Elm və təhsil 04.09.2024 22:00

Ağağa, Ağadədə, Ağakiçik, Ağasıbəyli, Ağaplı, Ağdağ və Ağadi – türk tarixinin izi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Hayların çirkin toponim və saxta məkan yaratmaq oyunbazlığı” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə Ağağa, Ağadədə, Ağakiçik, Ağasıbəyli, Ağaplı toponimləri, eləcə də Ağdağ, Ağadi oronimləri haqqında söz açılır.

Bildirilir ki, bir xalqın əsrlər, minilliklər boyu formalaşdığı  toponimləri kökündən dəyişdirmək həmin xalqın tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir.

AĞAĞA – Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd olub və burada 1897-ci ildə 19 nəfər azərbaycanlı yaşayıb. 1905-1906-cı illərdə azərbaycanlılar köçürülüb və kənd ləğv edilərək xarabalığa çevrilib.

AĞDAĞ – Göyçə mahalının Kəvər, yəni Kamo rayonunda dağ olub. Bu oronimin adı dəyişdirilib Apitakasar qoyulub.

AĞDAĞ – Vedibasar mahalının Vedi, yəni Ararat rayonunda dağ adıdır.

AĞADƏDƏ – Gərnibasar mahalının Qəmərli, yəni Artaşat rayonunda pir adıdır.

AĞADİ – Şəmşəddil mahalının, Karvansaray, indiki İcevan rayonunda dərə adıdır. Ağstafa çayının sahilində yerləşir.

AĞAKİÇİK – Talin mahalının eyni adlı rayonunda kənd olub. 1873-cü ildən 1916-cı ilədək ancaq azərbaycanlıların yaşadığı kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalıb və əhalisi qırğınlarla deportasiya olunub. 1915-1916-cı illərdə Türkiyənin Sasun və Taron vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilib. 1978-ci il yanvarın 25-də adı dəyişdirilib Zovasar qoyulub.

AĞASIBƏYLİ – Vedibasar mahalının Vedi, yəni Ararat rayonunda kənd olub.

AĞAPLI – Zəngəzur mahalının Gorus rayonu ərazisində kənd olub.

Sonda vurğulanır ki, haylar çirkin toponim oyunları ilə özlərinə saxta məkan yaradıblar: “Bu oyunların alt-üst olması üçün isə azərbaycanlıların doğma yurda – Qərbi Azərbaycana qayıdışı qaçılmazdır. Əminik ki, bu geri qayıdışla ermənilərin özlərinin etiraf etdiyi kimi, Ermənistan elə Qərbi Azərbaycan olacaq”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında sentyabrın 4-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
İdman / 05.10.2025 09:22
“Yurd.Media”-“Zəfər 44”ə, “Vətən” isə “Veteranlar”a qarşı
İdman / 05.10.2025 02:25
“APA” və “Baku TV” qələbə qazanıb - FOTO - VİDEO
Mədəni / 04.10.2025 23:21
“Azərbaycan mətbəxi: sufi və dərviş süfrələri”
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
Həftə sonu 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO