Siyasi 15.10.2019 19:28

Azərbaycan-İtaliya münasibətləri müzakirə olundu

Oktyabrın 15-də Milli Məclisin Sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının Xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rakus.az xəbər verir ki, Oqtay Əsədov bu səfərin parlamentlərimiz arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini söyləyib. Qeyd edilib ki, İtaliya ölkəmizin mühüm tərəfdaşlarından biridir. Münasibətlərimiz strateji xarakter daşıyır. Biz bir çox sahələr üzrə sıx əməkdaşlıq edirik. Ölkə başçılarının qarşılıqlı səfərləri və görüşləri zamanı aparılan danışıqlar əlaqələrimizin daha da möhkəmlənməsinə öz töhfəsini verib.

Milli Məclisin Sədri vurğulayıb ki, bu günədək Azərbaycan və İtaliya arasında 44 sənəd imzalanıb. Onların arasında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 6,22 milyard ABŞ dolları həcmində olub. Cari ilin yanvar-avqust aylarında bu göstərici 4,12 milyard dollar təşkil edib.

Sədr əlavə edib ki, müstəqil Azərbaycan bu gün Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır. Ölkəmizin təşəbbüsü ilə reallaşan enerji layihələri bu fikri bir daha təsdiqləyir. Azərbaycanın təsdiq olunmuş 2,5 trilyon kubmetr qaz ehtiyatları var ki, bu da gələcək 100 il ərzində bizə və tərəfdaşlarımıza kifayət edəcək səviyyədədir. Artıq fəaliyyətdə olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı ən qısa yolla birləşdirən mühüm nəqliyyat qovşağıdır. Biz gələcəkdə iqtisadiyyatın ən müxtəlif sahələrində əlaqələrimizi dərinləşdirmək niyyətindəyik.

Spiker Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələri humanitar sahədə əməkdaşlığımızın bariz nümunəsi kimi dəyərləndirib.

Söhbət zamanı Sədr hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini və deputatların qarşılıqlı səfərlərini təqdir edib.

Bildirilib ki, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi nəinki ölkənin, bütöv bir regionun tərəqqisinə böyük maneçilik törədir. Bu hal Avropanın təhlükəsizlik arxitekturası üçün də təhdiddir. Biz münaqişəyə dair İtaliya Senatının 2010-cu ildə qəbul etdiyi “Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə”ni yüksək dəyərləndiririk. Sənəddə ölkələrin ərazi bütövlüyü prinsipinə əməl olunması müddəası aydın şəkildə öz əksini tapıb. Biz problemin beynəlxalq hüququn normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq.

İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli ölkəmizə səfərini və burada keçirdiyi görüşləri əlaqələrimizin inkişafı baxımından yüksək qiymətləndirib. Bildirilib ki, onun təmsil etdiyi ölkə Cənubi Qafqazın bu bölgəsi ilə siyasi, iqtisadi, mədəni əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.

Qonaq əlaqələrimizin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayaraq deputatların qarşılıqlı səfərlərini, keçirilən görüşlər zamanı aparılan fikir mübadiləsini önəmli hesab edib.

Görüşdə Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO