Gündəm 02.08.2023 19:43

Çar Rusiyası Sərdarabad mahalını niyə ləğv edib? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Əsgər İbrahimovun müəllifliyi ilə qədim oğuz yurdu kimi yaşadılan və zaman-zaman izi itirilən   Sərdarabad mahalı haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, süjetdə XVIII ortalarında yaradılan İrəvan xanlığının 15 mahalından biri olan Sərdarabad mahalının Qərbi Azərbaycanda, Araz çayının şimal tərəfində, Sürməli mahalının əks istiqamətində yerləşdiyi bildirilir.

Qeyd olunur ki, Sərdarabad mahalı şimaldan Talın, cənubda onu Sürməli mahalından ayıran Araz çayı, qərbdən Saatlı mahalı, şərqdən isə Kərpibasar və Zəngibasar mahalları ilə həmsərhəd idi: “Axırıncı İrəvan xanı Hüseynəli xan tərəfindən 1817-ci ildə Sərdarabad qalası salındıqdan sonra xanın fərmanına əsasən burada əhali məskunlaşdırılır və nəticədə yeni mahal yaranır. Sərdarabad mahalına Şəfiabad, Yuxarı Qarxın, Aşağı Qarxın, Türkmənli, Uzunoba, Çubuxçu, İydəli, Canfıda, Quzugüdən, Qurduqulu, Kərim arx, Sərdarabad, Molla Bayazit, Keçili, Evcilər, Xatunarx, Ağcaarx kəndləri daxil idi. Ümumiyyətlə, təxminən, 30 kənddən ibarət olan mahalın 8 kəndi müharibələr nəticəsində dağıdılır”.

Diqqətə çatdırılır ki, İrəvan çar Rusiyası tərəfindən işğal olunduqdan sonra 1827-cı ildə xanlıq üsuli-idarəsinin ləğvi ilə yanaşı, Sərdarabad mahalı da ləğv edilir: “Sərdarabad adı sonradan – indiki Ermənistan ərzisində sovet hökuməti qurulandan sonra yaradılan Sərdarabad rayon adında öz əksini tapır. Sərdarabad mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Hoktemberyan, yəni Sərdarabad rayonunun ərazisini əhatə edir. Sərdarabad rayonu indiki Ermənistanda Sərdarabad mahalı ərazisində rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il martın 2-nə qədər Sərdarabad – Qurduqulu rayonu, həmin tarixdən etibarən isə Hoktemberyan – Oktyabr rayonu adlandırılıb. 1992-ci ildən 1995-ci ilə, yəni ləğv edilənə qədər isə Armavir rayonu adlandırılıb. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə isə 48 kilometr təşkil edir.1988-ci ilə qədər burada azərbaycanlılar yaşayıb və həmin il doğma ocaqlarını tərk etməyə məcbur olublar.

Sonda vurğulanır ki, erməni vandalları insanları dəfələrlə deportasiyalara məruz qoymaqla yer-yurd adlarını dəyişdirib yox etməyə, tarix səhnəsindən silməyə çalışsalar da lakin tarixin yaddaşını məhv etmək mümkün deyil: “Çünki bu ərazilərin qədim sakinləri, əzəli sahibləri var. Ona görə də Qərbi azərbaycanlıların öz doğma yurd yerlərinə qayıdıb yaşayışlarına davam etmələri onların həm mənəvi, həm də hüquqi haqqıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında avqustun 2-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO