Sosial 15.01.2020 15:17

Azərbaycanda MDB-də öndədir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Məsumə Talıbova Azərbaycanda 2019-cu ildə aparılan islahatları və Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə səslənən bəzi mühüm məqamları şərh edib.

Rakus.az xəbər verir ki, İnsan kapitalı texnoloji inkişafın günü gündən sürətləndiyi bir dövrdə həm innovativ dünyanın, həm də iqtisadiyyatın əsas təkanverici qüvvəsi hesab oluna bilər. Sosial rifah içində yaşayan, tərəqqi edən və savadlanan əhali hər bir ölkənin inkişafı üçün əvəzedilməz resursdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin siyasi-iqtisadi mövqeyində də sosial məsələlər öndə yer alır. Xüsusilə ötən il aparılan bir sıra kütləvi sosial islahatlar da bunun bariz nümunəsidir.

Ötən il həyata keçirilən və 3.9 milyard manat maliyyə yükü ilə 4.2 milyon insanı əhatə edən sosial paket vətəndaşların maddi vəziyyətinin yaxşılaşması istiqamətində atılan önəmli tədbirdir. Sosial islahat paketi minimum əmək haqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması, o cümlədən, problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması və restrukturizasiyası kimi önəmli islahat tədbirlərini özündə ehtiva edir.

2019-cu il ərzində minimum əmək haqqı 2 dəfəyə qədər artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Bu gün Azərbaycan alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla minimum əmək haqqı göstəricisinə görə MDB ölkələri arasında 2-ci yerdədir. Qonşu ölkələrlə müqayisədə bu göstərici Ermənistandan 2.1 dəfə, Qazaxıstandan 1.6 dəfə, Gürcüstan və Rusiyadan isə 1.4 dəfə yüksəkdir. Bu da öz növbəsində Azərbaycan vətəndaşının alıcılıq qabiliyyətinin yüksək olduğunu, minimal əmək haqqı ilə də digər ölkələrlə müqayisədə sosial rifahının daha yüksək olduğuna işarədir. Əmək haqlarının artımı isə orta aylıq əmək haqqının artmasına gətirib çıxarıb. Alıcılıq qabiliyyəti paritetinə əsasən orta aylıq əmək haqqına görə Azərbaycan MDB-də 2-ci yerdədir. Müqayisə üçün Ermənistanın 9-cu yerdə olduğunu da qeyd etmək olar.

Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən digər islahat tədbiri pensiyaların artırılması ilə əlaqədardır. Bu islahat 2019-cu il ərzində əmək pensiyalarının 72% artımı ilə Azərbaycanı MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 477 beynəlxalq dollarla 1-ci yerə yüksəltmiş oldu. Bu göstərici Ermənistanın minimal pensiya göstəricisindən 3.7 dəfə, Gürcüstanın göstəricisindən 2 dəfə, Rusiyanın göstəricisindən 1.3 dəfə, Qazaxıstanın minimal pensiya göstəricisindən isə 1.1 dəfə çoxdur. Orta pensiya göstəricisinə görə isə Azərbaycan MDB-də 2-ci Ermənistan isə 10-cu yerdədir.

Əmək haqqı və pensiyalara dair göstəricilər
Göstərici Azərbaycan MDB-də yeri Ermənistan MDB-də yeri
Minimum əmək haqqı

Mütləq rəqəm

Alıcılıq qabiliyyəti

147 $

597 $

6-cı yer

2-ci yer

142 $

337 $

7-ci yer

8-ci yer

Orta əmək haqqı

Mütləq rəqəm

Alıcılıq qabiliyyəti

425 $

1742 $

5-7-ci yer

2-ci yer

369 $

876 $

8-ci yer

9-cu yer

Minimum pensiya

Mütləq rəqəm

Alıcılıq qabiliyyəti

118 $

477 $

2-ci yer

1-ci yer

55 $

131 $

9-cu yer

10-cu yer

Orta pensiya

Mütləq rəqəm

Alıcılıq qabiliyyəti

154 $

632 $

4-cü yer

2-ci yer

84 $

201 $

8-ci yer

10-cu yer

Mənbə – MDB BPSFA.

Qeyd:Rəqəmlər Azərbaycan üçün 1 yanvar 2020-ci il, Ermənistan üçün noyabr 2019-cu il tarixinədir.

Azərbaycanın sosial müdafiə xərcləri də Ermənistanla müqayisədə 3 dəfədən çoxdur. Belə ki, 2020-ci il dövlət büdcəsində sosial müdafiə xərcləri 3.8 milyard ABŞ dolları olduğu halda Ermənistanda bu göstərici cəmi 1.1 milyard ABŞ dollarıdır. Bundan başqa, dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri, qaçqın və məcburi köçkünlərə dəstək mexanizmləri də tətbiq olunur. 2019-cu ildə şəhid ailələri və müharibə əlillərinə 934 mənzil (indiyədək 7590 mənzil) və 600 avtomobil (indiyədək 6750 avtomobil),qaçqın və məcburi köçkünlərə isə 5 mindən artıq mənzil təqdim olunub, eyni zamanda, şəhid ailələri və müharibə əlilləri 210-300 AZN civarında Prezident təqaüdü ilə, qaçqın və məcburi köçkünlər aylıq 60 AZN müavinətlə, Milli Qəhrəmanlar isə aylıq 1500 AZN dövlət tərəfindən ödənməklə ödənişsiz təhsil ilə təmin olunublar.

2019-cu ilin böyük miqyaslı digər sosial layihəsi cənab Prezident tərəfindən fiziki şəxslərin problemli kreditləri ilə bağlı məsələnin həll olunmasıdır. Belə ki, islahat nəticəsində fiziki şəxslərin kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödənildi. Digər ölkələrdə problemli kreditlərin həlli istiqamətində həyata keçirilən müxtəlif modellerlə müqayisədə öz sosial yönümlülüyü ilə seçilən bu layihədən ümumilikdə 800 mindən artıq əhali yararlandı.

Azərbaycanda sosial vəziyyətin günü gündən inkişaf etməsi, əhalinin həyat şəraitinin daha da yaxşılaşması müxtəlif aspektlərdən özünü büruzə verir. Azərbaycan əhalisinin digər sferalarda qeydə alınan inkişaf fonunda 1991-ci ildən bu günə 40% artması ölkədə yaşayış şəraitinin də inkişaf etdiyinin sübutudur. Belə ki, əhalinin artım sürəti ümumi iqtisadi, intellektual və mədəni inkişafdan və modernizasiyadan asılı olaraq dəyişir. Əhali artımı inkişaf etmiş ölkələrdə əsasən miqrasiya göstəricisinə, əksinə, zəif inkişaf etmiş ölkələrdə isə demoqrafik məhsuldarlıq səviyyəsinə görə baş verir. Azərbaycanda isə bu hər iki istiqamətdə müşahidə olunur. Belə ki, Azərbaycanda demoqrafik məhsuldarlıq (ortalama hər qadına düşən doğum sayı) beynəlxalq statistika mənbələrində 1.89 göstəricisi ilə bütün inkişaf etmiş ölkələrdən, Rusiya(1.61), Ermənistan (1.64) və Gürcüstandan(1.76), hətta Çindən (1.6) də daha çoxdur. Bununla paralel olaraq Azərbaycan xalis miqrasiya dərəcəsinə (hər 1000 nəfərə düşən xalis miqrasiya) görə də 0 (0,006) miqrant sayı (ümumilikdə 6 imiqrant ilə müsbət saldo) ilə 225 ölkə arasında 80-ci yerdə olmaqla qonşu dövlətlərlə müqayisədə Ermənistandan 5.6 dəfə, Türkiyədən 4.5 dəfə, Gürcüstandan 1.1 dəfə daha çoxdur. Bu da ölkəyə gələn əhalinin gedənlərdən daha çox olduğunu, dolayı yolla ölkədə yaşayış vəziyyətinin yaxşı olmasının bunu təşviq etdiyini deməyə imkan verir.

Bundan başqa əhalinin həyat şəraitinin keyfiyyət göstəricilərinə dair statistik məlumatlar da müsbət şərhlər verməyə imkan verir. Belə ki, Azərbaycanda yoxsulluq səviyyəsi son 10 ildə ən aşağı həddə çataraq 4.8% olmaqla MDB ölkələri arasında 2-ci yerdədir. Ermənistan isə 23.5% göstərici ilə 8-ci yerdədir. Digər göstəricilər olan ümumi işsizlik və gənclər arasında işsizlik səviyyəsi Azərbaycanda müvafiq olaraq 4.8% və 9.1% olmaqla Ermənistanla müqayisədə 4 dəfə daha azdır.

Yoxsulluq, işsizlik və demoqrafiyaya dair göstəricilər
Göstərici Azərbaycan MDB-də yeri Ermənistan MDB-də yeri
Yoxsulluq 4,8% 2-ci yer 23,5% 8-ci yer
15-29 yaşlı gənclər

arasında işsizlik səviyyəsi1

9,1% 30,2%
İşsizlik 4,8% 4-cü yer 19.8%2 10-cu yer
QEYD 1. Mənbə: Dövlət Statistika Komitəsi. Rəqəmlər 2018-ci il üçündür.

QEYD 2. Mənbə: Dövlət Statistika Komitəsi. Rəqəmlər 2019-cu il 1 iyul tarixinədir.

Statistik göstəricilərdən də görüldüyü kimi Prezidentin rəhbərliyi ilə sosial sahədə aparılan kompleks islahatlar ilk öncə vətəndaş məmnunluğu, sosial rifahın yaxşılaşdırılması, əhalinin sosial-mədəni inkişafının təmin edilməsi istiqamətində hərtərəfli dəstəyi hədəfləyərək qısa zamanda öz müsbət nəticələrini göstərməkdədir. Bu islahatlar əhalinin gəlirlərinin, yığımların, investisiya yatırımlarının artmasına, iqtisadi aktivliyin yüksəlməsinə gətirib çıxarmaqdadır ki, bu da öz növbəsində iqtisadiyyatın digər sferalarına da öz müsbət töhfəsini verəcəkdir.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO