Hərbi 19.01.2021 10:19

Atama deyin oğlu kişi kimi şəhid oldu – LEYTENANT

 

Həmidov Rəsman Mərdan oğlu 1998-ci ildə Şamaxı rayonunda anadan olub və Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayıb. Qəsəbədəki 320 saylı orta məktəbdə oxuyub. Uşaqlıqdan vətənpərvər böyüyən Rəsmanın ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad olunması və ölkəmizin ərazi bütövlüyünün pərpa edilməsi idi. Arzu və istəklərini ədəbi yaradıcılığında qələmə alan igidimiz gələcəkdə hərbçi olmaq üçün Cəmşid Naxçıvanski adına hərbi liseyə dail olur. Hərbi Akademiyanı da əla qiymətlərlə oxuyur. 2019-cu ildə isə leytenant rütbəsində zabit kimi hərbi xidmətə başlayır.

İkinci Vətən müharibəsində düşmənə tutarlı cavab vermək üçün Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişlərinə vətənpərvər zabit kimi can-başla əməl edir. Bir sıra ağır döyüşlərdə igidlik göstərir, düşmənin mühasirəsinə düşən 30-dan çox əsgərimizi dəqiq kordinatları ilə xilas edir. Cəbrayıl rayonunun azad olunmasında xüsusi xidmətləri ilə seçilir. Hadrut istiqamətində gedən döyüşlərdə isə düşmənin vətənimizə atdığı gülləyə sipər olaraq qəhrəmancasına ŞƏHİDLİK zirvəsinə yüksəlir. Son sözünü isə bu olub: “Atama deyin, oğlun kişi kimi şəhid oldu”. Məhz bu səbəbdən də babası Lətif kişi, atası Mərdan müəllim kimi bütün doğmaları və onu yaxından tanıyan hər kəs Rəsman Həmidovun igidliyi ilə qürur duyur.

Ailnin tək oğlu və nişanlı olan şəhidimiz artıq qəhrəmanlıq simvoluna çevrilib. Təhsil aldığı 320 saylı orta məktəbin pedaqoji kollektivi və şagirdləri də onun igidliyi ilə fəxr edir, hər bir gəncə nümunə olan həyat yolunu daim qəlblərində yaşadacaqlarını və gələcək nəsillərə ötürəcəklrini bildirirlər. Çünki ŞƏHİDLR ölməz, VƏTƏN bölünməz.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Rəsman Həmidovun qəhrəmanlığı yüksək qiymətləndirilib, və o, ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

XƏBƏR LENTİ
Dünya, Siyasi, Təhlil / 30.10.2026 18:04
Mahmud Abbasın Kipr səfəri – yırtılan maskalar – TƏHLİL - FOTO
İdman / 30.10.2026 11:14
Şəhid Jurnalistlərin Xatirə Turnirində 6-cı tur – qrup oyunları başa çatır - FOTO
İqtisadi, Maraqlı, Sosial / 29.10.2026 13:47
Qərbi Azərbaycanın təbiəti: Göyçə gölünün sahilindəki Ardanış/Ardanuc kəndi - FOTO
Siyasi, Sosial / 28.10.2026 12:11
Qərbi Azərbaycan həqiqətləri: Zəngəzurun tarixi kəndi necə məhv edildi? - FOTO
İdman / 28.10.2026 00:16
Xatirə Turnirinin 5-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
Dünya, Təhlil / 27.10.2026 17:27
Avropanın iki dövlətində baş verənlərə qısa ekskurs – TƏHLİL - FOTO
Mətbuat / 27.10.2026 12:27
“Report”un yeni media mühitində 12 illik fəaliyyətinə BAXIŞ - FOTO
Siyasi, Sosial / 27.10.2026 10:16
Qərbi Azərbaycan Həqiqətləri: Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - FOTO - VİDEO
İdman / 27.10.2026 00:04
Beşinci tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Dünya, Təhlil / 26.10.2026 17:18
Tehran rejimi gözündə görmədiyi tiri niyə dəyişmək istəmir? – TƏHLİL - FOTO
Maraqlı, Mədəni / 26.10.2026 12:09
Özünü axmaq və gülünc kimi göstərən Kramarov kim idi? – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 26.10.2026 00:02
Xatirə Turnirində 5-ci turun nəticələri - FOTO
Maraqlı, Siyasi, Sosial / 25.10.2026 10:40
Qərbi Azərbaycan həqiqətləri: Bəriabadın taleyi necə dəyişdi? - FOTO - VİDEO
Sosial / 25.10.2026 08:29
Ailəsi dağıldı, doğmaları xəyanət etdi – “Arzunun vaxtı” - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 21:23
Qərbi Azərbaycan həqiqətləri: Ərincin bilinməyən tarixçəsi - FOTO - VİDEO
Sosial / 24.10.2026 11:03
“Qayınanam “kapriznıy” idi, kaş başqa cür danışardım” – O VAXTLAR - VİDEO
Maraqlı, Siyasi / 24.10.2026 09:42
Qərbi Azərbaycan həqiqətləri: Ardanışın unudulmuş Azərbaycan tarixi - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.10.2026 16:37
Paşinyanın ismarışları – demokratiyadan sui-istifadə metodu – TƏHLİL - FOTO
İdman / 23.10.2026 00:01
Şəhid Jurnalistlərin Xatirə Turnirində 5-ci tur həyacanı başlayır - FOTO
Siyasi, Sosial / 21.10.2026 13:31
Qərbi Azərbaycan həqiqətləri: Almalıq kəndinin tarixi sirləri - FOTO - VİDEO
Sosial / 21.10.2026 12:25
Qarabağlı qayınana, ukraynalı gəlin – “Arzunun vaxtı” - VİDEO
İdman / 21.10.2026 00:22
Xatirə Turnirinin 4-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Dünya, Elm və təhsil / 20.10.2026 17:42
Məktəb və məktəblilərin təhlükəsizliyi – ehtiyac duyulan əməkdaşlıq – TƏHLİL
Hərbi / 20.10.2026 12:02
Bir ömrün xatirəsini 32 saniyəyə sığdıran şəhidin son sözləri – REPORTAJ - VİDEO
Siyasi, Sosial / 20.10.2026 11:10
Qərbi Azərbaycan həqiqətləri: “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” - FOTO - VİDEO
İdman / 20.10.2026 10:16
Dördüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO