Elm və təhsil 03.10.2024 17:24

Yaxşı təhsili olan insan həmişə parlaq qalır – Ardanış gəncləri ilə görüş - FOTO

Xəbər verdiyimiz kimi, bu il sentyabrın 20-də “Şahənşah” Şadlıq Sarayında Ardanış Kənd İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Ardanışdan olan gənclərlə görüş keçirilib.

Rakus.az həmin görüşün geniş variantını oxuculara təqdim edir.

Əvvəlcə Vətən yolunda canlarını qurban vermiş  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın dövlət himni səsləndirilib.

Ardanış Kənd İcmanın sədri professor Məhəmməd Kərimov çıxış edərək görüşü açıq elan edib, tələbə adını qazanan gənclərimizi və onların valideynlərini salamlayıb, gənclərə göstərdikləri yüksək nəticələr münasibətilə təbrikini çatdırıb:

– Əziz gənclər!

Hörmətli valideynlər!

Ölkəmizdə gedən proseslər, Qərb Azərbaycan icmasının yaranması, təşəkkül tapması, inkişaf etməsi, get-gedə imic toplaması, irəli getməsi belə tədbirlərin keçirilməsini vacib edir. Yəni, böyük tədbirlərin içərisində belə tədbirlər də olmalıdır.

Bildiyiniz kimi, biz Ardanışın ilk böyük tədbirlini bu ilin mart ayının 15-də, yəni, Novruz bayramı ərəfəsində keçirdik. Novruz bayramını qeyd etdik. Bu, sıradan ikinci tədbirimizdir və bu tədbirlər davam edəcək. Bu gün əsas məqsədimiz ondan ibarətdir ki, ölkəmizin müxtəlif üniversitetlərində, eləcə də xarici ölkələrdəki üniversitələrə daxil olan siz tələbələrin bu xoş gününü sizin valideynlərlə birlikdə, sizin əzizlərlə bir yerdə bölüşək, buna dəyər verək, qiymət verək. Bilərsiniz ki, başqa yaşıdlarınızdan fərqli olaraq sizin qazandığınız uğurlar təkcə ailəniz üçün deyil, eyni zamanda, bizim kəndimiz, elimiz-obamız, Ardanışımız, Qərb Azərbaycanımız və bütövlükdə  Bütöv Azərbaycanımız üçündür.

İkinci məqsəd odur ki, siz bir-birinizi tanıyasınız. Biz də sizi tanıyaq. Bu gün üniversitetlərdə, məsələn, ADA Universitetinə 3 tələbəmiz qəbul olub. Azərbaycan Tibb Universitetində 2 tələbəmiz qəbul olub. Siz bir-birinizi görəndə heç olmasa tanıyarsınız, bir-birinizə salam verəsiniz və bir-birinizə dayaq, kömək olasınız. Yəni bir-birinizi tanımaq baxımından bu görüş çox önəmlidir. Təbii ki, universitetə daxil olmaq asan məsələ deyil. Bu, çox böyük əmək sərf edən, tələb edən bir məsələdir. Hər birimiz, burada oturanların əksəriyyəti bu və ya digər universitetlər bitiriblər, elm yolunu seçiblər və sizdə bu yola başlayırsınız. Bu, şərəfli, ailənin, millətin başını uca edən bir haldır. Amma hər şeydə olduğu kimi, burada da zəhmət tələb olunur. Zəhmət və əmək, başqa cür mümkün deyil. Mənim həyat yolum da zəhmətə bağlı olub. Bütün mərhələlərin hamısı çox böyük əmək, zəhmət tələb edir. Sizin motivasiyanız da belə olmalıdır. Sadəcə universitetə qəbul olmaqla öz vəzifənizi bitirməyin. Siz düşünməlisiniz ki, bundan sonrakı etapları da keçməlisiniz. Magistratura, rezidentura var, müdafiə etmək, elm yolu var və s. Bu yolu axıra qədər getmək lazımdır. Axıra qədər, yəni kamil sənətkar olmaq yolunu tutmalısınız.

Uzun illərdir Tibb Üniversitetində işləyirəm, həm də Seçenov Üniversitetində işləyirəm. Tibb Universitədə çox işlədiyimə görə bizim tələbələrimiz bu gün dünyanın müxtəlif ölkələrində işləyirlər. Onların bir çoxu deyəndə ki, Bakıya qayıtmaq istəyirik, mən onlara bir sual verirəm. Sən artıq yetişmirsənmi? Sən düşünürsənmi ki, bu respublikada sənə tələb var? Sən konkurentliyə, rəqabətə qadirsənmi? Sən bu konkurensiyanı uda biləcəksənmi? Çünki ölkə daxilində o qədər yaxşı həkimlər var. O rəqabətdən çıxa biləcəksinizmi, yaxsa batacaqsınız, yenidən geri qayıdacaqsınız?! Bax, onu görə demək istəyirəm ki, məqsəd diplom deyil. Bunu birdəfəlik bilin. Məqsəd mütəxəssis, sənətkar olmaqdır. Dilçisinizsə dil öyrənin, filoloqsunuzsa filologiyanı öyrənin, həkimsinizsə həkimliyi, diplomatsızsa diplomatiyanı öyrənin, amma bu peşələrin zirvəsinə ucalın. Hansı sahədə olursa olsun, insan o sahənin zirvəsinə doğru getəlidir. İnsan buna özünü proqramlaşdırmalıdır. Proqramlaşdırmasa mümkün deyil. Hər kəs zirviyə qədər getməsə, günah onun özündədir.

Mən Azərbaycan Respublikasının neçə illər Baş cərrahı olmuşam. Heç kəs düşünə bilməzdi ki, Aradanışda doğulub böyüyən bir uşaq gəlib, nə vaxtsa bu boyda ölkənin Baş cərrahı olacaq. Nəyin hesabına? Dediyim kimi, zəhmətin, əməyin, bir də motivasiyanın, gecə-gündüz oxumağın. Beyin yatmamalıdır. Fordun gözəl biz sözü var. Bilirsinizz ki,“Ford” maşınlarını o yaradıb. O deyir ki, “insan nə vaxt qocalır? Nə vaxt öyrənməyi, oxumağı bıraxdı, o gün qocalır”. Bunun fərqi yoxdur, 20 yaşında olsun, 80 yaşında olsun. Çünki beyin avtomatik yatır. Siz oxumağı, öyrənməyi bıraxdınız, beyniniz yatacaq. Ondan sonra o beyni işə salmaq çox çətin məsələdir. Amma beyin ardıcıl olaraq işləyirsə, davam edirsə o yata bilməz. Məsələn, yaşlı adamdır, 70 yaşı var, musiqi, şahmat ilə məşğul olur, dil öyrənir. Nə üçün? Altsheymer adlı xəstəlik var. Bu gün dünyada çox yayılan bir xəstəlikdir. Ona görə mən deyirəm ki, altsheymerin profilaktikası üçün insanlar dil öyrənsinlər, yəni beyni ölməyə qoymasınlar.

Siz bu yaşınızda birinci növbədə, ixtisasınızdan asılı olmayaraq dil öyrənməlisiniz. Ən böyük məsələ budur. Birinci növbədə dil üzərində işləyin. Çalışın mədəniyyətdən, incəsənətdən xəbəriniz olsun. İmkan daxilində teatra, incəsənətə, müxtəlif sərgilərə və s.gedin.  Rəssamların əsərlərindən, musiqi əsərlərindən xəbəriniz olsun. Klassik musiqiyə qulaq asın. Yəni, özünüzü gələcəyin ziyalısı olmağa hazırlayın. Ziyalı olmaq işıqlı olmaq deməkdir. Sadəcə bir diplom sahibi olmaq ziyalılıq deyil. Siz ola bilər ki, gələcəkdə başqa millətlərin yanında Azərbaycanı təmsil edəcəksiniz. Bu, hər birinizə aiddir, həyat belədir. İnkişaf etdikcə sizin arena böyüyəcək. Allah qoysa, dünya forumlarında, konqreslərdə çıxış edəcəksiniz. Sizin ziyalılq səviyyəniz orada bilinəcək.

Ümumiyyətlə, əgər doğrudan da insanın ziyalılığı yüksəkdirsə, ona dəyər verilir. Yəni bunun üçün ne etmək lazımdır? Sadəcə ixtisasını yox, hər şeydən xəbərdar olmaq lazımdır. Onun üçün nə etməlisiniz? İdmanı, musiqini, incəsənəti, dili, ixtisasınızı buraxmayın. Az yatın çox işləyin. İndidən özünüzü proqramlaşdırın. Mən bunları həyatda yaşamış adamam. Bu gün də həyatı bu cür yaşayıram. Yaddaşı yatmağa qoymayın, onu işlədin. Bu, sizin borcunuzdur. Belə olan halda düşünürəm ki, uğurlar bol olacaq.

Sizin qabiliyyətiniz, bazalı təhsiliniz, hazırlığınız var. Bunu daha da üst quruma çatdırmaq lazımdır. Təhsil əsas məsələdir. Amma bu dediyim komponentlərlə həm həyatınızı, həm də özümüzü zənginləşdirin. Yenə deyirəm, çətinliklərə, heç nəyə baxmayaraq yolunuzu ancaq iləriyə doğru fikirləşin. Özünüz özünüzü təmin etməyi bacarmalısınız. Əməksevər olun, işləyin, boş-boş işlərə diqqət ayırmayın. Bunlar birbaşa həyatdan gələn tövsiyələrdir. Həyat bizdən bunu tələb edir.

Təbii ki, ilk növbədə sağlam olmaq lazımdır. Sağlamlığınız barədə düşünün, sağlam qidalanın. Vətənə, ailəyə, valideynlərə məhəbbət bəsləyin. Valideynlərin əməyinə, qayğısına diqqət göstərin, dəyər verin. Heç vaxt bunu unutmayın. Bizim ailə dəyərlərimiz çox önəmlidir. Öz ailəsinə dəyər verən insanlar xalqına da dəyər verə bilir. Elimizə-obamıza dəyər verir.

Hörmətli valideynlər, əziz gənclər!

Ardanışımızı heç vaxt unutmayın. Bizim hamımızın kökü oradandır. Necə olsa, hara getsək, necə olsaq, gəlib qabağımız Ardanış sözü çıxanda biz deyirik, bəli, biz oralıyıq. Göyçə mahalını unuda bilmərik. Daha qlobal düşünəndə isə Qərbi Azərbaycanı unuda bilmərik. Əminəm ki, sizə qismət olacaq, gedib o torpaqları gəzəcəksiniz. Biz Ardanış Kənd İcması olaraq qərara gəldik ki, bu tədbiri keçirək, sizi bu gözəl saraya dəvət edək, sizinlə tanış olaq. Görək sizin nə fikirləriniz, nə sözünüz olacaq, bizə nə deyəcəksiniz, biz sizdən nəyi  öyrənə biləcəyik. İrland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bernard Şounun bir sözü var, deyir, “neçə ki, mən cavan idim, həmişə yaşlı adamlar axtarırdım ki, onları nəyəsə öyrədim, Elə ki, qocaldım, müəyyən yaşa çatandan sonra cavanlar axtarıram ki, onlardan nəyisə öyrənim”. Bu nə deməkdir? Çünki yeniliklər sizdədir. Jurnalları siz oxumalısınız, yeni xəbərləri siz oxumalısınız. Yeniliklər sizinlə gəlir. Bizim də borcumuz yeniliklərin daşıyıcısı olan yeni gənc nəsildən onları  öyrənməkdir. Düşünürəm ki, bunları sizə valideynləriniz də deyib və deyəcəklər. Təbii ki, hər birinizin müdirik, ağıllı, samballı valideynləriniz var, böyükləriniz var. Onların məsləhətlərindən yan keçməyin.

Ardanış Kənd İcması üçün ən önəmli siz gənclərsiniz. İcmanın nəzdində bir neçə şuralarımız var. Gənclər Şurası bizim üçün ən önəmli sayılır. Çünki gələcəyimiz sizlərsiniz. Sizə kəc baxmaq, özümüzü baltalamaqdır. Sizə cansağlığı, xoşbəxtlik arzu edirəm. Universitetləri ləyaqətlə bitirəsiniz, valideynlərinizin, camaatımızın, xalqımızın xoş günü üçün çalışasınız, uğurlarınızla, xoş xəbərlərinizlə hər zaman bizləri sevindirəsiniz. Valideynlərin, hamımızın gözü bir daha aydın olsun. Kəndimizin hər bir uğuru hamımızın uğurudur.

xxx

Söz 2020-ci ildə respublika üzrə 700 bal toplayaraq ADA Universitetinə qəbul olmuş, bakalavr təhsilini bitirdikdən sonra bu il magistraturasını Böyük Britaniyada davaçm etdirəcək Əziz Kərimliyə verildi.

 – Axşamınız xeyir, tədbir iştirakçılarını salamlayıram. Bu il universitetlərə qəbul olmuş tələbələri təbrik edirəm, uğurlar arzulayıram. Onların valideynlərinə göz aydınlığı verirəm. Nə xoşdur ki, bizim tədbirimiz əlamətdar günə təsadüf etdi. Bildiyiniz kimi, bu gün Dövlət Suverenliyimizin Bərpası Günü kimi qeyd olunur. Dünən, sentyabrın 19-da cənab Prezident bununla bağlı sərəncam imzaladı. Bu,   yeni qəbul olmuş tələbələrimizin üzərinə bir az da məsuliyyət qoydu. Çünki artıq onlar öz ərazi bütövlüyünü bərpa etmiş və suverenliyini təsdiqləmiş bir ölkənin vətəndaşlarıdırlar.

Siz gənclər hələ həyat yolunun başlanğıcındasınız. Məndə onlardan çox qabaqda deyiləm. Düzdür, artıq 4 il keçib. Bu keçməkeşli yol onların ən maraqlı dövrü olacaq. Daha çox çalışmaq onlar üçün vacibdir.  Artıq onlar yüksək səviyyəli, ixtisaslaşmış peşəkarlar olaraq yetişməlidirlər. Yalnız Azərbaycanda yox, xaricdə təhsilin vacibliyini də nəzərə almalıdılar. Mən bu yolu keçmişəm. Azərbaycana xaricdən baxmaq, Azərbaycana xarici dəyərləri qatmaq çox vacibdir.

Cənab Prezidentimizin qeyd etdiyi kimi, bizim şəhidlərimizin, əsgər və zabitlərimizin qanı bahasına əldə etdiyimiz dövlət suverenliyimiz, ərazi bütövlüyümüz bizim sərvətimizdir. Biz gənclər bu sərvəti qoruyub saxlamalıyıq.

Bir daha tələbələrimizi təbrik edir, onlara uğurlar arzulayıram. Çox sağ olun!

xxx

Söz Azərbaycan Diplomatik Akademiyasına (ADA) yüksək nəticə göstərərək qəbul olmuş Aişə Kərimliyə verildi:

– Hər vaxtınız xeyir olsun. Mən Aişə Kərimli hazırda ADA Universitetində bakalavr təhsili alıram. Universitetə daxil olmağımla bağlı bir-iki fikir bildirmək istəyirəm. Əvvəlcə onu deyə bilərəm ki, universitetə qəbul olmaq üçün inam ən böyük rol oynayır. Ən əsası insanın özünə inanmasıdır. Mən bununla bağlı Makedoniyalı İsgəndəri nümunə gətirmək istəyirəm. O, atasından qalan mirasını bütün yaxınlarına bağışlayır. Ona sual verirlər ki, bəs özünə nə götürmüsən? O, bu suala “böyük ümid” cavabını verib. O, bundan sonra ümidi və əzmi ilə çalışaraq tarixi nailiyyətlər, nəticələr əldə edib, böyük ərazilərə sahib olmuş və uğur qazanmışdır. O vaxta qədər onu az adam tanıyırdı. Amma bu nailiyyətlərdən sonra onu dünya, milyonlarla insan tanıdı, öyrəndi. Yəni Makedoniyalı İskəndər bu uğuru özünə inamı ilə qazandı.

Aydındır ki, bəzən işlər fikirləşdiyimiz kimi getmir. Məsələn, biz nə qədər çox çalışsaq belə bəzən imtahanlardan keçə bilmirik, uğursuz olur. Ancaq ruhdan düşməmək və yenidən hazırlaşmaq lazımdır. Çünki fərqli üsullardan istifadə edərək uğur qazanmaq mümkündür.

Deyə bilərəm ki, mənim bəzi imtahanlarım uğursuz, bəziləri uğurlu oldu. Bu hallarda mənim valideynlərim mənə kömək oldu və mən ruhdan düşmədim. Hazırda ADA Universitetində qida texnologiyası üzrə təhsil alıram.

Mən valideynlərimə təşəkkür edirəm. Yaxşı ki, mənə bu şəraiti yaratdılar. Belə bir tədbirdə çıxış etməkdən böyük qürur duyuram.

Bu tədbirin təşkilinə görə xüsusi olaraq Məhəmməd Kərimova təşəkkür edirəm. Hamınıza minnətdarlığımı bildirirəm.

xxx

Söz İnşaat Mühəndislər Universitetinin magistri Xəlil Xudiyevə verildi:

– Axşamınız xeyir olsun!

Mən də bu il tələbə adını qazanan bütün gənclərimizi təbrik edirəm, valideynlərinin gözləri aydın olsun. Onlara gələcək bakalavr dövründə müvəffəqiyyətlər, bol şanslar arzu edirəm. İnşallah, 4 illik tələbə həyatında özlərini inkişaf etdirsinlər. Ardanış Kənd İcmasına təşəkkür edirik ki,  bizə bir-birimizi tanımaq üçün belə gözəl şərait yaradır. Ardanışdan istənilən sahədə çox sayda öndə olan tanınmış şəxslər var. Bu, çox gözəl, çox fəxr olunası haldır. Biz bununla fəxr edirik.

Burada bu il çox gözəl ixtisaslara qəbul olunan tələbələr var. Arzum odur ki, gələcəkdə onların hamısı Azərbaycanda öz sahələrində öndə olan şəxslər olsunlar. Ardanışımızı daha da irəli aparsınlar.

Bu gün Severenliyimizin Bərpası Günüdür, çox əziz bir tarixdir. Arzumdur ki, bizlərin həmrəyliyi sayəsində, savadımızın, biliyimizin, gücümüzün sayəsində, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə biz öz severenliyimizi Ardanışda, Göyçədə, bütün Qərbi Azərbaycan torpaqlarında bərpa edək. İnşallah, bu günlər uzaqda deyil. Bunların hamısı özümüzdən asılıdır. Biz özümüzü nə qəsdər inkişaf etdirsək, öz sahəmizdə nə qədər yaxşı çalışsaq o günləri daha da yaxınlaşdıracağıq.

Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Ardanışdan da şəhidlərimiz var. Allah hamısına rəhmət eləsin!

Çox sağ olun.

xxx

Valideynlərdən Bayram Axundov çıxış edərək dedi ki, bu tədbiri təşkil edən, bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm: “Professorumuz çıxışını diqqətlə dinlədik, çox önəmli sözlər dedi. Həqiqətən dəyərli sözlər idi. Mən də öz adımdan bu il ali məktəblərə qəbul olunan gəncləri təbrik edirəm. Onlara cansağlığı, işlərində uğurlar arzulayıram. Hamınıza minnətdaram”.

Ardanış Kənd İcmasının Ziyalılar Şurasının sədri Vaqif Həsənov çıxış etdi:

– Axşamınız xeyir olsun!

Mən də hörmətli professorumuzun bütün tövsiyələrinə qatılıram. Gəncləri təbrik edirəm. Siz həyatın başlanğıcındasınız. Amerikalı tanınmış filosof və pedaqoq Con Dyuinin bir sözü var: “Təhsil həyatın başlanğıcı deyil, həyatın özüdür”.

Sizə gələcək ziyalılarsınız. Sizlərə bu yolda uğurlar arzulayıram. Ümid edirəm ki, siz yetkin, səviyyəli, bizləri hər yerdə təmsil edə biləcək ziyalılar olacaqsınız.

Hamınıza uğurlar arzulayır, bir daha təbrik edirəm.

xxx

Bu çıxışdan sonra Ardanış Kənd İcmasının sədri, hörmətli professor Məhəmməd Kərimov tələbələri bir-bir təqdim etdi. O, İcmanın İdarə Heyətinin üzvü, jurnalist Əsgər İbrahimovu doğum günü münasibətilə təbrik edərək dedi:

– Bu gün Azərbaycan jurnalistikasında öz dəsti-xətti olan, uzun illər AZƏRTAC sistemində işləyən hörmətli Əsgər müəllimin ad günüdür. Gəlin, Əsgər müəllimi ürəkdən təbrik edək. Bu, bir təsadüfdür. Belə bir təsadüfün bu günə – sentyabrın 20-nə düşməsi bəlkə də daha gözəldir. Əsgər müəllim də bu gün qərara gəldi ki, bugünkü ad gününü bizimlə keçirsin, bu məclisdə olsun. Yəni, o, məclisi ailə ilə, dostlarla yox, siz gənclərlə keçirməyə üstünlük verdi. Biz ona görə ona təşəkkür edirik.

Əsgər müəllim doğrudan da bizim kəndin uzun müddət təqdimatını aparan, kəndimizi ləyaqətlə təmsil edən insanlardandır. Təmsilçiliyin müxtəlif növləri var – ailə, məhəllə, nəsil, kənd, rayon, respublika səviyyəsində təmsilçilik. Bu, hər adamın işi deyil. Hərənin bir  səviyyəsi var, o səviyyədən o qədər də kənara çıxa bilmir. Amma Əsgər uzun ilər Azərbaycanın, ölkəmizin səviyyəsində bizi təmsil etdi, mərhum Ulu öndərimizin vaxtında onun əhatəsində olan jurnalistlərdən biri oldu. Mərhum Prezidentimizin, Ümummilli liderimizin səfərlərini işıqlandırdı. Yəni, bu da siz gənclərə bir nümunədir, motivasiyadır ki, belə insanlardan olmağa çalışasınız. Əsgər müəllim doğrudan da Ardanış İcması üçün ürəkdən çalışır.

Əsgər müəllimin qız övladı bu il birinci sinifə gedib. O gözəl balamıza xoşbəxtlik, təhsildə uğurlar diləyirəm. Arzu edirəm, onun da belə bir günü olsun. Əsgət bu gün burada İcma üzvü kimi iştirak edir, amma inşallah, onda valideyin kimi iştirak etsin.

Onu bir daha təbrik edir, ona cansağlığı, uğurlar arzulayır  və sözü məmnuniyyətlə ona verirəm.

xxx

Ardanış Kənd İcmasının İdarə Heyətinin üzvü Əsgər İbrahimov:

Əziz dostlar, axşamınız xeyir olsun!

Hörmətli professor, məni təqdir etdiyiniz və söz verdiyiniz üçün çox sağ olun, minnətdaram.

Əlbəttə, Ardanış bizim üçün elə-belə məkan deyil. Ardanış bizim üçün genetik koddur. Demək olar ki, hər yerdə, təkcə Azərbaycanda yox, beynəlxalq səviyyələrdə də Ardanış adı çəkilir, Ardanış kəndi  tanınır.

Əziz gənclər!

Bu gün çox şərəfli, çox önəmli bir gündür. Bilirsiniz ki, bu gün Azərbaycanda Suverenliyimizin Bərpası Günüdür. Bu günün məhz sentyabrın 20-nə təsadüf etməsi bizim üçün çox xoşdur. Eyni zamanda, 20 sentyabr Neftçilər Günüdür. Həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günüdür. Bu bayramlar, üstəgəl sizinlə görüş bizim üçün çox əlamətdardır, yaddaqalandır.

Bu tədbiri təşkil edənlərə təşəkkür edirik. İcmamız yavaş-yavaş öz funksiyalarını yerinə yetirir, irəliyə doğru gedir və gələcəkdə daha da yaxşı olacaq.

Hər kəs arzunu bir cür qiymətləndirir. Mənim üçün arzu ən yaxşı təhsildir. İnsan arzusuna çatmaq üçün yaxşı təhsil almalıdır. Yaxşı təhsili olan adam həmişə parlaq olar. Bu sözü heç vaxt unutmayın. Yaxşı təhsili olan adam həmişə parlaq qalır. Valideynlər övladlarını öz dövrləri üçün yox, övladlarının dövrləri üçün hazırlasınlar. Bu gün çox məmnunuq ki, bu, belədir.

Əziz gənclər!

Sizin dövrünüz tamam başqa bir dövrdür. Siz qələbə çalmış bir ökənin tələbəsisiniz. Sizin atanız, ananız Ardanışda çox əziyyətlər görüblər, işləyiblər. Həqiqətən o mühit bir az fərqli olub. Bu gün siz daha sərbəst, daha yaxşı, daha əlverişli şəraitdə böyüyürsünüz və buna hər zaman dəyər verin. Deyirlər, təhsilin kökü acı olur, amma meyvəsi şirin olur. Təhsil həm də ən yaxşı dostdur. Bu fikri heç vaxt unutmayın. Çünki təhsil dövründə siz yaxşı dostlar qazanacaqsınız, yaxşı insanlarla ünsiyyətdə olacaqsınız. Qoy həmişə sizin hər birinizin yaxşı təhsili, Ardanışın ləyaqətli övladı, valideynlərinizin başını uca etmək sədası gəlsin.

Sabah bizim İcmamızın sədri, çox hörmətli professorumuz Məhəmməd Kərimovun doğum günüdür. Mən də onu təbrik edirəm. Məhəmməd doktor həqiqətən Ardanışı beynəlxalq səviyyədə tanıdan bir şəxsdir, şəxsiyyətdir. Dünya səhiyyə sistemində bizim doktorun adı, sanı var. Dəyərli professorumuz beynəlxalq konqreslərdə, beynəlxalq tədbirlərdə  hər zaman dəvətli olur və orada necə nümunəvi, necə təhsilli, necə savadlı çıxışlar edir. Ona görə, doktor  bizim fəxrimizdir və onunla qürur duyuruq. Allah ona cansağlığı versin. Əminəm ki, Ardanışla bağlı, İcma ilə bağlı gecə-gündüz düşündüyü planlar həyata keçəcək. Biz o günləri birlikdə yaxşı səviyyədə qeyd edəcəyik və o prosesə bu gənclərimiz də qoşulacaqlar.

Hörmətli professorumuza cansağlığı, uzun ömür arzulayıram.

Mən İcma sədrimizin bir təklifini dəstəkləyir və təbliğ etmək istəyirəm ki, bu gənclərin mütləq qrupu olsun, bir nəfər liderlik funksiyasını üzərinə götürüb onları qeydiyyata alsın. Çünki gənclərin bir-biri ilə ünsiyyətdə olması, bir-birinə yeniliklər haqqında məlumat verməsi onların özləri üçün çox faydalı olacaq.

Əziz gənclər, bir daha sizi ürəkdən təbrik edirəm. Yolunuz hər zaman açıq və işıqlı olsun!

İnşallah, belə gözəl günlər çox olsun!

xxx

Sonra Ardanış Kənd İcmasının İdarə Heyətinin üzvü Əlövsət Kərimov tələbə adını qazanmış şəxslərin adlarını bir-bir elan etdi. İcma adından Məhəmməd Kərimov, Vaqif Həsənov, Hüseyn İsmayılov, Ədalət İbrahimov, Sahib Əhmədov, Rəşad Süleymanov, Əsgər İbrahimov, Yaşar Kərimov gənclərə mükafat və xaturə hədiyyələri təqdim etdilər.

xxx

Ardanış Kənd İcmasının sosial məsələlər üzrə şura sədri Daşdəmir Əliyev sonda tələbələrə arzusunu belə ifadə etdi: “Arzum budur, ağac aça gül bitə. Tər Yasəmən dostdan dosta pay ola. Bulud bata, duman yata, çən ötə. Tələbə gənclərimizin həyatında daim günəş ola, ulduz ola, ay ola!”

Sonra xatirə şəkli çəkdirildi.

Xatırladaq ki, bu il ali məktəblərə Ardanış kökənli 30-a yaxın gənc Azərbaycanın və Avropanın müxtəlif nüfuzlu ali təhsil ocaqlarına qəbul olub.

Onların siyahısı belədir:

  1. Aişə Azər qızı Kərimova (ADA),
  2. Nigar Araz qızı Qurbanova (ADA),
  3. Ələmdar Ədalət oğlu İbrahimli (ADA),
  4. Zeynəb Yaşar qızı Kərimova (Azərbaycan Tibb Universiteti- ATU),
  5. Lamiyə Allahyar qızı Musayeva (Azərbaycan Tibb Universiteti – ATU),
  6. Nəzrin Akif qızı Bayramlı (Milli Aviasiya Akademiyası -AMAA),
  7. Nurlana Bayram qızı Axundlu (BDU),
  8. Amin Sabir oğlu Bağırov (BDU),
  9. Ayan Rasim qızı Hüseynli (BDU),
  10. Gülay Emin qızı Qasımova (BDU),
  11. Hüseyn Abdullayev (BDU),
  12. Nicat İlqar oğlu Kərimli (Azərbaycan Dillər Universiteti – ADU),
  13. Aylin Asif qızı Əliyeva (Azərbaycan Dillər Universiteti – ADU),
  14. Nurcan İlqar qızı Vəliyeva (Azərbaycan Neft və Sənaye Universiteti – ADNSU),
  15. Fərid Ülvi oğlu İsmayılov (Azərbaycan Neft və Sənaye Universiteti – ADNSU),
  16. Aqşin Bayram oğlu Zeynalov (Texniki Universitet – AzTU),
  17. Adilə Məhəmməd qızı Məmmədova ((Azərbaycan Texniki Universiteti – (AzTU),
  18. Mələk Haqverdi qızı İbrahimli (Azərbaycan Universiteti),
  19. Fərid Faiq oğlu Hüseynli (Azərbaycan Universiteti),
  20. İbrahim Zöhrab oğlu Məmmədov (Qarabağ Universiteti),
  21. Həsən Bayram oğlu Axyndlu (Qərbi Kaspi Universiteti),
  22. Fərid Vaqif oğlu Məmmədov (Gəncə Dövlət Universiteti – GDU),
  23. Ayan Mehman qızı İbrahimova (Gəncə Dövlət Universiteti – GDU),
  24. Aylin Rövşən qızı Hacıyeva (Almaniya Konstruktor Universiteti),
  25. Nail Şükür oğlu Məmmədli (Türkiyə),
  26. Əli Fuad oğlu Məmmədzadə (Niderland),
  27. Əziz İlham oğlu Kərimli (Böyük Britaniya)
  28. Lamiyə Yaşar qızı Zülfüqarlı (Böyük Britaniya)
  29. Xəlil Heydər oğlu Xudiyev (Azərbaycan İnşaat Mühəndislər Universiteti – magistratura)

         

 

XƏBƏR LENTİ
İdman / 05.10.2024 09:15
Şəhid jurnalistlərin xatirə turnirində 1/4 oyunları bu gün başlayır - FOTO
Mətbuat, Siyasi / 04.10.2024 22:27
“Vertolyotla xilas edilən 4 aylıq körpənin tarixçəsi” - FOTO - VİDEO
Təhlil / 04.10.2024 16:16
Müxalifətçi Paşinyanın köhnələn KTMT şousu – TƏHLİL
Mətbuat / 04.10.2024 13:26
“Hallavar kəndinin son körpəsi” – Famil İbrahimovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 03.10.2024 22:08
Ermənistanın Azərbaycana vurduğu zərər 800 milyard dollar civarındadır - VİDEO
Elm və təhsil / 03.10.2024 17:24
Yaxşı təhsili olan insan həmişə parlaq qalır – Ardanış gəncləri ilə görüş - FOTO
Təhlil / 03.10.2024 16:03
Türk düşmənlərinə qoyulan heykəllər – İrəvanın destruktiv mövqeyi – TƏHLİL
Siyasi, Təhlil / 03.10.2024 14:03
“Paşinyan Azərbaycanın valisi olmağa hazırdır” – ANONS - VİDEO
Elm və təhsil / 02.10.2024 22:23
“Azərbaycandan tapılan maddi mədəniyyət nümunələrini dünya bazarlarında satırlar” - FOTO - VİDEO
Elm və təhsil / 02.10.2024 13:17
Ermənilər antik Alban qalasına necə od vurublar – ANONS - VİDEO
Siyasi, Sosial / 01.10.2024 22:20
Ağyarğan, Ağyoxuş, Ağyoxuş və Ağqıraq – türk tarixinin izi - FOTO - VİDEO
Hərbi, Video müsahibə / 01.10.2024 19:00
“Azərbaycan öz xalqının təhlükəsizliyini təmin etmək üçün silahlanır” - VİDEO
Hərbi / 01.10.2024 13:27
Ermənistan niyə və necə silahlanır? – ANONS - VİDEO
Siyasi, Sosial / 01.10.2024 12:19
“Qərbi Azərbaycanın Ağ rəngli yer adları” – ANONS - VİDEO
İdman / 01.10.2024 10:00
Turnirin 3-cü turun yaddaqalan MƏNZƏRƏSİ - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 30.09.2024 23:58
“Babamın qardaşının ailəsini ermənilər təndirə salıb yandırıblar” - FOTO - VİDEO
Gündəm / 30.09.2024 14:16
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib - FOTO
Mədəni / 30.09.2024 12:00
Azər Hüseynov Fəxri Fərmanla təltif olunub – SİYAHI
İdman / 30.09.2024 11:40
Turnirin 3-cü tur XÜLASƏSİ: epizodlar, növbəti oyunlar, xallar və bombardirlər - FOTO
İdman / 29.09.2024 09:56
“Gənclər 2020” və “Zəfər 44” növbəti mərhələyə çıxıb - FOTO
Mədəni, Sosial / 28.09.2024 22:57
“Qoros türk tayfalarının məskunlaşdığı qədim yaşayış yeri” - FOTO - VİDEO
Mədəni / 28.09.2024 10:06
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
İdman / 28.09.2024 08:58
Bu gün “Baku Ws”-“Gənclər 2020”, AZƏRTAC – “Zəfər 44” ilə qarşılaşır - FOTO
Elm və təhsil, Siyasi / 27.09.2024 22:05
“Atam danışırdı ki, evimizi tərk edəndə qapıdakı itimiz ağladı” - FOTO - VİDEO
İdman / 27.09.2024 20:51
Sülhlə bitən matç – “Veteranları” liderlikdən 2 top ayırdı - FOTO
İdman / 27.09.2024 16:31
“Veteranlar”, yoxsa “Turan” birinci olacaq?