Mədəni 11.09.2023 13:21

ASKEF-in Balkan turu – 6-cı yazı - FOTO

Xəbər verdiyimiz kimi, Avroasiya Sanat Kultur Edebiyyat ve Bilim Federasyonu (ASKEF) bu il iyulun 14-dən 24-dək Balkan turu təşkil edib.

Turun iştirakçısı Əli Vəliyev və Vüqar Abduyevin səfərlə bağlı 6-cı  yazısını Rakus.az-a təqdim edib:

-Biz 18 iyul 2023-cü il tarixdə saat 20-00 radələrində Monteneqro-Albaniya sərhəddinə çatdıq. Sərhəddi  lap rahat keçdik və üz tutduq Albaniya Respublikasının Şkoder və ya İşkodra şəhərinə. Bu şəhərin də tarixi lap qədimlərə gedir və təxmini yaşı 2200 ili keçir. Biz geçə saatlarında bu şəhərin “Havana” mehmanxanasına çatdıq və yeməkdən sonra kimi istirahət üçün öz otaqlarına, kimi mehmanxananın hovuzuna, kimi də şəhərin gecə gəzintisinə çıxdı. Mən, Vüqar müəllim, İltifaq müəllim və Ümman müəllim hovuza düşdük. Hovuzun suyu olduqca isti idi. Biz maraqlı bir axşam keçirdik. Elə orada da ASKEF-in başkanı Savaş bəylə Azərbaycan nümayəndə heyəti arasında bir toplantı oldu. Məlum oldu ki, Azərbaycan nümayəndə heyətinin Kosovoya buraxılmamaq ehtimalı var. Bu barədə növbəti yazılarımızda məlumat verəcəyik.

Albaniya Respublikası, tarixi mənbələrdə Arnaudluq da göstərilir, Balkan yarımadasının cənubi-qərbində Adriatik və İon dənizləri sahilində yerləşir. Albanlar öz ölkələrini “Şipri”, yəni “Qartallar diyarı”, yerli sakinləri isə “Şiptar” adlandırırlar. Albaniya özü isə illiriya sözü olub “oba” — “kənd” deməkdir. Osmanlıların Albaniyanı 15-ci əsrdə zəbt etməzdən öncə İskəndər bəyin başçılıq etdiyi albanların osmanlılara qarşı müqaviməti Avropanın əksər hissəsində rəğbətlə qarşılanırdı. Albaniya beş əsrə yaxın Osmanlı hakimiyyəti altında qaldı və bu müddət ərzində bir çox albanlar (arnautlar kimi də tanınırdılar) imperiyada, xüsusən Cənubi Balkanlarda və Misirdə yüksək vəzifələrə yiyələnmişdilər. 18–19-cu əsrlər arasında həm mənəvi, həm də intellektual güc toplayan albanlara aid edilən mədəni inkişaf Alban İntibahının yaranmasıyla nəticələndi. Albaniya 1912-ci ildə Osmanlının məğlubiyyətindən sonra müstəqilliyini elan etsə də tezliklə İtaliyanın əsarəti altına keçir və müxtəlif vaxtlarda müstəqilliyi iolunda mübarizələr aparır. Nəhayət 1991-ci ildə müstəqil Albaniya Respublikası yardıldı. 2005-ci ilin məlumatlarına əsasən adambaşına düçən gəlir 1.9 min avro olmuşdur.Burada kənd təsərrüfatı daha güclü inkişaf etmişdir.

Albaniya Respublikası həm də öz gölləri ilə də məşhurdur. Ancaq buranın 70% dağlarlarla örtülmüşdür. Dağlarda müasir standartlara cavab verən yollar fəaliyyət göstərir və digər Balkan respublikalarında olduğu kimi burada da tunellər olduqca çoxdur. Hətta bəzi tunellər dar olduğundan işıqofor qoyulmuş və nəqliyyat vasitələri növbə ilə buradan keçirlər. Albaniyada havanın temperaturu iyul ayında ortalama +25-32 dərəcə göstərilsə də  biz burada +40 dərəcənin üstündə istilərə rast gəldik. Dəniz kənarlarındakı çimərliklər turistlər və yerli insanlarla dolu olurdu. Pravoslav Pasxa, Katolik Milad və Müsəlmanların Qurban bayramları Albaniya Respublikasında dövlət bayramları kimi qeyd  edilir.

Biz səhər yeməyindən sonra şəhəri gəzməyə çıxdıq. Şəhərin əhalisinin 60%-dən çoxu müsəlman olduğundan camelər və məscidlər çoxluq təşkil edir. Şkoder şəhəri Buna, Drina və Ohri çaylarının kənarlarını gəzdik və çox gözəl mənzərələrin şahidi olduq. Burada qayalıqlar üzərində yerləşən Şkoder qalasında Fatih Sultan Məhəmməd məscidi olduğunu dedilər və baxımsızlıq üzündən məscid yararsız hala düşmüşdür. Şkoderdə sonuncu Osmanlı paşası Həsən Rza Paşanın məzarı yerləşir. Məzar daşının üzərindəki yazılar alban dilində yazılıb: “Şkoderdə Osmanlı ordusunun komandanı, dövrünün böyük əsgəri, qəhrəmanı Həsən Paşaya Albaniyadan və alban xalqından böyük hörmət var”. Həsən Rza Paşanın atası da Bağdad valisi olub. Özü isə Şimali Albaniyanın valisi olub. Burada inşa edilmiş müasir tipli Əbu Bəkr məscidi Türkiyədən sonra Balkanlarda ən böyük məscidlərdəndir.

Pul vahidi alban leki olsa da, avro ilə rahat alış-veriş etmək olurdu. Avropada yerləşməyinə baxmayaraq və Avropa dövlətləri ilə sıx ticarət əlaqələri olsa belə kasıb bir ölkədir. Biz mağazaları gəzdikdə Türkiyə istehsalı olan tekistil mallarına da rast gəldik. Bütün səfər boyu biz internet üçün kafelərdə otururduq. İstirahət zamanı və ya nahar fasiləsində oturduğumuz yeməkxanaların WiFi-dan istifadə edirdik. Paylaşdığımız şəkillərdən də bu aydın görünür.

Biz 19 iyulda Şkodra şəhərindən çıxıb Albaniya-Kosovo sərhəddinə yol başladıq. ASKEF-in (Avrasiya Sanat Kultur Edebiyyat ve Bilim Federasyonu) təşkil etdiyi bu maraqlı turun üstünlüklərindən biridə iştirakçıların müxtəlif  sahələrdə çalışmalrı idi. Başkanımız Savaş bəy Ünsalın rəhbərliyi ilə təşkil olunan bu turda heç vaxt darıxmaq mümkün deyildir. Avtobusda yol boyu iştirakçılar maraqlı mahnılar oxuyur, şerlər deyir, rəqs edir, əhvalatlar danışırdılar.  Sevda xanım Muradəliyevanın məlahətli səsi, başqan yardımçısı Nilgün xanım Seçenin gurultulu çıxışları, həkim Mustafa bəy Seçenin olduqca maraqlı və məzmunlu həyat hekayələri, Vüqar  müəllim Abduyevin tarixi məlumatları və şerləri, Federasiyanın Azərbaycan və Orta Asiya üzrə başkanı Sona xanım Abbasəliqızının, Gülqədəm xanım Mirzəzadənin  oxuduqları maraqlı şerləri, balaca Ayişəmizin tapmacaları iştirakçıların gurultulu alqışları ilə qarşılanırdı. Biz saat 15 radələrində Albaniya-Kosovo sərhəd məntəqəsinə çatdıq. Qabaqda bizi hələ də maraqlı sərgüzəştəlr gözləyirdi.

(ardı var)

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO