Hərbi 30.06.2020 10:13

Azərbaycan Ordusu dünyada ən güclülər sırasındadır – TƏHLİL

Müstəqillliyimizin ilk illərində nizami ordu yaradılmamışdı. Ayrı-ayrı silahlı birləşmələr Azərbaycanın ərazi bütövlüyünü qoruya bilməmişlər. Ona görə də ulu öndər tərəfindən qəbul edilmiş bir çox önəmli qərarlar əsasında nizami ordunun yaradılması qərarı xüsusi yer tutur. Nizami ordunu yaratmaq üçün iqtisadi imkanlar olmalı idi. Məhz buna görə o illərdə Azərbaycanda çox ciddi iqtisadi islahatlar aparılmışdır, xarici sərmayənin cəlb edilməsi təmin edilmişdir. Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. Ölkədə aparılan siyasi və iqtisadi islahatlar vəziyyəti sabitləşdirdi və Azərbaycan bundan sonra, 1993-cü ildən sonra inkişaf və tərəqqi yolu ilə gedir.

2003-cü ildən başlayaraq bütün istiqamətlər üzrə, o cümlədən ordu quruculuğu sahəsində işlər sürətlə gedir. Ordu quruculuğu bizim üçün ən başlıca prioritet məsələdir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir.

İlham Əliyev öz çıxışlarında qeyd edir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır: Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Beynəlxalq hüquq tərəfindən də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Son illər ərzində dünyanın aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı bir çox qərar və qətnamələr qəbul etmişlər. O cümlədən BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir, orada da göstərilir ki, Ermənistan Silahlı Qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Azərbaycan heç vaxt işğalla barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalıydıq və bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik.

Bu gün dünyada Azərbaycan Ordusu 50 ən güclü ordular sırasındadır. Ölkəmizin hərbi potensialının möhkəmlənməsi üçün çox böyük vəsait tələb olunur.

İndi ordumuzu ən müasir silahlarla təchiz edilir. Ölkəmiz müharibə şəraitində yaşayır, torpaqlarımız işğal altındadır və belə olan halda ordu ilə bağlı bütün məsələlər bizim qarşımızda duran ən başlıca vəzifədir. Xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılır. Ölkə qarşısında duran problemlər hərtərəfli həll edilir. Prezidentin göstərişi ilə bütün hərbi hissələrin 90 faizində yenidənqurma işləri tamamlanıb və şəxsi heyyətin xidmət şəraiti yaxşılaşdırılır, zabitlərin məişət problemləri həll olunur, hərbiçilər evlə təmin edilir, onların əmək haqqları müntəzəm artırılır və fərqlənmiş hərbiçilər müküfatlandırılır. Ordumuzun maddi texniki təchizatının, əsgərlərin xidmət, zabitlərin məişət şəraitinin fasiləsiz yaxşılaşdırılması, ən müasir döyüş sursatları ilə təminatı, əskərlərin döyüş və vətənpərvərlik ruhunun daim gücləndirilməsi, xalqın orduya birmənalı güvənməsi ordumuzun şəksiz güc mənbələri kimi xarakterizə edilir.

Biz güclü iqtisadiyyat qurmuşuq, nəhəng neft-qaz layihələri icra etmişik, ordumuzu müasirləşdirmək üçün vəsaitimiz var. Biz güclü dövlətik. Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatını bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır. Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir.

Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, Azərbaycan əsgəri, zabiti qorxmaz zabit və əsgərdir, peşəkardır. Göstərdi ki, ölkəmizin güclü ordusu var və onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayıb və barışmayacaq. Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. Nəticədə 2016-cı ilə nisbətən daha böyük, bir neçə dəfə böyük ərazi nəzarətimizə keçdi, işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çımışıq. Bu gün biz Ermənistan ərazisindən keçən strateji yollara, kommunikasiyalara nəzarət edirik. Ermənistandan Dağlıq Qarabağa gdən yol bizim gözümüzün qabağından keçir.

Gənclər adından qeyd etmək istərdim ki, Ali Baş Komandan cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yolunda atdığı bütün addımları qətiyyətlə dəstəkləyir və yanındayıq. Münaqişənin həll etmək üçün Ali Baş Komandanın həm qətiyyətli addımlarına, həm siyasi, həm iqtisadi, həm də hərbi gücümüzə inanırıq!

Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir.

Teymur Mustafayev – İctimai gənc fəal

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO