Ali Məhkəmənin qərarı ləğv olundu
Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin Mülki Kollegiyasının 2019-cu il 4 mart tarixli qərarını ləğv edib.
Rakus.az xəbər verir ki, bu barədə martın 19-da Konstitusiya Məhkəməsinin Plenumunun iclasında qərar çıxarılıb.
Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının Q.Məmmədovun K.Gülməmmədova, A.Məmmədova, V.Rəhimova qarşı alqı-satqı müqavilələrinin və hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə qərarı yoxlanılıb.
Bildirilib ki, qərar Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416-cı, 418.1-ci və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilir.
İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılacaq.