Elm və təhsil 26.02.2024 12:00

Bayraməli Şükür – “Xocalı” poeması - FOTO

Qərbi Azərbaycanın Göyçə mahalının Ardanış kəndinin tanınmış ziyalısı, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Bayraməli Qurbanov (Bayraməli Şükür) Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Xocalı” adlı poema yazıb.
Rakus.az poemanı təqdim edir:
Xocalı xalqımın ürək ağrısı,
İnsanlıq adına qapqara ləkə…
Bir boranlı gündə, gecə yarısı
Bu acı xəbəri eşitdi ölkə:
Ruslu, ermənili- çaqqal sürüsü
Şirin yuvasına etmişdi basqın.
Yaman qudurmuşdu bu qan hərisi,
Dörd yanı yaxırdı, törədib qırğın.
Nə qoca, nə cavan, nə uşaq, qadın
Qanlı güllələrdən yayınmayırdı.
Tankların, topların, pulemyotların
Atəşi bir an da dayanmayırdı.
Əl-ələ verərək terrorist, ordu,
Atəşə yaxdılar bir dinc şəhəri.
Min insan soyqırım qurbanı oldu-
Bu qırğın sarsıtdı bütün bəşəri.
***
Hər insan düşünər öz ürəyincə,
Türk qövmü vuruşar düşməniylə mərd.
İblisə satılmış haya gəlincə –
Haylar ömür boyu olublar namərd.
“Bizansla dostdurlar albanlar,”-deyib,
İlk dəfə ərəbə satdılar bizi.
Beləcə yıxdılar, qırmızı geyib,
Dünyada ilk alban məbədimizi.
Ərəb zəifləyib, türk güclənəndə,
“Milləti – sadiqə” odular türkə.
Batində bir yağı, zahirdə bəndə,
Daxildən təfriqə saldılar türkə.
Rusun ətəyindən tutdular sonra,.
Ağlayıb, sıtqayıb, töküb göz yaşı.
Neçə satqınlıqlar etdilər sonra,
Namərdlik etdilər hər addım başı.
Oldular qurdbasan arxalı köpək,
Rusun əl tulası – ancaq qudurğan.
Gözlərindən gəlsin türk verən çörək,
Bunlar heç əvvəldən deyilmiş insan.
Qırğınlar törədib Anadoluda,
Sonra Qafqazlara qan ağlatdılar.
Tutub getdikləri qanlı yolu da,
Dünyaya tam başqa cür anlatdılar.
***
Türkün düşmənləri verib əl-ələ
Erməni adında oyuncaq qurdu.
Hər şey necə olub, tam bilə- bilə,
Qatil erməniyə dayaq da durdu.
İngilis, fransız, amerikalı,
Ulaşdı verərək ağız- ağıza.
Töküb kartlarını, açdılar falı:
“Erməni dövləti lazımdır bizə!”
Param – parça edib Azərbaycanı
Canına zəhərli dişlər cancdılar.
Yaradıb qanunsuz Ermənistanı,
Turanın qəlbinə xəncər sancdılar.
Sarı bığlarını eşərək, sonra
Bığaltı güldülər razılıq ilə:
“Alətimiz oldu, durduqca dünya
Onu oynadarıq biz, qılıq ilə…
Türkə zərbə vurmaq istəsək haçan,
Basarıq düyməyə hayas ədvalı.
Bu satqın hayaslar, bir də baxarsan,
Başqa işlərdə də oldu faydalı.
Xalis fahişədir bu soysuz millət,
Kimdə çox görsələr ona cumarlar.
Ona qucaq açan etsə min hörmət,
Başqa kişilərdən pay-puş umarlar.”
“Gəlin” eylədilər əvvəl ruslara,
Xaçla suvarılmış müqaviləylə.
Arada buraxıb xeyli pul, para
Xain bəslədilər gizlicə, səylə.
Sovetlər adında imperiyanı,
Bir gün yıxmaq üçün, qağıtmaq üçün
Erməni toruyla tutub hər yanı,
Sovetləri tora saldılar bütün.
***
Halal ticarətdən qazanır tacir,
Haylarsa özünü satır, qazanr!
Şeytanla əl tutub, Allahdan qaçır,
İblislə işbirlik yapır, qazanır.
İblis əmr eylədi: Dağıt Soveti!
Birləşib o qaşı xallı liderlə,
İblis necə dedi, o, elə etdi-
Sovetlər dağılıb bir oldu yerlə.
Haylar hay olmazdı, bu qarışıqda,
Tamah dişlərindən zəhər tökməsə.
Gücü yetməyəndə qalıb qılıqda,
Əli tutan kimi zülüm əkməsə.
Belə qurban getdi Xocalımız da-
Firənglər qurmuşdu gizlicə plan.
Bizi təhdid edib bu halımızda,
Hətta söylədilər: “Deyirsiz yalan!”
Milli qırğın salmaq Qərb tədbiriydi:
“Soveti yıxarıq yalnız bu yolla.”
Ancaq bu əməldə hamı biriydi –
Qərbli keşiş ilə İranlı molla.
Burda kəsişirdi nə qədər maraq…
Firəngin, hayların, farsın istəyi.
Çaqqalla goreşən bir dil taparaq
İstəyirdi qurda qalib gəlməyi.
***
Tək Sovet deyildi onların dərdi,
Türk daşı əzirdi boş başlarını.
Avropa min cürə sifət göstərdi,
Axıtdı yalandan göz yaşlarını.
Beynində “A” oldu, dodağında “Be”,
Yalandan qışqırdı: “Demokratiya…”.
(Əlin qoy köksünə, doğrusunu de,
Haçansa görmüsən bu qədər riya?!
Hərdən yada düşdü “İnsan haqqı” da…
(Görən Xocalılar insan deyildi?!)
Burunu qanamış hər hay haqqında,
Nədən hər məclisdə min söz deyildi.
Təkcə Xocalımı? Neçə kənd, şəhər,
Erməni əliylə viran edildi.
Erməni gizləndi görəndə əsgər,
Dinc əhaliyəsə divan edildi.
Firəngin puluyla tutulan muzdlu
Pul üçün nə qədər qanlar axıtdı!
Bir də şərəfini unudan ordu,
Neçə şəhər yaxdı, kəndlər dağıtdı.
Arxada çaqqaltək gizlənən haylar,
Sonda “nöqtə”ləri yağmalayırdı.
Rusa, firəngə də çatırdı paylar,
Kim deyir, erməni tək talayırdı?!
“Qədimdən qohumuq ermənilərlə”,
Deyərək susmurdu fars eşşəyi də.
Dost idi bu qoduq ermənilərlə,
İyirminci əsrin tərs eşşəyi də.
Qulluğunda idi öz hayasının,
Avropa bir yandan, ruslar bir yandan.
Başı qarışıqdı türk dünyasının,
Meydanda tək idi can Azərbaycan.
***
Qərbin yanmış torpaq siyasətiylə,
Haylar talan ilə etməyirdi bəs.
O murdar əlinə düşsə, qətiyyən,
Sağ çıxa bilməzdi bir nəfər, bir kəs.
Bu insan qanına susayan çaqqal
Haqdan, ədalətdən çox uzaq idi.
Bu gün də qəlbimi yaxır bir sual:
“Bu işlər kim quran bir tuzaq idi?”
Söz yox mayasında dayanır haylar-
Min il qoynumuzda bəslədiyimiz.
Bu işdə bizim də günahımız var:
Şəri zamanında kəsmədiyimiz!
Indi yurdlarımız param-paradır,
İndi fürsət verdik düşmən əlinə.
Görsək də ürəyi necə qaradır,
Aldandıq bir şirin ilan dilinə…
Hanı Zəngəzurum, hanı Göyçəmiz,
Hanı Ağbabamız, İrəvanımız,
Bu dərdə dözərik, axı, necə biz?
Kaş ola Vətənə qurban canımız!
Satqınlıq yolunu tutdular əvvəl,
Çingiz İldırımlar, Əliheydərlər.
Onların tutduğu şərəfsiz əməl
Xalqımın başına gətirdi nələr…
***
Amma əsas düşmən kənarda idi,
Verirdi ilana zəhəri onlar.
(İnsanlıq, ədalət bəs harda idi,
Görən düşünürdü nələri onlar?)
Sümürərək Şərqi neçə yüz illər,
Onlar olmuşdular haqqın qənimi.
Asiya, Afrika, … neçə nəsillər
Çalışdı onlarçün qara qul kimi.
Yenə bilmədilər təkcə türkləri-
Bu döyüşkən xalqı, bu məğrur xalqı.
Qorxudan birəylə doldu kürkləri,
Eşitcək uzaqdan səsi gur xalqı.
Tapmayıb bir özgə çarə şeytanlar,
Məsləhət aldılar, hətta, İblisdən.
Hətta bir orden də yaratdı onlar,
İtalyan, fransız və ingilisdən.
Yollar aradılar türkü vurmağa,
Qoşdular bu işə alimləri də.
Dedilər: “İmkan yox qarşı durmağa,
Türkü yıxmaq olar tək içəridən.
Türkün kürəyinə xəncər sancmağı
Etibar edərik yalnız haylara-
Hayın damarında haram qan axır,
Bənzəyir bulanıq axan çaylara.
Hazırdır xəyanət etməyə hər an-
Xəyanət hayların həyat devizi!
Nə desən gözləmək olar onlardan,
Hətta , vaxt çatanda, satarlar bizi.
Hayla işbirliyi quranda gərək
Biz də ehtiyatı verməyək əldən.
Xidmət etsin deyə bu quduz köpək,
Bir tulapayı da atarıq hərdən.
Yoxsa fahişətək, domba gözləri
Başqa kişilərin əlində olar.
Qara qəpiyə də dəyməz özləri,
Amma alət kimi dəyərləri var…”
***
Türklərdən qoparaq olsa da millət,
Bir qanlı yağıya döndü ruslar da.
Türkə firəngdən də çox etdi nifrət,
Türkə qənim oldu o görsə harda.
Qıpçaq çöllərini, İtil boyunu,
Uralı, Sibiri qamarladılar.
Kəsmək istədilər türkün soyunu,
Amma nə olsun ki, bacarmadılar!
İllərlə vuruşub Osmanlı ilə,
Hətta dəli çarı əsir də düşdü.
Amma türk paşası aldandı felə,
Çarın arvadıyla gizli görüşdü.
Zəif damarını bilirdi türkün
Almanın casusu Yekaterina.
Bir yol yatağına o girdi türkün,
Paşa da Pyotru qaytardı ona.
Atilladan tutmuş Nadir şahadək
Neçə türk xaqanı yol verdi səhvə.
Yadelli qızlardan zövcə seçərək
Qurduğu dövləti apardə məhvə.
Zəif damarını bilirdi türkün
O hind qaraçısı, hiyləgər hay da.
Bir yazıq cildinə girərək hər gün,
Gözəl qızlarından verirdi pay da.
Zəhərli dişini salaraq işə,
Sonra ilan kimi gizli çalırdı.
Nail də olurdu bəd yüksəlişə,
Alçala-alçala hey ucalırdı.
Əl-ələ verərək Xocalıda da
Firənk muzdlusuyla, rus ordusuyla,
Böyük bir şəhəri verdilər oda,
Dünyanın ən qanlı, pis ordusuyla.
Ahlardan yaranmış qara buludlar
Örtdü üzərini gör neçə illər.
Amma hər gecənin bir sabahı var-
Gəldi Xocalıya bir gözəl səhər.
Ali Baş komandan veddi əmrini,
Cumdu yağı üstə igid əsgərlər,
Sərçə üstə cuman bir qırğı kimi.
Düşməndən alındı bir-bir şəhərlər.
Pərən –pərən olmuş ordusu ilə,
Ermənilər tamam çaş-baş qalmışdı.
Sonra öz xahişi, arzusu ilə
Yığıb şey-şüyünü sərhəddən aşdı…
***
Koroğlu nəvəsi, Babək nəvəsi,
Ali Baş Komandan, yaşa, min yaşa!
Hiyləgər yağıyla qanlı savaşda
Sən qalib olmusan, yaşa, min yaşa,
Ali Baş Komandan, yaşa, min yaşa!
Dedilər qurd basar arxalı köpək-
Arada çıxırdı dili bir çərək…
Yumruğu başına geyindirərək
Yaxşı tutdun divan, yaşa, min yaşa,
Ali Baş Komandan, yaşa, min yaşa!
Bir ümid bəslədi millət neçə il,
Sərkərdə səslədi millət neçə il,
Qələbə istədi millət neçə il,
Sənə etdi güman, yaşa, min yaşa,
Ali Baş Komandan, yaşa, min yaşa!
Doğruldun bu xalqın etimadını,
Sındırıb düşmənin qol – qanadını,
Yazdırdın tarixə öz mərd adını
Necə bir qəhrəman, yaşa min yaşa,
Ali Baş Komandan, yaşa, min yaşa!
Azad Xocalida, Xankəndimizdə,
Axır ki, ürəkdən sevindik biz də!
Bu zaman adlanan sonsuz dənizdə
Bizim oldu dövran, yaşa, min yaşa,
Ali Baş Komandan, yaşa, min yaşa!
Verməyək yağının fürsət əlinə,
Yolumuzu salaq Göyçə elinə.
Misri qılıncını taxıb belinə,
Yeni zəfər qazan, yaşa min yaşa,
Ali Baş Komandan, yaşa, min yaşa!
