Mədəni 21.03.2025 10:00

Qoşqar Vəlinin 60 illik ömrünün “Günəş saatı”

Dünyaya gələn Adəm övladlarının ömürü onların yaşı ilə ölçülür. Yəni yaş adam üçün bir zaman vahididir. Təbii ki, insanın fəaliyyəti onun yaşının içində gizlənir, toplanır. Yaşın ölçülməsi istər günəş, su, qum saatları olsun, istərsə  1300-cü ildən başlayaraq Avropa ölkələrində düzəldilən qüllə saatları olsun, istərsə dünyada ilk dəfə 1335-ci ildə İtaliyanın Milan şəhərində düzəldilən sadə mexaniki saat olsun, istərsə XVI əsrin sonunda ingilis saatsazlarının meydana çıxardığı dəqiqə əqrəbli, istərsə XV əsrin ikinci yarısından sonra baş verən yeni təkmilləşməyə sayəsində yaradılan  divar, stolüstü saatlar olsun, istər 1760-cı ildə buraxılan saniyə əqrəbli saat olsun, istər XIX əsrin əvvəllərində istehsal olunan cib və bilək saatları olsun, istərsə də 1800-ci ildə dünyada ilk elektrik və elektromexanki, daha sonralar isə buraxılan elektron saatlar olsun – hamısı  1-dən başlayıb 60-da bitən saniyədən ibarətdir. Dəqiqəni tamamlayan saniyədir, saatı tamamlayan dəqiqədir, Ömrün günlərini isə tamamlayan saatdır. Evimizin divarlarında asılan, gündəlik qolumuzda gəzdirdiyimiz saatlar hesabına əmələ gəlir ömür günü. Günlərin hesabına yaranan aylar ildə yekunlaşır. İnsan saniyədən başlayıb il ilə sonlanan ömründə taleyinə yazılan bəxtini yaşayır. Əslində Allah-Təala hər bir kəsin ömür yolunu əbədiyyən hamar və ya əyri-üyrü yazmır. Bir xətt olaraq şanslı və şanssız etmir. Qarışıq yazılır ömür. Amma hər şey bu ömrün necə və neçə yaşamasından asılıdır. İnsan bu necəliyi məhz yaşının hər neçəliyində qiymətləndirə bilir.

Əlbəttə, yubileylər həm Tanrının verdiyi ömrü  o qədər də yaxşı yaşamayanlar və yaxud ağıllı olub gözəlliklərlə dolu dünyadan həzz alaraq yaşayanlar üçün geridə qalan ömür yoluna nəzər salmaq, həm də tutduğu əməllərin hesabatını vermək və gələcək arzuların edildiyi tarixdir. İnsan üçün bu hesabatın ən yaxşı  vaxtı elə 60-dır. Təbii ki, ömrün bu çağında yaxşı əməllərinlə xatırlanmalısan. İlk olaraq ata-ana üçün yaxşı övlad, ailə üçün mehriban və səmimi, dost-tanış üçün sədaqətli, cəmiyyət üçün faydalı olmalısan. Məhz belə olanlardan biridir Qoşqar Vəli.

Göyçə mahalının Ardanış kəndində 1965-ci il martın 21-də dünyaya göz açan Qoşqar Vəli oğlu Abduyev dürüstlüyü ünvanıdır mənim üçün. Ata-anasından, ailəsindən keçib ona bu ünvan.

Qoşqar Vəli imzası ilə tanıdığım  bu şəxsin 60 illik ömür yolunun yarısından çoxuna şahidlik etmişəm. Həm yol yoldaşı, həm sirr yoldaşı olmuşam və onun haqqında fikir söyləmək, yazı yazmaq haqqını qazanmışam. O adamın 60 illik ömründə qapalı fəaliyyət daha çox olub. Bunu onu tanıyanlardan çoxu da təsdiqləyə bilər ki, Qoşqar Vəlinin qapalı, gizli ömrünün sirri oxumaq, arı kimi çalışmaq, milli dəyərləri, ədəb-ərkanı qorumaq olub. Onun mədəni davranışı hər zaman heyranedici olub. El-obasını dəyərləndirən, həzin və mülayim səsi ilə adamı yaşamağa həvəsləndirən, nəzəri baxışları ilə adamın gözünü nurlandıran Qoşqar Vəli bütövlükdə sağlam xarakteri,  insani keyfiyyətləri ilə seçilən vətəndaşdır. Onunla dostluq etmək, yol yürütmək üçün mütləq dürüst olmalısan. O, həm də yaxşı yol göstərən, məsləhət verən,  çətinliklərdən çıxmağın yollarını bilən və öyrədən adamdır. Tükənməz səbri ilə  adamı özünə bağlayan, pessimizmi optimizmə çevirən adamdır. Onunla söhbət etməyin özü belə xoş olur. Qoşqar Vəlinin təbəssümünün şahidi olmaq da qarşıdakı insanın ruhunu qidalandırır. Çox sevinirəm ki, Qoşqar Vəli ilə yoldaşlaşmışam, məmnunlaşmışam. Elin, obanın belə dəyərli oğulunun 1 yaşı necə gözəl olubsa, 60 yaşı da eləcə gözəldir.

İnsan üçün dünyada qazandığı ən böyük mənəvi nemət yaxşı dost, yoldaş, sirdaş, yolda yıxılanın qolundan tutub qaldıran adamdır. Bu nemət elə Qoşqar Vəlinin özüdür. Novruz güllərinin torpaqdan baş qaldırdığı zamanda doğulub Qoşqar Vəli. Ona görə də hər zaman bahar ətirli olacaq, o ətirin iyisi heç vaxt burnumuzdan getməyəcək.

Beləcə, Qoşqar Vəlinin 60 illik ömrünü saatlaşdırmaq istədim. Birinci saat günəş olub və o yuxarı qalxdıqca, günortaya yaxın,  horizonta doğru əyildikcə isə axşama doğru sayılıb. Adamlar hər günün əvvəlində vaxtı 4 yerə böldükləri kimi, mən də onun 60 illik ömrünü səhərə, günortaya, axşama və gecəyə böldüm. O, bu vaxtların hamısında elə günəş oldu. Qoşqar Vəli ömrünü yada saldıqca xəyalımda dünyanın “son saatı”nı da istehsal etdim. O yeni saatımda əqrəblər təkcə sağa yox, həm də sola işləyir. O saatda da saniyə 60-dır.

60 illik ömrünün içindəki gözəlliklər çox olduğu üçün qürurlan Qoşqar Vəli. Sən Novruz bayramı ilə qoşasan. Milli bayramımızın içində 60 illik bir çiçəksən. Novruzun və 60 illik yubileyin mübarək! Sənə arzuladığım arzuların çoxunu yaşamısan. İnşallah, bundan sonra yaşamaq istədiyin günlərini ailənə birgə yaşa. Çünki sən yaşamağa layiqsən.

Rəhmətlik Zəlimxan Yaqubun dəyərli bir şerinin bəzi sözlərindən “m” hərfinin “n” hərfi ilə əvəzləyərək Qoşqar Vəlini tərənnüm etmək istəyirəm:

Gah sola boylandın, gahdakı sağa,

Yeridin başına qar yağa-yağa.

Qalxa bilmirsənsə uca bir dağa.

Bu təmiz arzudan, diləkdən gəlir!

Əminəm ki, mənim “son saatım”ın əqrəbləri bundan sonra sənin təmiz arzularının işığında saniyələrini dayandırmadan ürəyinin ritminə uyğun işləyəcək.

Əsgər Əlioğlu

XƏBƏR LENTİ
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS
Siyasi, Sosial / 01.07.2025 22:59
Aşağı Qızqala, Aşağı Qoylasar, Aşağı Qulubəyli, Aşağı Darğalı – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 01.07.2025 19:12
“Xalçalarda ikibaşlı və üçbaşlı quşların simvollarının mənası” - VİDEO