Elm və təhsil 21.08.2024 21:45

Avşarlı, Avtandil talası, Avşar, Ağ tala və Ağ qaya – türk tarixinin izi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Çar və daşnak hökumətinin “toponim əməliyyatı” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə izi itirilən Avsarlı, Avtandil talası, Avşar, Ağ tala toponimləri və Ağ qaya oronimi haqqında söz açılır. Bildirilir ki, indiki Ermənistanda azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi rəsmi dövlət siyasətinin tərkib hissəsi olub. Qərbi Azərbaycanda türkmənşəli toponimlərin erməniləşdirmə kampaniyasına hələ Çar Rusiyası dövründə və daşnak erməni hökuməti zamanında başlanılıb.

AVSARLI – Zəngəzur mahalının Qafan rayonunda kənd olub. Kəndin digər adı “Əvsərli” adlanıb. Kənd 1960-cı ildə ləğv edilib. Toponim avşar türk tayfasına mənsub olan “yer” mənasını bildirir.

AVTANDİL TALASI: Şəmşəddil mahalının Şəmşəddin rayonu ərazisində qışlaq adıdır. 1930-cu ildə ləğv edilib və şəxs adı əsasında əmələ gəlib.

AVŞAR – Vedibasar mahalının Vedi, yəni Ararat rayonunda kənd olub. Kənddə 1831-ci ildən yalnız azərbaycanlılar yaşayıb və 1918-1919-cu illərdə ermənilər tərəfindən vəhşicəsinə qovulub və bura xaricdən köçürülən ermənilər yerləşdirilib. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənddən qovulmuş azərbaycanlılardan sağ qalanları doğma kəndlərinə qayıdıblar. Azərbaycanlılar 1948-1953-cü illərdə zorla Azərbaycana köçürülüb. Toponim “çevik və ovçuluğu sevən” mənasını verən avşar oğuz tayfasının adı əsasında əmələ gəlib.

AĞ TALA – Şəmşəddil mahalının indiki Dilican rayonu ərazisində kənd olub. Azərbaycanlıların yaşadığı kənd 1940-cı illərin axırlarında ləğv edilib. Toponim qədim türk dilində “kiçik, kiçicik, xırda, balaca” mənasında işlənən “ağ” sözü ilə “meşə ortasında açıqlıq” mənasında işlənən “tala” sözünün birləşməsindən əmələ gəlib, “çox da böyük olmayan, ərazicə kiçik tala” mənasını bildirir.

AĞ QAYA – Zəngəzur qəzasında, Zəngəzur mahalının Qafan rayonunda dağ adıdır. Bu oronim qədim türk dilində “hündür, uca” mənasında işlənən “ağ” sözü ilə “qaya” coğrafi nomeninin birləşməsindən əmələ gəlib.

 Sonda bildirilir ki, ermənilərin toponimik cinayətləri bütün zamanlarda davam edib: “Lakin xalqımızın tarixinə dair ən xırda cizgiləri özündə qoruyub saxlayan yer-yurd adlarını dilimizin ən qədim qatlarından silmək mümkün olmayıb. Təbii ki, zamanın sınağından çıxan toponimlərimizi yaşadıb, mühafizə edib gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında avqustun 21-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO