Siyasi 04.06.2020 11:48

ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sayı 27-yə çatdı

ATƏT Parlament Asambleyasının İpək Yoluna Dəstək Qrupunun “Post-COVID-19″ dövründə iqtisadiyyatın yenidən canlandırılması üçün nəqliyyat və ticarətin sadələşdirilməsi ilə bağlılığın artırılması: ATƏT PA-nın rolu nədən ibarətdir?” mövzusunda onlayn iclası keçirilib.

Rakus.az xəbər verir ki, iclası giriş nitqi ilə açan qrupun sədri, ATƏT PA-nın vitse-prezidenti və ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev koronavirus pandemiyası dönəmində belə bir görüşün keçirilməsinin əhəmiyyətini vurğulayaraq üzv ölkələrin bu platformadan istifadə edərək yeni iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etməsinin əhəmiyyətini qeyd edib.

COVID-19 böhranı şəraitində nəqliyyat və ticarət prosedurlarının sadələşdirilməsinin vacibliyini iştirakçıların nəzərinə çatdıran Qrupun sədri bu prosesdə ATƏT PA-nın, İpək Yoluna Dəstək Qrupunun və üzv dövlətlərin parlamentlərinin prinsipial rol oynadığını deyib.

A.Quliyev deyib ki, görüşün gündəliyində qrupun fəaliyyəti ilə bağlı bir sıra təşkilati məsələlər də əksini tapıb. Belə ki, ATƏT PA-nın Prezidenti Georgi Tsereteli və Baş katib Roberto Montellanın 29 may 2020-ci ildə keçirilən ATƏT PA-nın Büro iclasında irəli sürdükləri təklifə əsasən Qrupun statusunun yüksəldilməsi və ATƏT PA-nın rəsmi strukturuna çevrilməsi məsələsi də müzakirə olunacaq. Belə bir təşəbbüsə görə ATƏT PA-nın Bürosuna minnətdarlığını bildirən Azay Quliyev bildirib ki, Qrupun ATƏT PA-nın Xüsusi (ad hoc) Komitə statusunu alması üzv dövlətlər arasında əməkdaşlığın yeni keyfiyyət mərhələsinin əsasını qoyacaq.

Daha sonra prezident G. Tsereteli və Baş katib R. Montella çıxış edərək Qrupun 3 il ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətəndirdiklərini və onun ATƏT PA çərçivəsində Xüsusi (ad hoc) Komitə statusunu alması məsələsi ilə bağlı fikirlərini bildiriblər. Onlar Qrupun Xüsusi Komitə qismində fəaliyyətinin davam etdirməsinin effektiv addım olacağına inandıqlarını vurğulayıblar.

Onlayn konfransa məruzəçi qismində qatılan ATƏT-in İqtisadiyyat və Ətraf Mühit fəaliyyətləri üzrə əlaqələndirici Daniel Krus çıxış edərək deyib ki, COVID-19 pandemiyası hazırkı logistika sisteminin zəifliyini göstərərək milli və regional səviyyələrdə sıx əməkdaşlığa olan ehtiyacı üzə çıxardı. Avstriyanın “Rail Cargo” şirkətinin İdarə Heyətinin üzvü Tomas Paleçek çıxış edərək COVID-19 pandemiyası dövründə təmsil etdiyi qurumun həyata keçirdiyi nəqliyyat və logistik layihələr haqqında və Avrasiyada yerləşən İpək Yolu üzərindəki dəmir yolu nəqliyyatının hazırkı durumu barədə məlumat verib.

Görüşdə qurumun 2021-2022-ci illərdə keçiriləcək beynəlxalq konfransları ilə bağlı müzakirələr də aparılıb. ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2020-ci ilin aprelində keçirilməsi nəzərdə tutulan, lakin COVID-19 pandemiyası səbəbi ilə təxirə salınan 4-cü Beynəlxalq İstanbul Konfransı 2021-ci ilin aprelinə keçirilib.

Onlayn görüşdə ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun üzvlüyünə müraciət etmiş Qazaxıstan və Macarıstanın nümayəndə heyətlərinin quruma qoşulması məsələsinə baxılıb və qəbul olunub. Beləliklə, yeni nümayəndə heyətlərinin quruma qoşulması ilə Qrupa üzv ölkələrinin sayı 27-yə çatıb.

Sonda ATƏT PA-nın vitse-prezidenti Lord Piter Bouness, İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi, Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Nabi Avcı, ATƏT PA-nın Siyasi məsələr və təhlükəsizlik üzrə ümumi Komitəsinin sədr müavini Kostel Nikulayi Dunava çıxış edərək gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildirib.

İclasda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikasının Avstriyadakı səfiri Qalib İsrafilov və Azərbaycanın ATƏT-dəki missiyasının müavini Rövşən Sadıqbəyli iştirak edib.

XƏBƏR LENTİ
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”