Gündəm 13.06.2023 09:02

Azərbaycan ilə İsrail arasında turizm axınını artırmaq əsas məqsəddir - FOTO

İyunun 11-də Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə İsrail Dövlətinin turizm naziri Haim Katz arasında Azərbaycan-İsrail turizm əlaqələrinin mövcud vəziyyəti və gələcək perspektivlər barədə müzakirələr aparılıb.

Rakus.az xəbər verir ki, DTA-dan Turizmplus.az saytına verilən məlumata görə, görüş zamanı Azərbaycan Turizm Bürosunun Təl-Əviv şəhərindəki turizm nümayəndəliyinin fəaliyyəti, birbaşa uçuşların sayının artırılması, İsrail universitetləri ilə tələbə mübadiləsi proqramları, birgə turizm məhsullarının formalaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi, B2B (biznesdən biznesə) və B2C (biznesdən müştəriyə) formatlı əməkdaşlığın və İsrail media nümayəndələrinin Bakıya səfərlərinin təşkil edilməsi haqqında fikir mübadiləsi aparılıb.

WhatsApp Image 2023 06 12 at 15.51.03

Görüşdə işğaldan azad olunmuş ərazilərin turizm sektoruna investisiyaların cəlb edilməsi məqsədilə İsrail şirkətlərindən ibarət nümayəndə heyətinin Azərbaycana tanışlıq turuna dəvət olunması təklif olunub.

Səfər çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin təşkilatçılığı ilə Təl-Əviv şəhərində Azərbaycan turizminə həsr olunan tədbir təşkil edilib.

Tədbirdə İsrailin 70-ə yaxın turizm şirkəti və media nümayəndəsi, həmçinin Azərbaycan Hotel Assosiasiyası (AHA) və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına (ATAA) üzv hotel və turizm şirkətlərinin nümayəndələri iştirak edib.

WhatsApp Image 2023 06 12 at 15.51.04

Tədbirin təşkil edilməsində məqsəd Azərbaycanın turizm imkanlarını, eləcə də AZAL-ın beynəlxalq uçuşlarını təqdim etmək, Azərbaycanın yerli turizm şirkətləri və hotelləri ilə İsrailin turizm şirkətləri arasında əlaqələrinin qurulmasını təşviq etməkdir.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycanın İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri cənab Muxtar Məmmədov çıxış ediblər.

Fuad Nağıyev çıxışında bildirib ki, şəbəkələşmə və işgüzar münasibətlərin möhkəmləndirilməsi baxımından platforma rolunu oynayan bu kimi tədbirlər həm də iki xalq arasında daim inkişaf edən dostluq münasibətlərini simvolizə edir.

Agentlik sədri qeyd edib ki, əsas hədəf bazarlardan biri kimi İsraillə turizm sektorunda tərəfdaşlıq əlaqələrini genişləndirmək, yeni əməkdaşlıq təşəbbüslərinə dəstək vermək, Azərbaycan və İsrailin turizm potensialının qarşılıqlı formada təbliğinə töhfə vermək əsas məqsədlər sırasındadır.

Səfir Muxtar Məmmədov ötən ay Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla cənab Prezident İlham Əliyev arasında qarşılılıqlı turist axını səviyyəsinin qaldırılması üzrə müzakirələrin aparıldığını qeyd edib. O, iki dövlət arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin formalaşdığını, Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasının turizm üzrə münasibətlərimizin dərinləşməsi və inkişaf etməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

WhatsApp Image 2023 06 12 at 15.51.04 1

AZAL-ın Satış və Tərəfdaşlıq üzrə direktoru Çingiz Mürsəlov AZAL tərəfindən Tel-Əvivə icra olunan uçuşların sayının iyunun 28-dən etibarən artırılacağını qeyd edib. O, uçuşların rahatlığı və sərnişinlərə yüksək keyfiyyətlə xidmətin təmin edilməsi üçün yeni təyyarələrin əldə edildiyi haqqında məlumat verib.

Вu addımların atılması bir məqsəd güdür – iki ölkə arasında turizm axınını artırmaq, qonaqlara onların hər birinin özünəməxsus mədəniyyəti, tarixi və görməli yerləri ilə tanış olmaq üçün imkanlar açmaq.

Tədbir çərçivəsində Azərbaycanın turizm məhsullarının və AZAL-ın uçuş istiqamətləri barəsində təqdimat baş tutub, “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgiyə baxış keçirilib.

Qeyd edək ki, 2022-ci ildə İsraildən Azərbaycana səfər edənlərin sayı əvvəlki illə müqayisədə 4 dəfə artaraq 23 935 nəfər təşkil edib. 2023-cü ilin son 5 ayında isə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70% artaraq 8 611 nəfər olub.

Hazırda Təl-Əvivdən Bakıya həftədə 7 dəfə olmaqla birbaşa uçuşlar təşkil olunur.

XƏBƏR LENTİ
Gündəm / 27.05.2026 00:01
Azərbaycanda Qurban bayramıdır
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO