Siyasi 13.05.2019 19:18

AI əsas ticarət tərəfdaşıdır

Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

Rakus.az xəbər verir ki, bunu Brüsseldə Şərq Tərəfdaşlığı (ŞT) Xarici İşlər nazirlərinin görüşündə çıxışı zamanı Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir deyib ki, Aİ Azərbaycanın xarici ticarət dövriyyəsində, təxminən, 42 faizlik paya malikdir: “Həmçinin Aİ Azərbaycanda ən böyük investordur. Fəxrlə bildirirəm ki, ənənəvi birgə Aİ-Azərbaycan Biznes Forumu Aİ-nin müxtəlif sənaye və xidmət sektorundan çoxlu nümayəndələr cəlb edir. Növbəti biznes forum da 13 iyun 2019-cu il tarixində Bakıda keçiriləcək. İnanıram ki, bəzi və hətta, ola bilsin ki, çox sayda Aİ ölkələrindən olan şirkətlər Avropanın sənaye və biznes məqsədlərini Azərbaycan ilə birgə təmsil edəcəklər”.

E.Məmmədyarov xatırladıb ki, 2017-ci il tarixində Brüsseldə keçirilmiş sonuncu Şərq Tərəfdaşlığı (ŞT) sammiti təklif etdi ki, ŞT çərçivəsində əməkdaşlıq regiondakı müxtəlif təhdidlərin real mülahizələrinə əsaslanmalıdır: “Diqqət Aİ ilə siyasi və ticarət əməkdaşlığının müxtəlif dərəcələrinə malik ölkələr üçün faydalara və potensial əlavə dəyərlərə yönəldilməlidir. Sonuncu sammit konkret məqsədlərə nail olmağı özündə əks etdirən “2020-ci il üçün 20 nəticə” adlı sənədi dəstəklədi. İnanırıq ki, tətbiq edildikdən sonra bu nəticələr regionumuza daha böyük dərəcədə davamlılıq, rifah, inkişaf və bağlılıq gətirmək imkanında olacaqlar. Lakin “2020-ci il üçün 20 nəticə” üzrə danışıqlar bərabər tərəfdaşlar arasındakı kimi baş tutmalıdır. Bu prosesin müvəffəqiyyəti nəzərəçarpacaq nəticələrdən asılı olacaq. Həmin məqsədlərdən bəziləri Azərbaycanın əsas sektorları üzrə strateji yol xəritələrinə uyğun gəlir”.

Nazirin sözlərinə görAzərbaycanda dayanıqlı iqtisadi inkişafı və sosial-iqtisadi artımı təmin etmək məqsədilə institutisional və struktur islahatları davam etdirilir. Aparılmış islahatlar və təkmilləşdirilmiş biznes mühitinin nəticəsi olaraq, Azərbaycan Dünya Bankı tərəfindən dərc edilmiş sonuncu “Doing Business Report”a uyğun olaraq dünyada 25-ci yerdə qərarlaşmışdır. Həmçinin Davos Dünya İqtisadi Forumunun qiymətləndirmələrinə uyğun olaraq, artımın keyfiyyətinə görə 34-cü yeri tutur.

Azərbaycan Hökuməti vətəndaşlarının bütün insan hüquq və fundamental azadlıqlarından tam yararlanmasını təmin etmək üçün genişmiqyaslı proqramlar həyata keçirməkdə davam edir. Bu xüsusda, 2019-2023-cü illərdə ədliyyə sisteminin təkmilləşdirilməsinə dair əlavə qanunvericilik və struktur tədbirlərini nəzərdə tutan ədliyyənin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramını qeyd etmək lazımdır.

Azərbaycan XİN rəhbəri qeyd edib ki, nəqliyyat sahəsində Trans-Avropa Şəbəkəsinin indikativ xəritələrinin Azərbaycana və sonra Asiyaya qədər genişləndirilməsi regional ticarət dəhlizlərinin birlikdə təşviq edilməsi üçün möhkəm zəmin yarada bilər:

“Əslində, liman və dəmir yolları administrasiyaları, habelə Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya, Almaniyadan olan bəzi özəl logistika şirkətləri artıq Azərbaycanla birlikdə bu regional ticarət dəhlizlərində təmsil olunublar. Bu siyahı artmaqda davam edir. Avropada bir çoxları bu strateji ticarət sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Azərbaycan təqdim etdiyi fürsətləri və infrastrukturu qonşularla, eləcə də Asiya və Avropa ölkələri ilə bölüşür. Burada Şərq-Qərb, Şimal-Cənub və müəyyən sinergiya effekti də mümkündür, xüsusilə əgər biz Aİ-nin bəzi Asiya ölkələri ilə müxtəlif əməkdaşlıq strategiyalarını nəzərə alsaq. Açıq dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan öz quru sərhədlərindən kənara çıxıb geniş bölgə ərazisində daha böyük ticarət dinamikasının yaradılmasına çalışır. Beləliklə, yalnız bəzi misalları çəkərək deyə bilərəm ki, biz Niderland, Belçika, İtaliya, Rumınıyadan olan limanlarla etibarlı tərəfdaşlıq qurduq”.

E.Məmmədyarov deyib ki, Trans-Adriatik Boru kəməri (TAP) isə inşa olunmasının ən son mərhələsindədir.

XƏBƏR LENTİ
Elm və təhsil, Mədəni / 03.05.2025 22:36
“Türklər tarixi işarələrlə qayalara, xalçalara həkk edirdilər” - VİDEO
Siyasi, Sosial / 02.05.2025 22:20
“Sovet əsgərləri ermənilərin hərəkətlərinə göz yumurdu” - FOTO - VİDEO
Mətbuat / 02.05.2025 16:59
Turan İbrahimov: “Televiziya gündəlik informasiya və əyləncə mənbəyi olaraq qalır” - FOTO
Siyasi, Sosial / 02.05.2025 13:16
“Vətən həsərətinə son qoyulacaq” – Elçin Nəbiyevin həyat hekayəsi – ANONS - VİDEO
Siyasi, Təhlil / 01.05.2025 22:59
Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin əsas həlledici ölkəsinə çevrilib - VİDEO
Təhlil / 01.05.2025 14:53
Azərbaycan Zəngəzura yaxınlaşır – ANONS - VİDEO
Sosial / 01.05.2025 14:19
AHİK ilə ƏƏSMN nümayəndələrinin görüşü olub - FOTO
Elm və təhsil / 30.04.2025 22:50
“Türklərin ata yurdu Urmu, Van, Göyçə göllərinin arasındadır” - VİDEO
Elm və təhsil / 30.04.2025 13:48
Naxçıvan adı çeçen dilindədir” – ANONS
Siyasi, Sosial / 29.04.2025 22:50
Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Siyasi, Video müsahibə / 29.04.2025 18:53
“1827-1830-cu illər arasında demoqrafik fəlakət baş verib”
Sosial / 29.04.2025 14:36
Ermənilərin saxta keçmiş düzəltmə sirri – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 29.04.2025 13:40
“Zəngəzuru daşnaklara bolşeviklər verdi” – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 28.04.2025 22:34
“Göyçəli Aşıq Nəcəf ilk milli şəhidimizdir” - FOTO - VİDEO
Mədəni / 28.04.2025 19:33
Bayrağımız şagirdlərin qəlbində ucalır - FOTO
Siyasi, Sosial / 28.04.2025 18:52
Hümbət Hüseynov TDBB-nin 7-ci qurultayına qatılıb - FOTO
Siyasi, Təhlil / 28.04.2025 17:15
Brüssel-Bakı münasibətlərdə yeni səhifə açılır - FOTO - VİDEO
Mədəni / 26.04.2025 22:32
“Aşıqlara ağlasığmaz işgəncə verilirdi” - VİDEO
Siyasi, Sosial / 25.04.2025 22:10
“Ölən erməni qızın nənəsi məhkəmədə tələb etdi ki, yunan yox, türk tutulmalıdır” - FOTO - VİDEO
Siyasi, Sosial / 25.04.2025 13:26
“Ermənilər əmimi qətlə yetirdilər” – Məcid Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 24.04.2025 22:48
“Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib” - VİDEO
Siyasi / 24.04.2025 13:43
Göyçədə ərazilərin qaytarılmasına hazırlıq gedir – ANONS
Elm və təhsil / 23.04.2025 22:59
“Azərbaycan dövlətçiliyinin tarixi Urmu gölü ətrafından 4200 il əvvəldən başlayır” - VİDEO
İqtisadi, Siyasi / 23.04.2025 17:09
“Vahid Çin siyasəti”nin dəstəklənməsi Azərbaycanın üzərinə hansı öhdəlikləri qoyur? - FOTO - VİDEO
Elm və təhsil / 23.04.2025 14:50
Türklər Altaydan gəlmə deyil – ANONS - VİDEO
Siyasi, Sosial / 22.04.2025 22:54
Aslan xaraba, Asnı, Atqız, Atqoç, Artdaş, Atdaş – türk tarixinin izi - FOTO - VİDEO