Maraqlı 27.12.2025 23:10

Aşağı Necilidə gəlin köçən qıza niyə balış verilirdi? - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Zəngibasar  mahalının Aşağı Necili kəndinin tarixi, abidələri və adətləri haqqında veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Zəngibasar (Masis) rayonunda yerləşən kənddə üzərində yazı olmayan müəmmalı qoç qəbirləri, iki min illik yaddaşı qoruyub saxlayan Necili toponimi, Zəngibasardan Beyləqan və Ucara aparılan ölüm yolundan danışılır.

Vurğulanır ki, Nig, Nuh, el və il paralelləri Necili kəndinin türk kimliyini sübut edir: “Zəngi çayı üzərində ucaldılan türk xaçında gizlənən tarixi həqiqətlər var. 1988-ci il iyunun 18-də baş verən erməni hücumundan sonra Aşağı Necili kəndinin qara günü başlayıb. Kənddə evlər yandırılıb, dağıdılıb və tarix susdurulub. Yük vaqonlarında sürgün edilən 200 ailə faciəvi tale yaşayıb. Bir sözlə, susuz çöllərdə nəsillər məhv olub, kənd yaddaşı itirilib”.

Verilişdə Aşağı Necilidə gəlin köçən qıza balış verilməsi, evə gəlin gələndə bəyin damdan onu alma ilə vurması adətlərindən söz açılır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 27-də saat 19:00-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb. 

XƏBƏR LENTİ
Maraqlı, Mədəni / 27.12.2025 23:10
Aşağı Necilidə gəlin köçən qıza niyə balış verilirdi? - VİDEO
Siyasi, Sosial / 26.12.2025 23:49
“Günlərin birində eşidəcəyik, növbəti dayanacaq Zəngəzur dəhlizidir” - VİDEO
Siyasi, Sosial / 26.12.2025 14:22
“Bakı-Noraşen” qatarı ilə kəndə gedəcəm” – Nanə Məmmədovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.12.2025 23:41
“Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaqlar” - VİDEO
Siyasi / 25.12.2025 14:22
Ermənistan güzəştə hazırlaşır – ANONS - VİDEO
Elm və təhsil / 25.12.2025 12:16
Tələbə adını qazanan Ardanış kökənli gənclərlə görüş keçirilib - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 24.12.2025 23:54
Rusiyanın Azərbaycan dövlətçiliyinə qarşı 300 illik gizli savaşı - VİDEO
Elm və təhsil, Siyasi / 24.12.2025 14:51
Rusların Qafqazda erməni kartı – ANONS - VİDEO
Gündəm / 24.12.2025 00:01
Prezident İlham Əliyevin doğum günüdür - FOTO
Siyasi, Sosial / 23.12.2025 23:18
Baharlı və Bahar bəyin bağları – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Müsahibə / 23.12.2025 18:40
“Şaumyanın transformasiyası- “ilahilik”dən təcavüzə” - FOTO - VİDEO
Sosial / 23.12.2025 14:46
Baharlı tayfasının Zəngəzurda saldığı kənd – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 23.12.2025 13:22
Şaumyan – təcavüzkara dönən obraz – ANONS - VİDEO
Müsahibə / 22.12.2025 23:51
“Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Hərbi / 20.12.2025 23:10
Qarabağ adı silah üzərində niyə təsvir olunurdu? - VİDEO
Siyasi, Təhlil / 18.12.2025 23:51
“İrəvanın Qərbi Azərbaycanla bağlı təklif etdiyi “yol xəritəsi”nin hədəfi nədir?” - VİDEO
Mətbuat / 18.12.2025 17:35
“Global Media Group”dan 55 nəfər mətbuatın 150 illik yubiley medalı ilə təltif edilib - FOTO
Siyasi / 18.12.2025 14:22
Paşinyanın “yol xəritəsi” – ANONS - VİDEO
Gündəm / 17.12.2025 23:29
1828-ci ildən sonra Qərbi Azərbaycanda başlayan proseslər - VİDEO
Elm və təhsil, Mətbuat / 17.12.2025 15:05
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı – GENİŞ HESABAT - FOTO - VİDEO
Elm və təhsil / 17.12.2025 14:22
“Erməni vilayəti” niyə yaradıldı? – ANONS
Siyasi, Sosial / 16.12.2025 22:35
Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu – türk tarixinin izi - VİDEO
Siyasi / 16.12.2025 19:02
“Yüz il əvvəl hüquqi qüvvəsini itirən müqavilələr təəssüf ki, bu gün də qüvvədədir” - FOTO - VİDEO
Sosial / 16.12.2025 14:16
Bacoğlu necə Haykavan oldu? – ANONS - VİDEO
Siyasi / 16.12.2025 13:22
Paşinyan “Kilsə girdabı”ndan çıxa biləcəkmi? – ANONS
Müsahibə / 15.12.2025 23:20
“Son deportasiyaya qədər Murğuzda 800 azərbaycanlı yaşayıb” - VİDEO