Hərbi 21.09.2020 10:42

Aydın Hüseynov: “Ermənistan terrorçu simasını hər an biruzə verir”

Ermənistanın indiki siyasi hakimiyyəti xarici qüvvələrin hesabına özünü qoruyub saxlayır. Paşinyan rejimi dünyada erməniləri məzlum, yazıq xalq imici düzəltməklə, ianə, qrant, pul dilənməklə mövcudluğunu davam etdirir.  Rakus.az xəbər verir ki, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, Aydın Hüseynovun sözlərinə görə, bu gün Ermənistanda söz sahibi xarici qüvvələrdir.

“Sorosun maddi maraqları üzərində hakimiyyətdə əyləşən Paşinyan faktiki olaraq müstəqil siyasət yürüdə bilməz və xarici ağalarının əmrləri ilə hərəkət edir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Ermənistanın müstəqilliyi formal xarakter daşıyır. Ona görə də, erməni cəmiyyəti də bu yarıtmaz siyasətin iflasa uğrayacağını dərk edir. “Son bir ayda bir neçə dəfə İrəvanın küçələrində erməni xalqının Paşinyana qarşı küçə yürüşləri keçirərək müharibə istəmədiklərini müşahidə etmişik. Erməni anaları öz övladlarını günahsız yerə ölümə göndərmək istəmiklərini, başqa bir dövlətin torpağı uğrunda ölməyə razı olmadıqlarını Paşinyandan tələb edirlər. Bu, ermənilərin həm qorxaqlığını, həm də işğal etdikləri başqa dövlətin torpağı uğrunda ölmək istəmiklərini təsdiqləyən acı həqiqətdir. Artıq Ermənistan cəmiyyəti də hər şeyi olduğu kimi qiymətləndirməyə, Paşinyanın yarıtmaz siyasətinin erməni xalqını məhvə apardığını etiraf etməyə başlayıbdır “.

Aydın Hüseynov vurğulayıb ki, Ermənistan terrorçu simasını mülki vətəndaşları qətlə yetirməklə, zəngin mədəniyyət abidələrini və islam sivilizasiyasının nümunələrini darmadağın etməklə biruzə verir. “Azərbaycan islam ölkəsidir və hər zaman islam həmrəyliyinə töhfə verir. Respublikamız həmişə müsəlman ölkələrinə kömək edir, beynəlxalq təşkilatlarda onların maraqlarını müdafiə edib, İslam həmrəyliyinə böyük yer ayırıb. Prezidentimizin də vurğuladığı kimi islam dəyərlərinə hörmət etməyən, məscidləri dağıdan, vandalizm siyasəti yürüdən Ermənistanın bu hərəkətləri müsəlman ölkələri üçün də təhqirdir. Ona görə də hər bir müsəlman ölkəsi erməni terrorizminin bu amansızlığına biganə qalmamlıdır”.

A.Hüseynov bildirib ki, Ermənistan avqust ayında Azərbaycan və Türkiyənin keçirdiyi möhtəşəm hərbi təlimlərdən qorxuya düşərək sarsaq bəyanatlar verir Türkiyə ilə Azərbaycanın sarsılmaz qardaşlığının güclənməsindən daha çox təşvişə düşüblər. Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Azərbaycan öz güclü hərbi ordusu ilə bu ərazidə anti-terror əməliyyatı həyata keşirməklə böyük bir üstünlük əldə etmək imkanına malikdir. Ona görə də ermənilər bundan bərk qorxuya düşüblər, onlar psixoloji stress keçirirlər”.

Millət vəkilinin sözlərinə görə, bu gün Türkiyə və Azərbaycan enerji və digər iqtisadi-nəqliyyat layihələrinin müəllifi kimi regionun sahibi hesab edilir. Hər iki qardaş ölkə regionda siyasi-hərbi vəziyyətin nizamlanmasında da birgə qətiyyətli addımlar atır. “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir, bütün dövlətlərə örnəkdir, işğalşılara və terrorçulara göz dağıdır. Ona görə də, iki qardaş ölkə hər zaman həmrəylik, dəstək nümayiş etdirib və etdiməkdədir. Eyni zamanda, Azərbaycan da Türkiyənin haqq səsinə səs verir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan həmişə Türkiyənin yanındadır və bütün məsələlərdə qardaş ölkənin möqeyini dəstəkləyir. Azərbaycan və Türkiyə Ordusu peşəkar olduğu qədər də vətənpərvərdir. Şəxsi heyətlərimiz ən yüksək mənəvi keyfiyyətlərə malikdirlər. Bu, bizim ən böyük nailiyyətimizdir”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO