Dünya 20.07.2020 12:42

Azərbaycandakı etnik icma rəhbərləri BƏYANAT yaydı

Azərbaycan Respublikasındakı etnik icma rəhbərləri birgə bəyanat yayıb.

Rakus.az xəbər verir ki, bəyanatı İmamverdi Həmidov (Talış Mədəniyyət Mərkəzi), Mixail Zabelin (Azərbaycanda Rus İcması), Məhəmməd Nooyev (Azərbaycan-Avar İcması İctimai Birliyi), Milix Yevdayev (Bakı Dağ Yəhudiləri Dini İcması), Elman Əhmədov (“Azəri” Tat Mədəniyyət Mərkəzi ictimai birliyi), Robert Mobili (Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcması), Əhməde Həpo (Azərbaycan Kürd icmasının ağsaqqalı), İmran Rzayev (“Samur” Ləzgi Milli Mərkəzi), Aleksandr Şarovski (Avropa Yəhudilərinin Bakı Dini İcması), Rafiq Abdullayev (“Buduq” Xeyriyyə Cəmiyyəti), Gülcan Miəsautova (“Tuqan tel” Tatar Mədəniyyəti Cəmiyyəti), İsmayıl Rəhimov (Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi),  Sevinc Bulacova (İngiloy İcması), Rafael Qvaladze (Azərbaycanda yaşayan Gürcü İcması), Yuri Osadçenko (Azərbaycan Ukrayna Konqresi İctimai Birliyi) imzalayıb.

Bəyanatda deyilir:

“Biz, təmsil etdiyimiz Azərbaycan xalqları adından Ermənistanın 2020-ci il iyul ayının 12-dən etibarən Azərbaycanın Tovuz bölgəsində törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pisləyir, onların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə qarşı yönəldilmiş çirkin fəaliyyət kimi dəyərləndiririk. Onu da bildiririk ki, Ermənistanının siyasi rəhbərliyi növbəti dəfə məsuliyyətsiz və mənfur əməlləri ilə regionda sülh və təhlükəsizliyin bərqərar olunmasına ciddi şəkildə mane olmuş, digər tərəfdən növbəti məğlubiyyəti ilə öz xalqını xaosa, səfələtə sürükləmiş, daxili siyasi böhranı daha da dərinləşdirmişdir. Həmin təcavüz aktları nəticəsində Azərbaycanın ondan çox hərbi qulluqçusu, o cümlədən yüksək rütbəli zabitlər və bir dinc sakin həlak olmuşdur.

Münaqişənin əvvəllərində olduğu kimi, bu gün də milli ordumuzun  sıralarında Azərbaycanda yaşayan xalqların yüzlərlə nümayəndələri – əsgər və zabitlərimiz vardır. Eləcə də bu gün müxtəlif xalqların övladları da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına səs verərək könüllü olaraq orduda xidmət etmək, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, torpaqlarımızı mənfur düşməndən təmizləmək istəyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişlər.  Azərbaycanda elə bir xalq yoxdur ki, bu müqəddəs amal uğrunda mübarizədə şəhid verməsin. Lakin biz şəhidləri etnik mənsubiyyətinə, dilinə, dininə görə ayırmırıq. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanların hər biri bizim üçün əzizdir, igid övladlarımız, qardaşlarımızdır və onların ruhu qarşısında ehtiramla baş əyirik.

Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların içərisinə ədəvət toxumu səpməyə, süni qarşıdurma yaratmağa çalışmış, lakin öz mənfur niyyətinə nail ola bilməmişdir. Əksinə, onların çirkin təxribatları, dinc əhaliyə qarşı törətdikləri cinayətlər, döyüş bölgələrində verdiyimiz şəhidlər bizim sıralarımızı daha da genişləndirir, işğalçı düşmənə nifrət hissini artırır, xalqlarımız arasında birlik, qardaşlıq tellərini daha da sarsılmaz edir.

Biz onu da yaxşı bilirik ki, tarixi Azərbaycan əraziləri olan indiki Ermənistan Respublikasında müxtəlif xalqların nümayəndələri yaşamışlar. Lakin Ermənistanda dövlət siyasəti səviyyəsində yürüdülən faşizm, etnik təmizləmə, millətçilik və etnofobiya nəticəsində bu ölkə rəsmi olaraq monoetnik dövlətə çevrilmiş, digər xalqların nümayəndələri açıq təhdid və təzyiq yolu ilə doğma yurdlarından didərgin salınmışlar. Belə olan təqdirdə, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsində özünü Azərbaycanda yaşayan xalqların «dostu və himayədarı» kimi təqdim etməsi heç bir mənəvi-əxlaqi normalara sığmır, bu fəaliyyətin arxasında çirkin məqsədlərin dayanmasını açıq şəkildə göstərir.

Vətənimiz Azərbaycanın ən böyük sərvəti onun etnik müxtəlifliyi, burada yaşayan bütün xalqların tarixi birliyi və qardaşlığıdır. Ölkəmizdə indiyədək etnik və dini zəmində qarşıdumaların baş verməməsi düşmənlərimizi qıcıqlandırmaqla yanaşı, bizim mənəvi birliyimizin, Azərbaycan Respublikasının yürütdüyü milli siyasətin parlaq təzahürüdür.

Biz Ermənistanın sərhəd bölgələrində, qoşunların təmas xətində törətdikləri təxribatları qətiyyətlə pisləyir və yekdilliklə bəyan edirik: Ermənistan və onun havadarları yaxşı bilməlidirlər ki, Azərbaycan bizim doğma Vətənimizdir. Onun hər qarış torpağı bizim üçün müqəddəs və əzizdir. Əminliklə deyirik, biz azərbaycanlılar – etnik və dini kimliyindən asılı olmayaraq Azərbaycanın bütün xalqları Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda mübarizənin ön sıralarında bu gün də və hər zaman dayanmağa hazırıq! Bizim birliyimiz, Vətən sevgimiz, ona sədaqətimiz sarsılmazdır!”.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO