Sosial 17.10.2026 12:01

“Bu dövrdə kim anasına baxır?!” – O VAXTLAR - VİDEO

Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Gülnarə Aydının “O Vaxtlar” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişin budəfəki qonağı Novxanı sakini Şahsənəm Əliyeva olub.

Ş.Əliyeva keçmişdəki ailə dəyərlərindən, gəlinlik dövrünün çətinliklərindən və o dövrün adət-ənənələrindən söz açıb.

Həyat yoldaşı ilə keçirdiyi illərdən və onun itkisindən bəhs edən Şahsənəm xanım xatirələrini bölüşüb: “Həyat yoldaşımı itirməyimdən 3 il keçir. Nə dəyişdi həyatımda? Heyif, kaş ki ölməyəydi. 86 yaşı var idi, elə bilirdim, heç vaxt ölməyəcək. Cəmi 10 günün içində canını tapşırdı. Qadına sevgi lazımdır. Sevgi isə bir-birimizə, gördüyümüz işə qiymət verməkdir. Biz elə yaşamışıq”.

Ailəsinin qarşılaşdığı repressiya faciəsini və böyüklərə qulluq etdiyi illəri xatırlayan Ş.Əliyeva sözlərini belə yekunlaşdırıb:

“1937-ci ilin repressiya dövründə qayınanamın atasını aparıb güllələdilər. 16 yaşlı oğlunu da atasının qoluna bağlayıb apardılar, bir daha xəbər tuta bilmədik. Qayınanamın 100 yaşlı anası tək qalmışdı, onu 1937-ci ildən qalan həmin o evə gətirdik. O vaxt nə qaz var idi, nə su. Suyu quyudan gətirərdik. Həmin evdə o qoca qadına 14 il baxdım. Bircə bilsəydi ki, oğlunun qəbri haradadır, bəlkə də bu qədər ağlamazdı. 114 yaşında rəhmətə getdi. İndi mən onun yurdunda oturmuşam. Allah bütün balalarımızı, gənclərimizi qorusun”.

Veriliş oktyabrın 16-da Baku TV-nin YouTube kanalında yayımlanıb.

Ətraflı videoada tanış ola bilərsiniz:

XƏBƏR LENTİ
Maraqlı, Mədəni / 19.10.2026 12:15
Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət – KƏNDİNƏ QAYIT - VİDEO
İdman / 19.10.2026 00:41
Xatirə Turnirində 4-cü turun nəticələri - FOTO
Sosial / 18.10.2026 10:48
“İnternetdə tanış olduq, ailəm dağıldı” – “Arzunun vaxtı” - VİDEO
Sosial / 17.10.2026 12:01
“Bu dövrdə kim anasına baxır?!” – O VAXTLAR - VİDEO
İdman / 16.10.2026 00:05
Şəhid Jurnalistlərin Xatirə Turnirində 4-cü tur başlayır - FOTO
Elm və təhsil / 15.10.2026 11:22
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
Sosial / 14.10.2026 11:36
“Ayağımı yumağa 5 manat alır” – “Arzunun vaxtı” - VİDEO
İdman / 14.10.2026 07:22
Xatirə Turnirinin 3-cü turu – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
Mədəni / 13.10.2026 11:38
Müharibədən səhnəyə uzanan həyat – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
İdman / 13.10.2026 08:49
Üçüncü tur başa çatdı – qol epizodları, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Sosial / 12.10.2026 11:37
Rizvan Hacıyev yazır: Dünyəvilik dinsizlik deyil…
İdman / 12.10.2026 00:23
Xatirə Turnirində 3-cü turun nəticələri - FOTO
Dünya, Siyasi / 09.10.2026 15:56
“Bakı Dialoqu”: müharibə aparanlara sülh ismarışı – TƏHLİL - FOTO
İdman / 09.10.2026 07:08
Şəhid Jurnalistlərin Xatirə Turnirində 3-cü tura start verilir - FOTO
Dünya, Təhlil / 08.10.2026 17:00
Rubionun çağırışları – Avropa ABŞ-yə layiq tərəfdaş olacaqmı? – TƏHLİL - FOTO
Dünya, Siyasi / 07.10.2026 16:31
Taleyi Fələstinə bağlı bölgə – zəifləyən HƏMAS – TƏHLİL - FOTO
Mətbuat, Sosial / 07.10.2026 10:20
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
İdman / 07.10.2026 00:16
Xatirə Turnirinin 2-ci turu – yaddaqalan anlar və kadrlar - FOTO
İdman / 06.10.2026 00:04
İkinci tur başa çatdı – epizodlar, xal və bombardirlər CƏDVƏLİ - FOTO - VİDEO
Hərbi, Siyasi / 05.10.2026 17:09
Regional və qlobal mahiyyət daşıyan Azərbaycan Zəfəri – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 05.10.2026 10:01
Bəzədiyi kuzə Brejnevə hədiyyə verilən bakılı – O VAXTLAR - VİDEO
İdman / 05.10.2026 00:22
Xatirə turnirində 2-ci turun nəticələri - FOTO
Dünya, Mədəni / 04.10.2026 11:28
Estoniyada “Saz və Balaban” adlı konsert və rəsm sərgisi keçirilib - FOTO
Siyasi, Təhlil / 02.10.2026 17:13
Üçkilsədə “at oynadan” “KQB agenti” – TƏHLİL - FOTO
Hərbi, Siyasi / 02.10.2026 14:40
Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
İdman / 02.10.2026 14:03
Şəhid Jurnalistlərin Xatirə Turnirində 2-ci tur həyəcanı başlayır - FOTO