Təhlil 06.11.2020 23:39

Araiklərin dağılan “idarəsi” – Qarabağ quldurlardan, kukla “hökumət”dən təmizlənir

Atalar sözüdür: “Hay-hayla gələn, vay-vayla gedər”. Bir də deyiblər: “Kələklə gələn küləklə gedər”. Ötən 27 ildə qurulan saxta rejimin Azərbaycan torpaqlarında fəaliyyətinin başa çatmasını bu atalar sözləri ilə daha aydın ifadə etmək olur.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Qarabağın işğalı başlıca problemə çevrilmişdi. Torpaqlar işğalçılardan təmizləndikcə Azərbaycanın, o cümlədən Qarabağın gələcəyi ilə bağlı daha nikbin proqnozlar verilir.

Qondarma və marionet “Dağlıq Qarabağ Respublikası” “hökuməti” noyabrın 4-də hərbi əməliyyatlarla əlaqədar Xankəndindən Yerevana köçürülüb. Qanunsuz rejimin rəhbəri Araik Arutunyanın (onun sağ olub-olmadığı dəqiq bilinmir – “Report”) adından yayılan açıqlamada bildirilib ki, Ermənistana köçürülən vətəndaşlar üçün “sosial və inzibati xidmətləri həyata keçirən operativ qərargah” yaradılıb.

Bundan sonra həmin ermənilərin bütün sosial və başqa sahələrə dair məsələləri ilə Yerevanda yaradılan qərargah məşğul olacaq.

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən etibarən başladığı uğurlu əks-həmlə və sülhə məcburetmə əməliyyatları son 20 ildə Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlarımızda qanunsuz məskunlaşdırılan ermənilərin kütləvi köçünə səbəb olub. Faktiki olaraq Xankəndi və digər ərazilərdə, demək olar ki, mülki erməni qalmayıb.

Ermənistan silahlı qüvvələrinin ağır məğlubiyyətləri fonunda Dağlıq Qarabağda yaşayan mülki ermənilər Azərbaycan Ordusunun yaxın perspektivdə qələbə qazanacağını yaxşı başa düşürlər. Ermənistan hakimiyyətinin uzun illər boyu Dağlıq Qarabağ və ətraf rayonlarda zorla yerləşdirdiyi mülki insanları son bir ayda sakitləşdirmək və yalan vədlərlə orada qalmalarını təmin etmək cəhdləri uğursuzluğa düçar olub.

Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağda yaşayan mülki əhaliyə heç zaman legitim hərbi hədəf kimi yanaşmayıb, dinc insanlara münasibətdə Cenevrə konvensiyalarının tələblərindən çıxış edib. Bununla belə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin apardığı saxta təbliğatın təsiri altına düşən mülki ermənilər münaqişə regionunu tərk etməyi üstün tutublar.

Qondarma rejimin rəhbəri Araik Arutunyanın adından yayılan digər açıqlamada etiraf edilmişdi ki, vəzifəli şəxslərin Xankəndini özbaşına tərk edərək Yerevana getmələri ciddi ictimai narazılıqlar doğurub. O, bu cür fərarilərə qarşı “sərt tədbirlərin görüləcəyini” bildirmişdi.

Qondarma DQR “hökuməti”ndə yüksək vəzifə tutan məmurların Xankəndini özbaşına şəkildə tərk etmələri, əslində, Ermənistanın hərbi məğlubiyyətinin açıq etirafıdır. Reallığı düzgün qiymətləndirən, ciddi informasiyalara malik olan həmin məmurlar Ermənistanın məğlubiyyətin astanasında olduğunu, Xankəndi və Şuşanın yaxın perspektivdə boşaldılacağını yaxşı anlayırlar.

Qondarma DQR-in oyuncaq “hökuməti”ndə tutduqları postları ataraq Ermənistana qaçan məmurlar barəsində cinayət təqibinin başlanması belə, kütləvi xof və köçü aradan qaldıra bilməyib. İnzibati resursların nəticə verməməsi fonunda qondarma hökumətin Xankəndidən Yerevanda yerləşdirilməsi ilə bağlı qərar verilib.

Bu, həm də artıq Xankəndi və digər işğal edilmiş ərazilərimizdə yaşayış üçün hər hansı infrastruktur imkanların olmamasının etirafıdır. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları düşmənin strateji əhəmiyyətli infrastrukturunu sıradan çıxarmaqla, ona yalnız işğal etdiyi əraziləri tərk etmək şansı buraxıb.

“DQR hökuməti”nin Yerevanın köçürülməsi bu qeyri-qanuni rejimin marionet mahiyyətini, sırf Ermənistan rəhbərliyindən asılı olduğunu bir daha təsdiqləyir.

Qondarma DQR “hökuməti”nin Yerevana köçürülməsi Ermənistanda daxili vəziyyəti bir qədər də gərginləşdirib. Qarabağ klanını təmsil edən rəqibləri bunu Nikol Paşinyanın ciddi hərbi-siyasi məğlubiyyəti kimi dəyərləndirirlər.

“DQR” hökumətinin Xankəndini tərk etməsi ilə qondarma rejiminin de-fakto mövcudluğuna son qoyulub. Yerevanın “DQR”nin “müstəqilliyini hansısa dövlətə tanıtdırmaq cəhdləri bundan sonra da fiaskoya uğrayacaq;

Xankəndinin boşaldılması, rəsmilərin ərazini tərk etməsi Ermənistan cəmiyyətində, habelə silahlı qüvvələrinin şəxsi heyətində ruh düşkünlüyünü daha da artırıb. Bu, “Dağlıq Qarabağda ikinci müstəqil erməni dövləti” iddialarının fiaskoya uğradığını simvolizə edən addım kimi səciyyələndirilir.

Bir daha təsdiqləndi ki, ermənilər Qarabağa gəlmədir. Onların “qurduqları” “rejim” isə Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün həm də havadarlarının əlində vasitə idi. Bundan sonra ermənilər özləri üçün yeni tarix uyduracaq. Guya Qarabağda 25 il davam edən bir “dövlət qurublar” və onun da “başçısı” Araik Arutunyan olub. Mövcud olduqları illər ərzində ermənilər və ermənilik bu tip saxta əməllərlə yadda qalıb.

Kukla “hökumət”in Yerevana getməsi həm də havadarlarının Azərbaycandan çıxmasıdır. Onlar illər uzunu ermənilərə boş-boş vədlər verirdirlər. Qarabağda keçirilən bütün saxta “siyasi” “fəaliyyətlərə” və “kampaniyalara” həmin havadarların göz yumması erməniləri daha da şirnikləndirirdi. Araik Arutunyanın “administrasiya”sı ilə həmin havadarların maraqları, quldur şirkətləri də Azərbaycan torpaqlarından qovuldu. Necə deyərlər: “Özgə atına minən tez düşər”.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO