Qonçaruk Baş Nazir vəzifəsindən getdi
Ukrayna Ali Radası Denis Şmıqalı Baş Nazir vəzifəsinə seçib.
Rakus.az xəbər verir ki, deputatlardan 291-i onun Baş Nazir vəzifəsinə namizədliyinin lehinə səs verib.
D.Şmıqal bundan əvvəl Baş Nazirin müavini vəzifəsində çalışıb.
Ali Rada daha sonra hökumətin yeni tərkibini seçəcək.
Ukrayna Ali Radası Aleksey Qonçaruku Baş Naziri vəzifəsindən azad edib.
Deputatlardan 353-ü növbədənkənar sessiyada A.Qonçarukun vəzifəsindən azad edilməsinin lehinə səs verib.
A.Qonçaruk vəzifəsindən azad edildikdən sonra hökumət üzvləri sessiyanı tərk edib.
A.Qonçaruk Ali Radaya istefa ərizəsi təqdim edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski yeni Baş Nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb. V.Zelenski bu təkliflə “Xalqın xidmətçisi” partiyasının sessiyasında çıxış edib. İclasda partiya üzvləri Şmıqalın Baş Nazir vəzifəsinə seçilməsinə müsbət cavab verib.