Almaniya Trampın qərarını tənqid etdi
Almaniyanın xarici işlər naziri cümə axşamı bunun uçuşun ortasında pilotu təyyarədən atmaq kimi olduğunu deyərək, prezident Donald Trampın koronavirus pandemiyası zamanı Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyəni dayandırmaq qərarını kəskin tənqid edib.
Rakus.az xəbər verir ki, çərşənbə axşamı Tramp Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 yayılmasına qarşı yönəldilmiş səhvlərini nəzərdən keçirdiyini və ABŞ-ın təşkilata verdiyi maliyyənin müvəqqəti olaraq dayandırılmasına göstəriş verib.
Berlində jurnalistlərə şərh verən xarici işlər naziri Heiko Mass ən ağır zamanda Ümumdünya Səhiyyə Təşkilatının imkanlarını və əhəmiyyətini şübhə altına almağın mənasız olduğunu deyib. O, təşkilatı koronavirus pandemiyası ilə mübarizənin onurğası adlandırıb və onun daha da güclənməli olduğunu deyib.
O, Almaniyanın bu məsələni ABŞ-la müzakirə edəcəyini və vəziyyətdən çıxış yolu tapmaq üçün ABŞ hökuməti ilə Ümumdünya Səhiyyə Təşkilatının müzakirələr aparacağını bildirib.