20.02.2022 – 08.02.2024
Xatırladaq ki, Bayraməli Şükür oğlu Qurbanov 1952-ci ildə avqustun 6-da Qərbi Azərbaycan  Axta rayonunun Sölək kəndində anadan olub. 1969-cu ildə Göyçə mahalının Ardanış kənd (Ermənistan SSR, Krasnoselsk rayonu) orta məktəbini bitirərək  D.Bunyadzadə adına  Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (Azərbaycan Dövlət İqtisad Universiteti) qəbul olub. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1974-1975-ci illərdə ordu sıralarında xidmət edib. 1978-ci ilə qədər ticarət sistemində, 1982-ci ilə qədər sığorta sahəsində çalışıb. 1982-1985-ci illərdə iqtisad Universitetinin “Maliyyə” kafedrasının aspirantı olub. 1986-1992-ci illərdə kafedranın baş laborantı, müəllim, baş müəllim, dosent vəzifələrində işləyib. 2007-ci ildə “ Dövlət büdcəsinin xərclərinin formalaşdırılması problemləri” movzusunda  dissertasiya müdafiə edib. İqtisad elmləri namizədidir. Hazırda UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.
Onun elmi əsərləri ilə bu linkdən tanış ola bilərsiniz: ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

XƏBƏR LENTİ
Elm və təhsil, Siyasi / 26.02.2024 12:00
Bayraməli Şükür – “Xocalı” poeması - FOTO
Gündəm / 26.02.2024 11:56
Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət edirlər – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 26.02.2024 00:03
Xocalı soyqırımından 32 il ötür - FOTO
Maraqlı, Mədəni / 24.02.2024 22:02
Monqol sərkərdəsi Cuci xanın adı əsasında formalaşan kənd - FOTO - VİDEO
Hadisə, Sosial / 23.02.2024 21:38
“Atamı, anamı və qardaşımı ermənilər Xocalıda girov götürdülər” - FOTO - VİDEO
Dünya, Təhlil / 23.02.2024 15:19
Paşinyanın “France 24”ə müsahibəsi – KTMT-dan çıxma mesajı – TƏHLİL
Hadisə / 23.02.2024 14:16
“Dörd dəfə köç edən ailəm Xocalıda itkin düşdü” – Tahir Seyidovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Sosial / 23.02.2024 10:10
Ardanış kənd icmasının növbəti iclası keçirilib - FOTO
Siyasi, Təhlil / 22.02.2024 20:42
Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır - FOTO - VİDEO
Elm və təhsil / 22.02.2024 17:46
“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı - FOTO
Siyasi / 22.02.2024 15:28
Paşinyan bu əraziləri təhvil verir? – ANONS - VİDEO
Siyasi, Sosial / 21.02.2024 20:09
“Hamamlı Çar Rusiyasına və sovet Ermənistanına necə birləşdirildi?” - FOTO - VİDEO
Siyasi, Sosial / 21.02.2024 13:59
Ermənilərin Hamamlıda izitirmə planı – ANONS
Səhiyyə / 21.02.2024 10:02
ATU-da Ortodontiya kafedrası fəaliyyətə başlayıb - FOTO
Mədəni, Sosial / 20.02.2024 20:56
Təpəbaşı – oğurlanmış şəhərin sızıltısı - FOTO - VİDEO
Müsahibə, Siyasi / 20.02.2024 19:07
“Osmanlı dövründə ermənilər yəhidiləri hərtərəfli sıxışdırıb” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi / 20.02.2024 17:17
“Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin fəaliyyətinə töhfəsini verəcək” – Əli Hüseynli
Gündəm, Təhlil / 20.02.2024 15:05
Prezident İlham Əliyevin Türkiyə səfəri – yeni layihələr və hədəflərə doğru - FOTO
Müsahibə / 20.02.2024 14:03
“Ermənilər həmişə antisemit olublar” – ANONS
Siyasi / 20.02.2024 11:17
“Ermənistan öz ərazisində separatçıların fəaliyyətinə qadağa qoymalıdır” – BƏYANAT
Müsahibə, Video müsahibə / 19.02.2024 20:59
“Türkiyə arxivlərində irəvanlı mühacirlər haqqında zəngin məlumatlar var” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi, Təhlil / 19.02.2024 15:24
Aİ ilə Rusiyanın ticarət əlaqəsi – uduzan Ukrayna – TƏHLİL
Mətbuat / 18.02.2024 10:05
Baku TV 6 yaşını qeyd edir - VİDEO
Mədəni / 17.02.2024 21:12
Türk dünyasında üç adı olan bayram – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Sosial, Səhiyyə / 16.02.2024 20:06
“Xəstəxanada işləyirdim ermənilər məcburən ərizəmi aldılar ki, işdən azadsan”
Sosial / 16.02.2024 13:49
“Son deportasiyada 17 nəfər itki vermişik” – Elçin Alməmmədovun “Həyat Hekayəsi” – ANONS - VİDEO