə iki ölkənin rəsmiləri arasında təhvil-təslim mərasimi keçirilib.

Nedjemanx adlı kahinin 2100 il yaşı olan tabutu burada son dəfə qədim Misirin qiymətli artefaktı kimi nümayiş etdirilib. ABŞ rəsmiləri qeyd ediblər ki, oğurlanmış tabut saxta sənədlərlə cinayətkarlar tərəfindən muzeyə satılıb. Həmin artefakt Misirdən 2011-ci ildə çıxarılıb.

Nyu-Yorkun Manhetten rayonunun prokuroru Sayrus Vens bildirib ki, təhqiqatlar bu qədim tabutla yanaşı, yüzlərlə artefaktın oğurlandığını və saxta sənədlərlə satıldığını göstərib. Onun sözlərinə görə, bu işlə məşğul olan xüsusi beynəlxalq cinayətkar şəbəkə fəaliyyət göstərir. Vens əlavə edib ki, bu qiymətli artefakt parisli bir şəxs tərəfindən Nyu-Yorkun Metropoliya İncəsənət Muzeyinə 4 milyon dollara satılıb. Prokuror onu da bildirib ki, Misirdən oğurlanan qədim tabut əvvəlcə Almaniyada bərpa olunub və sonra Fransaya aparılıb.

Mərasimdə iştirak edən Misirin Xarici İşlər naziri Sami Həsən Şükri Reuters agentliyinə müsahibəsində bildirib ki, bu qədim tabut təkcə Misirin deyil, həm də bütün bəşəriyyətin mədəni irs nümunəsidir. Onun sözlərinə görə, qədim artefakt 2020-ci ildən Qahirənin muzeyində nümayiş etdiriləcək.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO