Hadisə 23.02.2024 21:38

“Atamı, anamı və qardaşımı ermənilər Xocalıda girov götürdülər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ailəmiz Göyçədən Gəncəyə, oradan da Şuşaya və Xocalıya 4 dəfə köç edib” adlı veriliş atası, anası və qardaşı  Xocalı faciəsində itkin düşən, Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Qaraqoyunlu kənd sakini Tahir Seyidovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərindən, kəndləri ilə bağlı maraqlı xatirələrindən danışıb: “Gözəl yaşıl çəmənliklərimiz, dağlarımız, bulaqlarımız var idi. Dağlarda çox gəzirdik, oynayırdıq. Göyçə mahalına qayıtsaq uşaqlıqdakı həyatımı yenidən yaşamaq istəyərdim. İkinci sinifə kimi Qaraqoyunlu kəndində oxudum, sonra təhsilini Gəncə şəhərində davam etdirdim. Hər yay tətilində kəndimizə gedirdim”.

T.Seyidov erməni vəhşiliyindən söz açaraq bildirib ki, anamın anası Moruq nənəm həmişə 1905-ci ildə ermənilərin onları kənddən necə qovmasından danışardı: “Ermənilər silahla kəndə hücum ediblər. Kənd camaatı Kəlbəcər rayonu ilə həmsərhəd olan Çalmalı dağını aşanda qışda borana-qara düşüb, xeyli insan ölüb. Belə hadisələr Xocalıda da yaşandı. 1988-ci ildə ermənilər insanları öz yurdundan qovanda atam Allahverdiyev Hidayət Bəhrəm oğlu, anam Allahverdiyeva Simuzər Hüseynalı qızı, qardaşım Allahverdiyev Bəhrəm Hidayət oğlu Gəncəyə, Göygölə, Şuşaya, sonra da Xocalı şəhərinə köçdülər. Onlar Xocalı hadisələri baş verəndə erməni vandalizminə tuş gəldilər. Ermənilər atamı, anamı və qardaşımı girov götürüblər. İndiyədək onlardan heç bir xəbərimiz yoxdur. Onların adları Xocalı şəhidləri kimi qeyd olunub, amma heç bir əsər-əlamət, xəbər yoxdur. Bu, ermənilərin xalqımıza, mənim ailəmə qarşı etdiyi böyük vəhşilikdir. Qaçqınlıq bizə çox böyük zərbə vurdu, ailəmi itirdim, qohum-əqrabam pərən-pərən düşdü”.

O, Göyçə mahalına, Qərbi Azərbaycana qayıtmaq arzusunu da gizlətməyib: “Çox böyük arzumdu ki, torpaqlarımız alınsın, qayıdaq öz Vətənimizdə yaşayaq. Vətəndən ötrü çox darıxıram. Prezidentimiz dəfələrlə deyib ki, biz ulu torpaqlarımıza qayıdacağıq. O günü mən səbirsiliklə gözləyirəm. Mən qayıdıb  öz kəndimdə yaşamaq istəyirəm. Ora bizim əzəli torpağımızdır, orada ulu babalarımızın, qohum-əqrabamın qəbirləri var. Onları ziyarət etmək lazımdı. Ona görə də doöma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq. Mən buna inanıram”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 23-də saat 19:45-də Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO