Siyasi 03.10.2019 21:00

Aİİ-nin vədlər fonunda ziddiyyətləri

Rusiyanın patronajlığı ilə yaradılmış Avrasiya İqtisadi İttifaqının (Aİİ) vassal Ermənistanda sammitinin keçirilməsi qeyri-adi hadisə deyil.

Rakus.az xəbər verir ki, hazırda Ermənistan bu təşkilata sədrlik edir. Şübhəsiz ki, Ermənistan kimi qondarma və təcavüzkar bir ölkənin belə bir təşkilata üzv olması, Aİİ-yə şərəf gətirmir. Əksinə, Ermənistan daim Aİİ daxilində küskünlükləri, narazılığı, absurd tələbləri və iddiaları ilə vəziyyəti daha da mürəkkəbləşdirir. Ayrıca, Ermənistanın Azərbaycana qarşı düşmən mövqeyini bu təşkilata daxil olan heç bir dövlət paylaşmır. Buna baxmayaraq, ekspertlər İrəvanda Aİİ üçün hansısa müsbət prosesin başlaya biləcəyini istisna etmirdilər. Tədbirin gedişi göstərdi ki, real olaraq ciddi bir irəliləyiş yoxdur, lakin yeni vədlər vardır. Onların sırasında təşkilatın beynəlxalq miqyasda nüfuzunu artıra biləcək əməkdaşlığa başlaması xüsusi yer tuturdu. Həmin kontekstdə də təşkilatın İran, Çin, Sinqapur, Misir, İsrail və başqa ölkələrlə əlaqələrinin yaradılması imkanları nəzərdən keçirildi. Bu kimi hadisələrin fonunda Aİİ-də gedən proseslər və onun beynəlxalq aləmdə əks-sədası aspektində İrəvan sammitinin üzərində geniş dayanmağa ehtiyac duyduq.

Ermənistan və Avrasiya inteqrasiya modeli: əksliklərin ziddiyyəti və…

Avrasiya İqtisadi İttifaqının İrəvandakı toplantısı haqqında müxtəlif proqnozlar verilirdi. Bu təşkilatın Ali İqtisadi Şurasının prinsipial yeni məqamları gündəmə gətirəcəyinə inananlar vardı. Bunun əksinə, hələ ortada xeyli problemlərin və anlaşılmazlıqların olduğu arqumentini irəli sürərək İrəvan görüşünün növbəti formal müzakirələrdən ibarət olacağını proqnozlaşdıranlar da az deyildi. Reallıqda tədbir bu iki proqnozu özündə birləşdirən və bir sıra məqamları ilə yadda qalan hadisəyə çevrildi.

Məsələn, Vladimir Putinin gürcü jurnalistin Abxaziya və Cənubi Osetiyadan Rusiya hərbi bazalarının nə zaman çıxarılacağı ilə bağlı verdiyi sual KİV-in daha çox marağına səbəb olub. Rusiya Prezidentinin qısaca “nə zaman lazım bilsək” cavabını verməsi də jurnalistlərə maraqlı gəlib. Lakin Ermənistan XİN-in əməkdaşları jurnalisti tədbirdən uzaqlaşdırmaqla digər KİV nümayəndələrinin təəccübünə səbəb oldular.

Əlbəttə, görüşü yalnız bu kimi hadisələrlə xarakterizə etmək doğru olmazdı. Lakin bu epizod onu göstərir ki, İrəvandakı tədbirdə müəyyən bir xaotiklik olub. Bunu rusiyalı jurnalistlər də etiraf ediblər və obrazlı olaraq “bir erməni qaydasızlığı vardı” kimi ifadələr işlədiblər. Açığı, tədbirin rəsmi hissəsində də iştirakçıların mövqeləri arasında müəyyən uyğunsuzluq özünü göstərib.

Doğrudur, bir sıra KİV orqanları hansısa ciddi müsbət dəyişikliklərdən yazırlar. Məsələn, Sinqapur və İranla Aİİ-nin münasibətləri çox qabardılır. Sinqapur bu təşkilatla azad ticarət zonası ilə bağlı saziş imzalayıb. İran da oktyabrın 27-də analoji bir saziş imzalamaqdan bəhs edir. Hətta ekspertlər Prezident Həsən Ruhaninin İranın Aİİ-yə üzv olmasına maraq göstərdiyini deyirlər. Bundan başqa, Rusiya Prezidenti Serbiya, Çin, Hindistan da daxil olmaqla 13 dövlətin Aİİ ilə əlaqələrə maraq göstərdiyini ifadə edib.

Tədbirdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Ermənistanın baş naziri Nikol Paşinyanın qısa dialoqu ekspertlər tərəfindən vurğulanır. Belarus Prezidenti özünəməxsus səmimiyyətlə Azərbaycan Prezidenti İlham Əliyev ilə dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib. Eyni zamanda, N.Paşinyanla da dost olduğunu deyib. A.Lukaşenko heç zaman Ermənistana qarşı iş görməyəcəyini də ifadə edib. N.Paşinyan da Belarus və Ermənistanın ortaq maraqlarının olduğunu və həm də Azərbaycanla Ermənistanın problemlərinin mövcud olduğunu deyib. Belə çıxıb ki, Belarus Ermənistana görə Azərbaycanla münasibətlərini korrektə etməlidir.

Lakin N.Paşinyan onu dəqiqləşdirməyib ki, Azərbaycana münasibətdə Belarusla Ermənistanın ortaq marağı nədən ibarətdir. Çünki İrəvanın əsas marağı Azərbaycana qarşı təcavüz siyasətini yeritməkdir ki, Belarus da eyni mövqedədirmi? Yəni Ermənistan kimi, Belarus üçün də Azərbaycanın ərazi bütövlüyünü pozmaq dövlət marağına daxildirmi? Əlbəttə, daxil deyil. Deməli, N.Paşinyan növbəti dəfə Belarusu Azərbaycana qarşı təxribata çəkməyə çalışıb, ancaq A.Lukaşenko təcrübəli siyasətçi kimi naşı erməni liderin primitiv ara vurmasına qətiyyən uymaz.

Təbii ki, İrəvandakı iclasın başlıca gündəmində başqa məsələlər olub. Ekspertlərin fikrinə görə, onları iki qrupa bölmək olar. Əvvəla, liderlər Aİİ daxilindəki problemlərdən danışıblar. Onların, demək olar ki, hamısı təşkilatdaxili əməkdaşlığa olan maneələri vurğulayıblar. V.Putin, A.Lukaşenko, K.-J.Tokayev açıq deyiblər ki, bu aspektdə ciddi problemlər qalır. Üzv dövlətlərin istehsal etdikləri məhsulların təşkilatın məkanında dövriyyəsi çevik deyil, çox sayda hüquqi boşluqlar var ki, əməkdaşlığı sürətləndirmək imkanlarını çox aşağı salır. Bunlardan başqa, üzv dövlətlərin hamısının qəbul edə biləcəyi ortaq valyuta yoxdur. Buna baxmayaraq, İrəvanda ortaq maliyyə mühiti yaratmaqla bağlı niyyət sənədi qəbul edilib.

“Yaxşı arzular” və reallıq: Aİİ üçün qeyri-müəyyən vəziyyət

Ekspertlər bunu məzmunsuz, konkret mexanizmlərdən məhrum olan “yaxşı arzu” adlandırıblar. Maraqlıdır ki, Ermənistanın baş naziri də milli valyutalarla ticarət etməyə keçiddən dəm vurub. Heç bir dəyəri olmayan erməni dramı ilə kim ticarət aparacaq? Məsələn, Qazaxıstana erməni dramı nəyə görə lazımdır? Yaxud qırğız somundan üzv dövlətlər nədə istifadə edə bilərlər? Bu kimi suallar çoxdur və hələlik milli valyutalarla ticarət boş sözdən başqa bir şey deyil. Təşkilatda Rusiya, Belarus və Qazaxıstandan başqa, daxili real istehsala malik olan üzv yoxdur.

Digər tərəfdən, Aİİ-yə daxil olan ölkələrin əsas ticarət tərəfdaşı Avropa İttifaqı və Çindir. Qazaxıstan üçün bu məqam daha önəmlidir ki, onu ölkə Prezidenti İrəvanda vurğulayıb. Kasım-Jomart Tokayev deyib ki, ölkənin xarici ticarətinin 75 faizi Aİ ilə əlaqəlidir və bu faktı kənara qoymaq mümkün deyildir. Ayrıca, Rusiya və Belarusun çox sayda dövlətlərlə iqtisadi-ticari əlaqələri mövcuddur və onları heç bir Aİİ üzvü əvəz edə bilməz. Qalır Aİİ-nin təşkilat kimi başqa dövlətlərlə əlaqələrini gücləndirmək. Bu baxımdan ekspertlər Sinqapur və İran məsələsinə maraq göstərirlər.

Bundan başqa, İrəvanda Çinlə yaradılan əməkdaşlıq prosesinə ümid bəsləyirlər. Hesab edilir ki, Pekin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Aİİ məkanında ciddi sosial-iqtisadi və ticari dəyişikliklər edə bilər. Lakin onlar bir mühüm məqamı nədənsə unudurlar: bunun üçün üzv dövlətlərdə uyğun infrastruktur olmalıdır. Bu isə yox dərəcəsindədir. Məsələn, bu baxımdan Ermənistan çox zəifdir. Yaxın perspektivdə onun infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etdirə biləcəyi isə real görünmür. Eyni zamanda, ciddi geosiyasi məsələlər var ki, onları mütləq nəzərə almaq lazımdır.

Deyək ki, “Bir kəmər, bir yol” layihəsinin Aİİ ilə bağlı olan hissəsində Azərbaycan faktoru mütləq nəzərə alınmalıdır. Azərbaycanda inkişaf etmiş infrastruktur mövcuddur və Rusiya, İran və ya Ermənistanla Çin arasında nəqliyyat əlaqələrinin qurulması üçün Bakının müsbət yanaşması olmalıdır. Məsələn, “Şimal-Cənub” dəhlizinin işləməsi Azərbaycandan asılıdır. Və yaxud “Cənub-Qərb” marşrutunun açıq olması üçün Bakıya ehtiyac vardır. Azərbaycan isə Ermənistan işğal etdiyi əraziləri tərk etməyincə, bu layihələrin heç birində Ermənistanın iştirakına imkan verməyəcək. Bu məsələdə kiminsə, məsələn, Rusiya, Çin və ya İranın təzyiq edə biləcəyindən söhbət gedə bilməz. Azərbaycan milli maraqlarını qorumağa qadir dövlətdir.

Vurğulanan məqamların fonunda İranın Aİİ ilə əlaqələrə önəm verməyə başlaması maraqlı görünür. Tehranı başa düşmək olar. Ekspertlər etiraf edirlər ki, artıq Tehran Amerikanın tətbiq etdiyi sanksiyalardan çox əziyyət çəkir. Vəziyyət getdikcə daha kritik xarakter alır. Və bu prosesə Rusiya və Çin də təsir edə bilmirlər. Çünki onların özləri də amansız sanksiyalara tuş gəlirlər. Müəyyən mənada nə Moskva, nə də Pekin Tehrana görə “batmaq” fikrində deyillər. Bunu İran rəhbərliyi yaxşı başa düşür. Bu səbəbdən ən kiçik şansı belə əldən buraxmaq istəmirlər.

İran yaxşı bilir ki, Aİİ özlüyündə güclü təşkilat deyil. Lakin əgər İran bu təşkilata üzv olsa və ya çox yaxın münasibətlər qursa, məsələ siyasiləşər. Bu halda ABŞ üçün Aİİ də siyasi və geosiyasi rəqibə çevrilər. Deməli, bu təşkilata üzv olan dövlətlərə qarşı da sanksiyalar tətbiq etmək ehtimalı meydana gəlir. Məhz bu məqamı nəzərə alaraq Qazaxıstan İranın Aİİ-yə üzv olmasının əleyhinədir. Qazaxıstan tərəfi açıq deyir ki, belə bir addım məsələni sırf siyasi müstəviyə atır ki, bu da artıq dünyada güclü təşkilatlara, o cümlədən Amerikaya rəqib olmaq anlamına gəlir. Qazaxıstan İrana görə bu riskə getmək fikrində deyil. Bu isə onu göstərir ki, təntənəli vədlərə baxmayaraq, Aİİ-İran əlaqələrinin gələcəyi qeyri-müəyyənliklərlə doludur.

Bütün bunlar onu ifadə edir ki, rəsmi İrəvan Aİİ-nin bu tədbirindən siyasi şou düzəltməyə cəhd edib. Ancaq ekspertlər üçün bu süni davranış keçərli olmayıb. Yuxarıda vurğulanan və vurğulanmayan bir sıra digər ziddiyyətli məqamlar göstərir ki, Aİİ-nin arzu olunan səviyyəyə çatması üçün çox zaman lazım gələ bilər. Təşkilatın daxilində kifayət qədər çevik inteqrasiya mexanizmi və lazımi siyasi iradə yoxdursa, hansı ümidlə beynəlxalq nüfuzdan və təsir dairəsindən danışmaq olar? Hələlik Aİİ yoxdur, onun tərkibində ayrılıqda güclü Rusiya, Belarus və Qazaxıstan vardır!

Newtimes.az

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO