Dünya 28.04.2020 11:09

Avropa Şurasının 9 işçisi virusa yoluxdu

Avropa Şurası dəftərxanasının 9 işçisində yeni növ koronavirus aşkarlanıb, təşkilat virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görüb.

Rakus.az xəbər verir ki, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Daniel Holtgen məlumat verib.

“Bu ana qədər əməkdaşlarımız arasında doqquz təsdiqlənmiş yoluxma halı qeydə alınıb, onlardan 8-i artıq yoluxucu deyil. Koronavirusa yoluxma şübhəsi olan insanların əksəriyyəti də yoluxmamışdı və onlarla təmasda olanların əksəriyyəti artıq karantindən çıxıb. Hansısa həmkarımızın xəstəxanaya yerləşdirilmək ehtiyacı olduğuna dair məlumat yoxdur”, – o deyib.

D.Holtgen bildirib ki, hazırda Avropa Şurasının binalarında işçilərin fiziki iştirakı minimuma endirilib və katiblik təşkilatın mandatını yerinə yetirmək üçün yüksək səviyyədə iş davamlılığını təmin edərək yeni iş üsullarına yaxşı uyğunlaşıb. O, kadrların 80-87%-nin məsafədən işlədiyini də söyləyib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dünən yaydığı kommünikeyə əsasən, AŞPA sədri Hendrik Dams, sədr müavinləri və siyasi qrupların rəhbərləri və milli nümayəndə heyətlərinin daxil olduğu Daimi Komitənin nümayəndələri aprelin 30-da təşkilata üzv ölkələrdə koronavirus pandemiyası ilə mübarizəni, bu vəziyyətdə vətəndaşların azadlıqlarına qoyulan məhdudiyyətləri, eləcə də assambleyanın yayda keçiriləcək sessiyasının gündəliyini müzakirə edəcəklər. İlkin plana görə, bu, iyunun 22-dən 26-dək keçirilməlidir. (Report)

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO