“Aİ müdafiəsi ilə özü məşğul olmalıdır” – Ursula fon der Lyayen
Brüssel bəzi sahələrdə NATO-nun iştirakını görmür və buna görə də Avropa İttifaqı öz müdafiəsi ilə özü məşğul olmalıdır.
Rakus.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının yeni rəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirilən mətbuat konfransında deyib.
Ursula fon der Lyayen, həmçinin Avropa İttifaqının müdafiə sahəsində inkişafının Avropa Komissiyasında onun rəhbərlik etdiyi heyətin əsas vəzifələrindən biri olacağını bildirib.
Xatırladaq ki, Avropa İttifaqı ordusunun yaradılması ideyası ilk dəfə beş il əvvəl Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker tərəfindən irəli sürülüb. Sonradan 2018-ci ildə Fransa Prezidenti Emmanuel Makron Avropanın vahid silahlı qüvvələr yaratmalı olduğunu vurğulayıb. Almaniya kansleri Angela Merkel də Avropa İttifaqının sessiyasında çıxışı zamanı bu ideyanı dəstəkləyib.