Hərbi 03.05.2019 17:13

Ağdamda kütləvi tədbir keçirildi - FOTO

Mayın 3-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Gənclər Fondu və Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə Quzanlı qəsəbəsində “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirib.

Rakus.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.

Xidmət rəisinin müavini, general-mayor Şahvələd Əliyev, rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Dövlət Himninin ifası ilə başlayan orta məktəblərin yuxarı sinif şagirdlərinin, gənclərin, ictimaiyyətin, şəhid ailələri nümayəndələrinin, veteranların və rayon hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə Mədəniyyət Evində davam etdirilən tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək, Vətənə məhəbbət, milli qürür hissi ilə yaşayan gəncliyin yetişdirilməsi istiqamətində tədbirin vacibliyini diqqətə çatdırıb. Xidmət tərəfindən Ağdam məktəbliləri arasında “Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisidir” mövzusunda yazı müsabiqəsinin keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Şahvələd Əliyev Ulu Öndərin dövlətçiliyimiz üçün misilsiz xidmətlərindən söz açıb. Heydər Əliyevin Azərbaycanı hər cür qəsdlərdən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi əbədiyaşarlıq qazandığını bildirib. Qeyd edib ki, ən başlıcası Heydər Əliyevin siyasi kursu ölkədə uğurla davam etdirilir. Daha sonra Xidmət tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən danışıb. Hazırda müharibə şəraitində olan ölkəmizdə, Prezident İlham Əliyevin rəhbərliyi altında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən səfərbərlik hazırlığı və müddətli həqiqi hərbi xidmətə çağırış işinin təşkil istiqamətində əsaslı tədbirlər həyata keçirildiyini vurğulayıb.

Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən bəhs edib. Ümummilli Liderin müasir gənclər üçün örnək olan həyatı və fəaliyyəti barədə fikirlərini bölüşüb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli Ulu Öndər Heydər Əliyevin hərb tariximizi, ordu quruculuğu təcrübəsini yeni bir səviyyəyə qaldırdığını, müasir ordumuzun əsasını qoyduğunu, Azərbaycanın müstəqilliyini qorumağa qadir olan Silahlı Qüvvələrin memarına çevrildiyini qeyd edib.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin Vətənin müdafiəsi məsələsində qətiyyətli mövqeyi Vətəni müdafiə borcunun hər bir vətəndaşın əqidəsinə, mənəvi dəyərinə çevrilməsinə təkan verən güclü bir qüvvədir.

Tədbirdə Ağdam rayon orta məktəb şagirdləri arasında “Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisidir” mövzusunda keçirilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Ağdam rayon 2 saylı tam orta məktəbin şagirdi Sərxan Səfərov, 2-ci yerə Ağdam rayon 18 saylı köçkün tam orta məktəbin şagirdi Elnur Hüseynov, 3-cü yerə isə Ağdam rayon İmamqulubəyli kənd tam orta məktəbin şagirdi Nihad İbrahimov layiq görülüblər. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib.

Sonda Ağdam rayon özfəaliyyət dərnəyi və məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqram təqdim olunub.

XƏBƏR LENTİ
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO
Gündəm, İdman / 01.10.2026 07:16
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
İqtisadi / 30.09.2026 14:22
ASK və ATMİA Anlaşma Memorandumu imzaladı - FOTO
Mədəni, Sosial / 30.09.2026 11:22
65 ilin işığı – pöhrələnən ağaclar…
İdman / 30.09.2026 08:06
Xatirə Turnirinin ilk turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 29.09.2026 09:37
Xatirə turnirinin ilk turunda 4 komanda qalib gəlib – xal və bombardirlər CƏDVƏLİ - FOTO
Mədəni / 28.09.2026 14:16
Milyonlarını itirən Sərdar Ortaç qumardan niyə uzaqlaşmadı? – RETRO BAKU - VİDEO
İdman / 28.09.2026 09:22
Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm, Hərbi / 27.09.2026 00:02
Azərbaycanda Anım Günüdür
İdman / 26.09.2026 08:00
Şəhid Jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin açılışı və ilk turun oyunları olacaq - FOTO
Dünya, Siyasi, Təhlil / 25.09.2026 17:28
Paşinyana Hessen mükafatı – vaxtilə orden alan Koçaryan və Sarqsyanın taleyi – TƏHLİL - FOTO
Mətbuat / 24.09.2026 00:58
“Haber Global” 8 yaşını qeyd edir
İdman / 23.09.2026 10:00
Şəhid Jurnalistlərin xatirəsinə 5-ci Ənənəvi Minifutbol Turniri başlayır - FOTO
Sosial / 19.09.2026 17:27
Hümbət Hüseynov: “Əmlak Məsələləri Dövlət Xidməti bələdiyyə qərarları əsasında vətəndaşlara niyə çıxarış vermir?”
Elm və təhsil, Gündəm / 15.09.2026 00:01
Azərbaycanda yeni dərs ili başlayır
Dünya, Mədəni / 14.09.2026 10:08
Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 10.09.2026 16:12
Paşinyanın Paris səfəri – İrəvanın Moskvanı neytrallaşdırma cəhdi – TƏHLİL - FOTO
Dünya, Təhlil / 08.09.2026 17:50
Üç dövlətin hərbi manevri – Uzaq Şərqdə toqquşan maraqlar – TƏHLİL - FOTO
Dünya, Mətbuat / 08.09.2026 10:20
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür