Mətbuat
18.04.2019
21:34
Aid olduğumuz yer – Tələbə yazır
Hamı kimi mənim də arzularım var idi – ali məktəbə qəbul olmaq. Vaxt keçdikcə bu arzu məqsədə çevrildi. Nəhayət, ən böyük hədəfimə çatdım – Azərbaycanın ən qədim universitetinin ən nüfuzlu fakültələrindən birinə – Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul oldum . İxtisas seçimində fərqli universitetlərdə eyni ixtisası seçmişdim. Necə deyərlər, ya jurnalistika, ya da jurnalistika.
O vaxtlar atam mənə deyirdi ki, sənə jurnalistika fakültəsində professorlar Şirməmməd Hüseynov, Cahangir Məmmədli kimi müəllimlər dərs keçəcək. Və əlavə edirdi ki, çalış peşəni yaxşı öyrən, biləmədiklərini müəllimlərdən soruş, imzana hörmət et, üslubunu heç nəyə dəyişmə. Jurnalistika fakültəsinə qəbul olduğumu öyrəndikdən sonra özümə söz verdim ki, yazılarımı Xuluflu imzası ilə yazacam.
Tədqiqatçı Vəli Xuluflu haqqında öyrəndiklərim mənə deyirdi ki, bu imzanı yaşatmaq, gələcək nəslə də tanıtmaq lazımdır. Artıq səkkiz aydır ki, bu fakültədəyəm.Tədricən dərk edirəm ki, mənim üçün ən uyğun yer elə buradır.
Bu gün jurnalistikanın nə demək olduğunu bilməyənlər, “dördüncü hakimiyyət” in gücündən istifadə edərək özünü jurnalist kimi tanıdanlar çoxdur. Şübhəsiz ki, onlar öz peşələrində uğur qazana bilməyənlərdir. Jurnalistikanı asan peşə hesab edib bu ixtisasa yiyələnməyə çalışırlar. Nəticədə əldə etdikləri isə sadəcə media adına xələl gətirmələri olur. Jurnalistika fakültəsində təhsil alanların, o cümlədən də mənim əsas vəzifələrimizdən biri də, əlbəttə ki, bu cür qeyri peşəkarları sıradan çıxartmaq Üzeyir bəyin, Mirzə Cəlilin dövründə olduğu kimi sözün əsl mənasında cəmiyyətin güzgüsünə çevirməkdir.
Qasım Xuluflu,
BDU-nun jurnalistika fakültəsinin birinci kurs tələbəsi
BDU-nun jurnalistika fakültəsinin birinci kurs tələbəsi
XƏBƏR LENTİ
Sosial
/
18.11.2026
09:07
“Varlı oğlan istəyirdim, amma qismət” – “Arzunun vaxtı”
İdman
/
18.11.2026
00:04
Xatirə Turnirinin yarımfinal və 3-cü yer oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Mədəni
/
17.11.2026
17:52
Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
İdman
/
17.11.2026
09:16
Yarımfinal və 3-cü yer oyunlarının mənzərəsi – bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Gündəm
/
17.11.2026
00:01
İdman
/
16.11.2026
08:41
Yarımfinal və 3-cü yer oyunlarının nəticələri - FOTO
İdman
/
15.11.2026
19:02
AnewZ Xatirə Turnirində 3-cü yeri tutub
Maraqlı, Mədəni
/
14.11.2026
21:56
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? – ARAŞDIRMA- RETRO BAKU - VİDEO
İdman
/
14.11.2026
18:22
ATV və Əmirxeyir finala vəsiqə qazanıb - FOTO
Maraqlı, Siyasi, Sosial
/
13.11.2026
14:27
Qərbi Azərbaycan Həqiqətləri: Oxçuoğlunun izlərini necə yox etdilər? - FOTO - VİDEO
İdman
/
13.11.2026
00:12
Siyasi, Təhlil
/
12.11.2026
17:02
Azərbaycan türklərinin Ermənistanda varlığının qalası – Göy məscid - FOTO
Maraqlı, Siyasi, Sosial
/
12.11.2026
10:04
Qərbi Azərbaycan Həqiqətləri: Ərəb qrafikalı məzar daşları - FOTO - VİDEO
İdman
/
12.11.2026
00:02
Xatirə Turnirinin 1/4 oyunları – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm
/
12.11.2026
00:01
Maraqlı, Siyasi, Sosial
/
11.11.2026
16:16
Qərbi Azərbaycan Həqiqətləri: Molla Eyyublunun silinən keçmişi - FOTO - VİDEO
İdman
/
11.11.2026
12:16
Şəhid Jurnalistlərin Xatirə Turniri – 1/4 oyunların mənzərəsi: qollar, oyun və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Maraqlı, Siyasi, Sosial
/
09.11.2026
15:35
Qərbi Azərbaycan Həqiqətləri: Qaraqayanın unudulmayan tarixi - FOTO - VİDEO
İdman
/
09.11.2026
12:16
Xatirə Turnirində 1/4 oyunlarının nəticələri - FOTO
İdman
/
08.11.2026
19:22
Yarımfinalçılar bəlli oldu - FOTO
Maraqlı, Siyasi, Sosial
/
07.11.2026
17:35
Qərbi Azərbaycan həqiqətləri: Haqqıxlı kəndinin adı niyə dəyişdirildi? - FOTO - VİDEO
Hərbi, Siyasi, Təhlil
/
06.11.2026
16:09
Zəfər Günü – regionda yad hegemonluğun sonu - FOTO
İdman
/
06.11.2026
00:22
Dünya, Siyasi, Təhlil
/
04.11.2026
17:46
ABŞ-də ara seçkisi – cəmiyyətin hakimiyyətə ziddiyyətli baxışı – TƏHLİL - FOTO
İdman
/
04.11.2026
00:06
Xatirə Turnirinin 6-cı turu – yaddaqalan anlar və kadrlar - FOTO
Siyasi, Sosial
/
03.11.2026
15:23
Qərbi Azərbaycan həqiqətləri: Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - FOTO - VİDEO














