Rakus.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda COVID-19 pandemiyasının yayılması və törətdiyi fəsadlarla əlaqədar olaraq, Fələstinə humanitar yardımın göstərilməsinə ehtiyac yaranıb.
Sözügedən təşkilat BMT Baş Assambleyasının müvafiq qərarı ilə Fələstinlilərə birbaşa yardımın göstərilməsi və sosyal xidmətlərin təmin edilməsi məqsədilə 1949-cu ildə təsis edilib. UNRWA-nın əsas fəaliyyət sahələrinə səhiyyə, təhsil, humanitar yardım, sosial xidmətlər, düşərgələrin qurulması, infrastruktur və mikro maliyyələşmənin təmin edilməsi istiqmətlərində müvafiq layihələrin həyata keçirilməsi daxildir.